13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Noyabrın 28-30-da Naxçıvan Muxtar Respublikasında səfərdə olan Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil muxtar respublikanın tarixi abidələri, təhsil və mədəniyyət müəssisələri ilə tanış olub.

Qonaq əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib. Sonra Heydər Əliyev Muzeyini ziyarət edərək, ümummilli lider Heydər Əliyevin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində olan diplomata məlumat verilib ki, bu mərkəz 2010-cu il oktyabrın 5-də istifadəyə verilib. Muxtar respublikada yaşayan sağlamlıq imkanları məhdud şəxslərin informasiya texnologiyaları vasitəsilə sosial reablitasiyası mərkəzin əsas fəaliyətini təşkili edir.  Hazırda Mərkəzdə brayl kitabxana, eşitmə qabiliyyəti məhdud şəxslər üçün elektron kitabxana, görmə qabiliyyəti məhdud şəxslər üçün  audio kitabxana xidməti, kinekt oyunlar və intellektual oyunlar otağı, mövcuddur. Burada gözdən əlillər üçün brayl displeylər, sürətli internet, oxu materialını böyüdən avadanlıqlar, həmçinin yazı formatında olan kitabları səsləndirən oxu maşını, audiokitabxana fondunu zənginləşdirmək üçün audiostudiya, subtitrli filmləri nümayiş etdirmək üçün kinozal fəaliyyət göstərir.

Naxçıvan Uşaq Bərpa Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, bu müəssisə 2007-ci ildən fəaiyyətə başlayıb. Naxçıvan Uşaq Bərpa Mərkəzində müalicə olunanlar 18 yaşadək sağlamlıq imkanları məhdud olan uşaqlardır. Belə uşaqların fizioterapiya müalicəsi almaları üçün mərkəzdə müasir tibbi avadanlıqlarla təchiz edilmiş müxtəlif tezlikli cərəyanlarla müalicə, infraqırmızı, ultrabənövşəyi, mikrodalğa ilə müalicə, manual masaj, parafin aplikasiyası otaqları, eyni zamanda su və balneoterapiya (mirvari vannası, burulğanlı vanna, basseyn), müalicəvi bədən tərbiyəsi zalı fəaliyyət göstərir.

Naxçıvan Dövlət Xalça Muzeyində olan Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkilinə bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə 1998-ci ildə fəaliyyətə başlayan Dövlət Xalça Muzeyi 2010-cu ildə yeni bina ilə təmin olunub. 2013-cü ildə isə muzeyin ekspozisiyası yenidən qurulub. Hazırda muzeydə 3 mindən çox eksponat var. Burada Naxçıvan xalçaçılıq sənətinin öyrənilməsi və təbliği istiqamətində müəyyən tədbirlər görülür.

Uilyam Qil “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksini də ziyarət edib. Burada bildirilib ki, kompleksdəki muzeydə eramızdan əvvəl V minilliyə aid təsərrüfat küpü, eramızdan əvvəl V-III minilliyə aid müxtəlif məişət əşyaları, Son Tunc və Erkən Dəmir dövrlərinə aid keramika məmulatları, mis alətlər, qəbirüstü abidələr, silahlar, zirehli geyimlər nümayiş etdirilir. “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi hazırda muxtar respublikada mədəni-kütləvi tədbirlərin keçirildiyi mərkəzə çevrilib.

Qonaq “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi ilə də tanış olub.

Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil  “Şərq qapısı” qəzetinə müsahibəsində səfər təəssüratları barədə danışaraq qeyd edib ki, Azərbaycanın dilbər guşələrindən olan Naxçıvan Muxtar Respublikasına ilk səfərimdən çox məmnunam. Mən çox inanıram ki, buraya yenidən səfər edəcəyəm. O vurğulayıb ki, muxtar respublikada səfərdə olarkən bir sıra yüksək səviyyəli görüşlər keçirdik, görüşlərdə bizim ortaq prioritetlərimiz olan enegetika və iqtisadi məsələlərlə bağlı çox faydalı müzakirələr apardıq.

“Səfərimiz Beynəlxalq Əlillər Günü ərəfəsinə təsadüf edir. Biz səfirlik olaraq fəxr edirik ki, əlilliyi olan və olmayan aktyorlardan ibarət “ƏSA” teatrının kollektivi tərəfindən hazırlanan “Adamlar və siçanlar” tamaşasının Naxçıvanda nümayişinə köməkliyimizi göstərə bildik”, – deyən Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Uilyam Qil qeyd edib ki, Naxçıvanda fiziki məhdudiyyəti olan insanları sosial  şəraitinin yaxşılaşdırılması və təhsili istiqamətində görülən işlərlə yaxından tanış oldum. Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində və Naxçıvan Uşaq Bərpa Mərkəzində olarkən burada yaradılan yüksək şərait məndə xoş təəssüratlar oyatdı.

Uilyam Qil deyib: Səfər çərçivəsində Naxçıvan şəhərindəki tarixi  və mədəni abidələrlə də yaxından tanışlıq imkanımız oldu. Qeyd etmək istərdim ki, yaradılan infrastruktur, şəhərin tarixiliyi, gözəlliyi və təmizliyi buranı turistlər üçün cəlbedici məkana çevirir. Naxçıvana yenidən səfər edib bu qədim diyarla daha da yaxından tanış olmaq niyyətindəyəm.

Diplomat  diqqətə, xoş və səmimi münasibətə görə muxtar respublika rəhbərlinə minnətdarlığını bildirib.

Tural Ağayev

 

 

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397854
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
849
5770
17684
57021
3397854

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter