21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov noyabrın 6-8-də Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində muxtar respublikanın istehsal, təhsil, mədəniyyət müəssisələri və tarixi abidələri ilə tanış olub.
Əvvəlcə diplomat ümummilli ­liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri qoyub, Heydər Əliyev Muzeyini ziyarət edib.
Naxçıvan Dövlət Xalça Muzeyində olan qonağa bildirilib ki, 1998-ci ildən fəaliyyət göstərən muzeydə hazırda qədim xalq sənətimizi nümayiş etdirən 3 mindən çox eksponat var.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində qorunub saxlanılan, eramızdan əvvəl V-III min­illiklərə aid nadir tarixi eksponatlar, Naxçıvanın 5 minillik şəhər mədəniyyəti barədə məlumatlar qonaqda böyük maraq doğurub.
Nuh Peyğəmbərin türbəsində olan qonağa məlumat verilib ki, bu abidənin qədim dövrlərdən mövcudluğu elmi araşdırmalarla öz təsdiqini tapıb. Türbə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2006-cı ildə imzaladığı “Nuh Peyğəmbərin Naxçıvan şəhərindəki məzarüstü abidəsinin bərpa edilməsi haqqında” Sərəncama əsasən mükəmməl şəkildə bərpa edilib.

Səfir Naxçıvan Biznes Mərkəzində də olub. Burada qonağa məlumat verilib ki, muxtar respublikamızda sahibkarlıq fəaliyyətinin davamlı olaraq dəstəklənməsi, yeni istehsal müəssisələrinin yaradılması nəticəsində 382 növdə məhsul istehsal olunur.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn qonağa bildirilib ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, bura genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin edilib.
Mixail Boçarnikov Naxçıvan şəhər 3 nömrəli tam orta məktəbdə də olub. Qeyd edilib ki, Naxçıvan şəhər 3 nömrəli tam orta rus məktəbi 1939-cu ildən fəaliyyət göstərir. 600 şagird yerlik məktəbdə 5-i elektron lövhəli olmaqla, 32 sinif otağı, fənn laboratoriyaları və digər otaqlar vardır. Burada rus dilində tədrisin keyfiyyətinin yüksəldilməsi diqqət mərkəzində saxlanılır.
Səfir Naxçıvan Avtomobil Zavodunun, “Gəmiqaya Mebel Fabriki”, “Gəmiqaya Mineral Sular” və “Gəmiqaya Daş Məhsulları Sənaye Kompleksi” Məhdud Məsuliyyətli cəmiyyətlərinin istehsal potensialı ilə maraqlanıb, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi, Batabat iqlim kurort zonası və Ağbulaq İstirahət Mərkəzi ilə tanış olub.
Rusiya Federasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov təəssüratlarını “Şərq qapısı” qəzetinin müxbiri ilə bölüşüb. Qonaq əvvəlcə qeyd edib ki, səfər muxtar respublika ilə tanışlıq məqsədi daşıyır. Naxçıvanın çox gözəl təbiəti, qədim tarixi və mədəni abidələri, iqtisadi potensialı olduğunu vurğulayan səfir deyib ki, yerli əhalinin tələbatının ödənilməsi üçün bir çox sənaye və kənd təsərrüfatı məhsulları məhz Naxçıvanda istehsal olunur. Bu yaxşı haldır. Mixail Boçarnikov qeyd edib ki, Naxçıvan Avtomobil Zavodunda olarkən burada istehsal edilən nəqliyyat vasitələrinə təkcə muxtar respublikada deyil, Azərbaycanın digər bölgələrində də böyük tələbat olduğunu öyrəndim.
Naxçıvan şəhərindəki rusdilli məktəblə yaxından tanışlığın onda xoş təəssüratlar oyatdığını bildirən səfir deyib: “Bu məktəbdə müasir standartlara cavab verən şəraitin yaradılmasını yüksək qiymətləndirirəm. Məktəbdəki tədris prosesi ilə yaxından tanış oldum, məktəbin pedaqoji kollektivi ilə söhbət zamanı burada işləyən müəllimlərin öz işlərinə necə məsuliyyətlə yanaşdıqlarına şahidlik etdim. Bu, məni çox sevindirdi”.
Mixail Boçarnikov muxtar ­respublikadan xoş təəssüratlarla ­ayrıldığını, yaradılan şəraitə və ­göstərilən qonaqpərvərliyə görə ­minnətdarlığını bildirib.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299199
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3021
4291
10967
83845
3299199

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter