21 Noyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının yaradılmasının 25-ci ildönümü münasibətilə Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində tədbir keçirilib. Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli açaraq yubiley münasibətilə partiya üzvlərini təbrik edib və “Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının keçdiyi tarixi yol və qarşıda duran vəzifələr” mövzusunda məruzə edib.
Bildirilib ki, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən partiya kimi yaradılıb.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının təsis konfransı partiyanın yaranmasından, təqribən, bir il sonra 1993-cü il noyabr ayının 5-də keçirilib. Təşkilatı hələ yaradılarkən artıq ciddi siyasi qüvvə kimi formalaşmış hesab etmək olardı. Belə ki, təsis konfransını 70 ərazi ilk təşkilatından seçilən 420 nəfər nümayəndə ilə keçirən Naxçıvan Şəhər Təşkilatı hələ o zaman öz sıralarında 5200 nəfər üzvü birləşdirirdi. 1993-cü ilin iyun ayında ölkədə milli dövlətçiliyin məhvi və vətəndaş müharibəsi təhlükəsinin yaranması ilə nəticələnən siyasi hakimiyyət böhranı şəhər partiya təşkilatının təsis konfransını bir qədər yubatmışdı. Belə ki, təşkilatımız təsis edilərkən artıq ulu öndərimiz Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti seçil­miş, başqa sözlə, partiya çox qısa müddətdə müxalifət ­təşkilatından iqtidar partiyasına ­çevrilmişdi.

Qeyd olunub ki, 2003-cü ilin oktyabrında Azərbaycan Respublikasının Prezidenti, 2005-ci ilin martında partiyanın III Qurultayında Yeni Azərbaycan Partiyasının Sədri seçilən cənab İlham Əliyev ona bəslənilən bütün ümidləri ən mükəmməl şəkildə doğruldub. Dövlət başçısının rəhbərliyi altında bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan artıq həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib.
Vurğulanıb ki, zamanın sınağından uğurla çıxmış Heydər Əliyev siyasəti bu gün Naxçıvanda da qətiyyətlə davam etdirilir. Ötən 23 illik zaman məsafəsi muxtar respublikada da sürətli sosial-iqtisadi inkişaf və elmi-mədəni intibah dövrü kimi muxtariyyət tarixinin ən şanlı səhifəsini təşkil edib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Sədri cənab Vasif Talıbovun muxtar respublikamıza uğurlu rəhbərliyi ulu öndər Heydər Əliyevin dövlətçi­lik siyasətinə dönməz sədaqətin bariz nümunəsidir.
Diqqətə çatdırılıb ki, inkişaf proseslərində Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının üzvləri də yaxından iştirak ediblər. Hazırda 17 min 820 üzvü olan təşkilatın sıralarında 9 min 398 qadın, 10 min 850 gənc təmsil olunur. Təkcə son iki ildə təşkilatda partiyaya 2036 üzv qəbul edilib ki, bunların da 1180-i qadın, 1990-ı gənc­lərdir. Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının 2 üzvü Azərbaycan Respublikası Milli Məclisinin, 19 üzvü isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatıdır. Üzvlərin 2-si akademik, 5-i AMEA-nın müxbir üzvü, 26-sı elmlər doktoru, 162-si fəlsəfə ­doktorudur.
Məruzə ətrafında Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə ­Allahverdiyeva, təşkilatın Gənclər Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev, Yeni Azərbaycan Partiyası Universitet şəhərciyi ərazi ilk təşkilatının sədri, dosent Asəf Əliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvü Könül Mirzəyeva çıxış edərək əqidə həmkarlarına təbriklərini çatdırıblar.
Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı İdarə heyətinin üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək Yeni Azərbaycan Partiyasının keçdiyi uğurlu yola qısaca nəzər salıb, təşkilat üzvlərini yubiley münasibətilə təbrik ediblər.
Tədbirdə bir qrup veteran partiya üzvünə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının fəxri fərmanları və qiymətli hədiyyələr verilib, partiyaya yeni qəbul olunmuş gənc üzvlərə partiya vəsiqələri və oxunması zəruri olan kitablar təqdim olunub.
Sonda tədbir iştirakçıları Yeni Azərbaycan Partiyasının fəaliyyətinə həsr olunmuş filmə baxıblar.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3299507
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3329
4291
11275
84153
3299507

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter