20 Oktyabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilmiş müşavirədə Dövlət Nəqliyyat Xidmətinə verilmiş tapşırıqların icrası ilə bağlı bir sıra işlər görülmüş, payız-qış mövsümünü uğurla başa vurmaq üçün hazırlıq tədbirləri həyata keçirilmişdir.
Ötən müddətdə payız-qış mövsümü ərzində xəttə çıxacaq nəqliyyat vasitələrinin sazlığının yoxlanılması üçün marşrut avtobusları texniki müayinələrdən keçirilmişdir. Bu məqsədlə sərnişindaşıma ilə məşğul olan 301 avtobus yoxlanılaraq xəttə buraxılmışdır.
Bu işlərin davamı kimi ok­tyabr ayının 3-dən etibarən muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən taksilərin də texniki müayinəsi aparılmışdır. Bunun üçün xidmətin mütəxəssislərindən ibarət texniki müayinə komissiyası yaradılmış, Fövqəladə Hallar və Daxili İşlər orqanlarından nümayəndələr dəvət olunmuşdur. Texniki müayinə zamanı avtonəqliyyat vasitələrinin əyləc sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları, qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları, təkərlər və şinlər, mühərrik, yanğınsöndürmə balonu, tibb çantası, qəza üçbucağı və konstruksiyanın digər ünsürləri yoxlanılmış, yanğınsöndürmə balonundan istifadə qaydaları əyani şəkildə nümayiş etdirilmişdir.

Ümumilikdə, 472 taksi texniki müayinədən keçirilmiş, onlardan 454-ü tam saz vəziyyətdə olmuşdur. Texniki tələblərə cavab verməyən 18 taksiyə aşkar olunan nöqsanlar aradan qaldırıldıqdan sonra daşımalarla məşğul olmasına icazə verilmişdir.
Qeyd edək ki, muxtar respublikada taksi xidməti nümunəvi təşkil olunmuşdur. Hazırda Naxçıvan şəhərində 200, Şərur rayonunda 70, Babəkdə 60, Ordubadda 23, Culfada 60, Şahbuzda 27, Kəngərlidə 26, Sədərək rayonunda 7, Naxçıvan Şəhər Təsərrüfathesablı Nəqliyyat İdarəsinin tabeçiliyində isə 23 taksi sərnişindaşıma fəaliyyəti ilə məşğuldur. Sürücülərin geyim formasına, istifadə etdiyi avtomaşının təmizliyinə, sərnişinlərlə rəftarına, məxsus olduğu zona hüdudlarındakı fəaliyyətlərinə daim nəzarət olunur.


Naxçıvan Muxtar Respublikası
Dövlət Nəqliyyat Xidmətinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3162389
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
602
3743
22554
76936
3162389

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter