21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətinin uğurla davam etdirilməsi nəticəsində muxtar respublikamızda yüksək mənəvi dəyərlərə malik sağlamdüşüncəli, vətən­pərvər, xalqını, millətini sevən gənclik formalaşıb. Məhz bunun nəticəsidir ki, bu il üçün ölkəmizin Gənclər Paytaxtı olan Naxçıvanda gənclərin fəallığı, təşəbbüskarlığı artıb, vətəndaşlıq mövqeyi möhkəm­lənib. Naxçıvanlı gənclər muxtar respublikada onlara istiqamətlənmiş ardıcıl sosial layihələrdən bəhrələnirlər. Həmin layihələr çərçivəsində gənclər üçün yeni binalar inşa olunur. 

 

Onu da qeyd edək ki, dövlət tərəfindən maliyyələşdirilən bu layihələr ilk dəfə Naxçıvan şəhərində həyata keçirilərək Gənclər şəhərciyi tikilib istifadəyə verilib. Kəngərli və Sədərək rayonlarında da gənclər üçün yeni yaşayış binalarının tikintisinə başlanılıb. Görülən kompleks işlərin davamı olaraq oktyabrın 1-də Babək qəsəbəsində gənc ailələr üçün inşa edilmiş 8 mərtəbədən ibarət olan 28 mənzilli yeni yaşayış binası istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib, binanın gələcək sakinlərinə rahat və firavan həyat arzulayıb, bu işlərdə əməyi olanlara təşəkkür edib.
İslam Mədəniyyətinin Paytaxtı kimi digər bir mötəbər missiyanı yerinə yetirən Naxçıvanda ötən illər ərzində dövlət-din siyasətinin uğurla həyata keçirilməsi dini və mənəvi dəyərlərimizin qorunmasına, İslam dininin olduğu kimi təbliğinə geniş imkanlar açıb. Muxtar respublikamızın yaşayış məntəqələrində yeni məscid binalarının və mərasim evlərinin tikilməsi ­reallaşdırılan dövlət-din siyasətinin mühüm istiqamətlərindəndir.
Oktyabrın 1-də Babək qəsəbəsində məscid və mərasim evi istifadəyə verilib. Ali Məclisin Sədri Naxçıvan şəhərinin, Şərur, Babək və Ordubad rayonlarının dini icmalarının rəhbərlərinə “NAZ Lifan 330” markalı xidməti avtomobillərin açarlarını təqdim edib.
İqtisadiyyatı sürətlə inkişaf edən, bütün sahələrdə böyük nailiyyətlərə imza atan Naxçıvan Muxtar Respublikasının bu gün dünyanın 50-dən çox ölkəsi ilə ticarət əlaqələri mövcuddur. Muxtar respublikanın əhəmiyyətli turizm potensialı, burada elmin, mədəniyyətin, təhsilin və digər mühüm sahələrin inkişaf etməsi, onun bu istiqamətlərdə əlaqələrini daha da genişləndirməyə hərtərəfli şərait yaradır. Bu sırada regionun və dünyanın əhəmiyyətli ölkələri özünəməxsus yerə malikdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov oktyabrın 1-də Türkiyənin muxtar respublikaya yeni təyin olunmuş Baş konsulu Məhmət Emin Kiraz, oktyabrın 17-də isə İsrailin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Dan Stav ilə görüşüb. Söhbət zamanı mövcud əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraqdoğuran məsələlər barədə fikir mübadiləsi aparılıb.
Ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində muxtar respublikamızda həyata keçirilən tədbirlər prioritet sahə olan taxılçılığın inkişafına da geniş imkanlar açıb. Bu sahənin dövlət tərəfindən dəstəklənməsi, texnika, gübrə və toxum təminatı, eləcə də mütərəqqi suvarma sistemlərinin qurulması məhsul istehsalının artmasına səbəb olub.
Oktyabrın 6-da Ali Məclisin Sədri­­ “Bərəkət Toxumçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətinin taxıl əkini sahələrinə gəlib, əkinin gedişi ilə maraqlanıb.
Muxtar respublikada ordu qurucu­luğu sahəsində görülən işlər Əlahiddə Ümumqoşun Ordunun maddi-texniki bazasını gücləndirib, onun döyüş qabiliyyətini artırıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq oktyabrın 8-də Əlahiddə Ümumqoşun Ordunun yeni hərbi hissəsi istifadəyə verilib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, hərbi hissədə nümunəvi xidmət şəraitinin yaradıldığını bildirib, şəxsi heyətin peşəkarlığının və döyüş hazırlığının daim artırılması, texnikaların saxlanma şəraitinə nəzarət olunması və təhlükəsizlik qaydalarına əməl edilməsi barədə tapşırıqlar verib.
Heydər Əliyev siyasi xəttinə sədaqət muxtar respublikanın bütün yaşayış məntəqələrində sürətli və kompleks inkişafı təmin edib, hətta ucqar dağ və sərhəd kəndlərimizdə də müasir infrastruktur yaradılıb. Son illər belə ünvanlarda tikilən gözəl məktəb binaları, kənd və xidmət mərkəzləri, səhiyyə ocaqları, salınan abad yollar həmin kəndlərin sakinlərinin rahat yaşayışının təmin olunmasına xidmət edir. Etibarlı müdafiə olunan dağ və sərhəd kəndlərimizə bu gün fasiləsiz təbii qaz və elektrik enerjisi verilir, rabitə xidməti göstərilir. Yeni yol rahat gediş-gəlişi təmin edir, müasir məktəb binaları şagirdlərin hərtərəfli hazırlanmasına imkan verir, müasir tibbi xidmət ­sakinlərin sağlamlığını qoruyur, internetə çıxış imkanı isə insanların dünya­görüşünün artmasına şərait yaradır. Bir sözlə, havası, suyu təmiz olan, hərtərəfli şəraitə və özünəməxsus müsbət auraya malik kənd­lərimiz bir cazibə məkanına çevrilirlər. Məhz bunun nəticəsidir ki, həmin ünvanlarda işləmək istəyənlərin sayı getdikcə artır.
Oktyabrın 15-də Babək rayonunun Aşağı və Yuxarı Buzqov kənd­ləri də belə yaşayış məntəqələrinin sırasına qoşulub, həmin kəndlərdə yeni sosial obyektlər istifadəyə verilib, müasir yol infrastrukturu qurulub.
Aşağı Buzqov kənd tam orta məktəbinin yeni binasının istifadəyə verilməsindən sonra məktəbin ­pedaqoji kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: “Müasir məktəb binası gənclərimizi gələcəyə hazırlayan təhsil abidəsidir. Bu il təyinatla iki gənc müəllim Aşağı Buzqov kənd tam orta məktəbində işlə təmin olunub. Artıq gənclərimiz kəndlərdə işləməyə daha çox üstünlük verirlər. Bunun da əsas səbəbi kəndlərimizdə şəhər rahatlığının yaradılmasıdır. Şəhərlərimizdə də müasir məktəblər var. Lakin təmiz hava və səfalı təbiət kəndlərimizdədir. Bütün bunlarla yanaşı, yaradılan müasir infra­struktur da kənddə yaşamaq və işləmək üçün geniş imkanlar açır. Çünki yaxşı iş şəraiti həm də yaxşı əhval-ruhiyyə deməkdir. Vaxtilə gənclərimiz şəhər məktəblərində işləməyə daha çox üstünlük verirdilər. Lakin şəhərlə kənd arasındakı fərqin aradan götürülməsi gənc­lərin kəndlərdə məskunlaşmasına və işləməsinə geniş imkanlar açıb. Kollektiv yaradılan şəraitdən ­səmərəli istifadə etməli, gənclərin hərtərəfli təhsil alması qayğısına qalmalıdırlar”.
Oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisində Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün, Azərbaycan Respublikasının orden və medallarının, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarının və vəsiqələrinin təqdimat mərasimi keçirilib.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Prezidentinin fərdi ­təqaüdünü, orden və medalların, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının fəxri adlarının döş nişanlarını və vəsiqələrini təqdim edib.
Muxtar respublikamızın coğrafi vəziyyəti, iqlimi və bitki örtüyü burada arıçılığın da inkişafına geniş imkanlar açır. Onun əhəmiyyəti təkcə qiymətli arıçılıq məhsullarının istehsalı ilə bitmir, eyni zamanda əhalinin məşğulluğunun, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının artırılmasında və toxumların keyfiyyətinin yüksəldilməsində də xüsusi rol oynayır. Bu səbəbdən arıçılığın inkişafı diqqətdə saxlanılır. Həmin sahənin stimullaşdırılması, məhsulların daha geniş alıcı kütləsinə təqdim edilməsi məqsədilə muxtar respublikada keçirilən və böyük maraqla qarşılanan festivallar artıq ənənəvi xarakter alıb. Ok­tyabrın 20-də “Naxçıvanqala” ­Tarix-Memarlıq Muzey Kompleksində üçüncü “Arıçılıq məhsulları – bal festivalı” keçirilib.
Ali Məclisin Sədri festivalda ­iştirak edib, Naxçıvan balının sərgi-satışı ilə tanış olub.
Ümummilli liderimiz Heydər Əliyev deyirdi: “Azərbaycana bəxş etdiyim töhfələr – zavodlar, buruqlar, binalar, obyektlər, abidələr, yeni qəsəbələr mən həyatda olmayanda da Heydər Əliyevin izləri kimi yaddaşlarda yaşayacaqdır”. Bu il yaranmasının 40 illiyini qeyd etdiyimiz Babək rayonu və Babək qəsəbəsi də ulu öndərimizin yadigarları kimi yaşayır və inkişaf edir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 16-da “Babək rayonunun təşkil olunmasının 40 illiyi haqqında” ­Sərəncam imzalayıb. Bununla bağlı təsdiq olunan Tədbirlər Planına əsasən rayonda geniş quruculuq işləri aparılıb, Babək qəsəbəsində dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina əsaslı şəkildə yenidən qurulub.
Oktyabrın 22-də Babək rayonunda dövlət qurumları və ictimai təşkilatlar üçün inzibati bina istifadəyə verilib.
Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Muxtar respublika rəhbərinin diqqət və qayğısı sayəsində bu gün Babək rayonu özünün inkişaf dövrünü yaşayır. 1996-cı ildən başlayaraq rayonda kompleks quruculuq tədbirləri həyata keçirilib, yeni istehsal və xidmət sahələri yaradılıb, əhalinin səmərəli məşğulluğu təmin edilib. Rayonun Babək qəsəbəsi və kəndləri artıq kompleks şəkildə abadlaşdırılıb. Hazırda rayonda yüngül, yeyinti, kağız, karton və poliqrafiya, tikinti sahələrini əhatə edən 70-dən artıq müəssisə fəaliyyət göstərir. Son 20 ildə burada 41 təhsil ocağı, o cümlədən 13 min 136 şagird yerlik 35 ümumtəhsil məktəbi, 1 uşaq bağçası, 5 uşaq musiqi məktəbi, 34 səhiyyə, 28 mədəniyyət, 3 idman obyekti, 63 inzibati bina, 161 istehsal, xidmət və digər infrastruktur obyektləri tikilərək və ya yenidən qurularaq istifadəyə verilib. 2017-ci ildə muxtar respublika üzrə kənd təsərrüfatında istehsal olunmuş ümumi məhsulun 20 faizi, yaxud 96 milyon manatı Babək rayonunun payına düşüb. 2004-cü ildən 1 oktyabr 2018-ci il tarixədək 8746 yeni iş yeri açılıb ki, bunun da 6862-si və ya 78,5 faizi daimi iş yeridir.
Bu faktlar oktyabrın 22-də Babək Rayon Mədəniyyət Evində rayonun yubileyi ilə əlaqədar keçirilən tədbirdə səsləndirilib.
Ali Məclisin Sədri Babək rayonunun təşkil olunmasının 40 illik yubileyi münasibətilə tədbir iştirakçılarını, Babək rayonunun əhalisini təbrik edərək deyib: “40 il bundan əvvəl Babək rayonunun yaradılması ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ötən əsrin 70-ci illərində ulu öndər bir tərəfdən milli şüurun bərpası istiqamətində tədbirlər həyata keçirir, digər tərəfdən isə regionlarda geniş quruculuq işlərinin aparılması, dağ, eləcə də sərhəd kənd və rayonlarının möhkəmləndirilməsi, yeni qəsəbələrin, rayonların yaradılması barədə qərarlar qəbul edirdi. O dövrdə yeni yaranan rayonlardan biri də Naxçıvan Muxtar Respublikasının Babək rayonu idi. 1978-ci ildə xalq qəhrəmanı Babəkin adını daşıyan rayonun yaradılması ­Heydər Əliyev milli quruculuq strategiyasının nəticəsi kimi mühüm əhəmiyyətə malikdir”.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının fəxri adlarına və “Rəşadətli əməyə görə” nişanına layiq görülənlərə müvafiq təltiflərin təqdimatı olub.
Naxçıvanda mövcud olan bütün iqtisadi resurslardan səmərəli istifadə sahəsində geniş təcrübə formalaşıb. Bu təcrübənin müxtəlif sahələr üzrə uğurla tətbiq olunması iqtisadiyyatın şaxələndirilməsi kimi günün tələblərinin yerinə yetirilməsinə imkan yaradır, buna paralel olaraq muxtar diyarımızın investisiya cazibədarlığı daha da artır.
Oktyabrın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Asiya İnkişaf Bankının vitse-prezidenti Vençay Janq ilə görüşü zamanı bu məsələ xüsusi qeyd olunub.
Ali Məclisin Sədri Azərbaycan Respublikası Hökuməti və Asiya İnkişaf Bankı arasında bağlanmış kredit sazişinə əsasən Naxçıvan şəhərində həyata keçirilmiş “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı” layihəsinin uğurla başa çatması münasibətilə Vençay Janqı təbrik edib.
Ali Məclisin Sədri deyib ki, layihə çərçivəsində 350 kilometr içməli su və 332 kilometr kanalizasiya şəbəkəsi çəkilib, 135 min nəfər standartlara uyğun içməli su ilə təmin olunub. Həmçinin layihədən qənaət olunmuş vəsait hesabına 3 yaşayış məntəqəsində də içməli su və kanalizasiya şəbəkəsi qurulub.
Dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycanın qardaş Türkiyə ilə əlaqələrinin inkişafında Naxçıvan Muxtar Respublikası xüsusi rol oynayır. Qədim diyarımızla Türkiyənin yaxın vilayətləri arasındakı əlaqələr hər keçən gün daha da inkişaf edir, qarşılıqlı faydalı əməkdaşlıq qurulur.
Oktyabrın 29-da Türkiyə Cümhuriyyətinin yaradılmasının 95-ci ildönümü münasibətilə Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğu tərəfindən rəsmi qəbul təşkil edilib. Ali Məclisin Sədri rəsmi ­qəbulda iştirak edib.
Bu gün muxtar respublikada etibarlı hərbi təhlükəsizlik sistemi qurulub, görülən ardıcıl tədbirlər nəticəsində bütün güc strukturlarımızın hərbi birləşmələri əməliyyat-taktiki baxımdan yüksək döyüş qabiliyyətinə sahib olub. Ötən il oktyabrın 18-də Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə həsr olunmuş hərbi parad, bu ilin may ayında isə ordumuzun ön xəttin dövlət sərhədi boyu 26 kilometr məsafəni əhatə edən əməliy­yatı nəticəsində 7 kilometrədək dərinlikdə mühüm əhəmiyyətə malik hakim yüksəklikləri ələ keçirməsi, Şərur rayonunun işğal altındakı Günnüt kəndini azad etməsi dosta sevinc, düşmənə gözdağı olub. Oktyabrın 30-da Naxçıvan Qarnizonu qoşunlarının xüsusi ­təyinatlı birləşmə və hissələrinin birgə taktiki-xüsusi təlimləri də növbəti dəfə onu maraqla izləyən hər bir muxtar respublika sakinində fəxarət hissi yaradıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-­polkovnik Zakir Həsənov hərbi təlimi izləyiblər.
Ali Məclisin Sədri hərbi təlimin hadisəsiz və uğurla başa çatması münasibətilə zabit, gizir və əsgərləri təbrik edib, təlimdə iştirak edən bütün şəxsi heyətə təşəkkürünü bildirib.
Muxtar respublika rəhbəri yeni hərbi təyinatlı cihazlara baxıb, ­təlimdə fərqlənən zabit, gizir və əsgərləri qiymətli hədiyyələrlə ­mükafatlandırıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov və Azərbaycan Respublikasının müdafiə naziri, general-­polkovnik Zakir Həsənov xüsusi təyinatlıların təlim mərkəzində ­yaradılan şəraitlə də maraqlanıblar.

Göründüyü kimi, ötən hər ay muxtar respublikamızda mühüm əhəmiyyət kəsb edən hadisələrlə, quruculuq ərməğanları ilə, yeni-yeni əhəmiyyətli nailiyyətlərlə yadda qalır. Bütün bunlar ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və uzunmüddətli dövrə hesablanmış inkişaf strategiyasının müasir mərhələdə müvəffəqiyyətlə, yüksək vətənpərvərliklə həyata keçirilməsi ilə yanaşı, həm də Rəhbər faktorunun real siyasi fəaliyyətdə təsdiqidir. Davamlı iqtisadi yüksəliş, müasir dövrün tələblərinə uyğun idarəetmə mexanizmi və aparılan məqsədyönlü, ardıcıl siyasət nəticəsində gündən-günə gəncləşən, müasirləşən qədim diyar bu gün özünün inkişafı ilə nümunədir. Muxtar respublikada görülən genişmiqyaslı işlər isə müstəqil Azərbaycan dövlətinin milli maraqlarının ən yüksək səviyyədə təmin olunmasına xidmət edir. Prezident cənab İlham Əliyevin dediyi kimi: “Naxçıvan strateji yerdə yerləşir, ölkəmizin təhlükəsizliyi, inkişafı üçün xüsusi rol oynayır”.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299326
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3148
4291
11094
83972
3299326

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter