24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ümummilli liderimiz Heydər Əliyevin 2002-ci ildə imzaladığı Sərəncamla hər il oktyabrın 10-u Azərbaycan yanğınsöndürənlərinin peşə bayramı kimi qeyd olunur.
Ulu öndər Heydər Əliyev Azərbaycana birinci rəhbərliyi dövründə yanğın təhlükəsizliyi orqanlarının inkişafını diqqətdə saxlamış, bu sahədəki problemlər öz həllini tapmışdır. “Bir hadisənin qarşısını almaq, o hadisə baş verəndən sonra onun nəticələrini aradan götürməkdən daha asandır”, – deyən ümummilli liderimizin ikinci dəfə ali hakimiyyətə qayıdışından sonra isə yanğın təhlükəsizliyi sisteminin davamlı inkişafını təmin edən ardıcıl tədbirlər görülmüşdür. 1997-ci ildə “Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun qəbul olunması ilə yanğından mühafizə sisteminin təşkilinin hüquqi əsasları müəyyənləşdirilmişdir. Görülən məqsədyönlü tədbirlər nəticəsində yanğından mühafizə sistemi təkmilləşdirilmiş, şəxsi heyətin sosial-məişət şəraiti yaxşılaşmış, təminat və təchizat məsələləri öz həllini tapmışdır.
Yanğın təhlükəsizliyi orqanları muxtar respublikada diqqət və qayğı ilə əhatə olunmuş, bu sahənin maddi-texniki bazasının gücləndirilməsi, şəxsi heyətin sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Belə ki, 2002-ci ildə Sədərək rayonunda hərbiləşdirilmiş yanğın hissəsi yaradılmış və onun fəaliyyətinin təmin edilməsi üçün inzibati bina və texniki qaraj tikilmiş, 2003-cü ildə isə Ordubad və Şahbuz rayonlarında yanğın hissələri hərbiləşdirilmiş yanğın hissələrinə çevrilmişdir. 2004-cü ildə Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinə İdarə statusu verilmiş, onun yerli qurumları xidmətdən şöbəyə çevrilmiş, Kəngərli rayonunda hərbiləşdirilmiş yanğın hissəsi yaradılmışdır.

2006-cı ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarının Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin tabeliyinə verilməsi ilə yanğın təhlükəsizliyi orqanlarının fəaliyyətində yeni mərhələnin başlanğıcı qoyulmuşdur. 2008-ci ildə Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və Naxçıvan Şəhər Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsinin inzibati binaları əsaslı təmir edilmiş, Kəngərli, Şahbuz, Ordubad, Şərur, Babək və Sədərək Rayon Dövlət Yanğın Təhlükəsizliyi şöbələri üçün yeni inzibati binalar və texniki qarajlar tikilərək şəxsi heyətin istifadəsinə verilmişdir. İdarənin yerli qurumlarının yanğınsöndürmə avtomobilləri müasirtipli radiostansiyalarla təmin olunmuş, struktur qurumlarla etibarlı rabitə əlaqəsi yaradılmışdır.
Ötən müddətdə yanğın təhlükəsizliyi orqanlarında peşə hazırlığının artırılması üzrə beynəlxalq təcrübənin öyrənilməsi, texniki təchizat və təminatın müasir standartlara uyğunlaşdırılması, həmçinin ixtisaslı kadrların hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılmışdır. Yanğın təhlükəsizliyi orqanlarının ixtisaslı kadrlarla komplektləşdirilməsi, gənc kadrların hazırlanması məqsədilə 2006-2018-ci illərdə, ümumilikdə, 117 əməkdaş Azərbaycan, Ukrayna və Belarus respublikalarının akademiyalarına, həmçinin Bakı Yanğın Texniki Kollecinə təhsil almağa göndərilmişdir. Onlardan 98-i Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumlarında xidmətlərini layiqincə davam etdirir.
Yanğın təhlükəsizliyi məsələləri ilə bağlı maarifləndirmə istiqamətində də işlər diqqətdə saxlanılır, idarə, müəssisə və təşkilatlarda, həmçinin taxıl zəmilərində və əkin sahələrində maarifləndirici tədbirlər keçirilir, bu işdə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə olunur. Bununla yanaşı, yanğın təhlükəsizliyi orqanlarının əməkdaşları muxtar respublika ərazisində baş vermiş yanğınların qarşısının alınması və söndürülməsi ilə yanaşı, yol-nəqliyyat qəzalarının nəticələrinin aradan qaldırılmasında, subasmaya məruz qalan ərazilərdən suyun çəkilməsi və xilasetmə işlərinin aparılmasında öz vəzifələrini layiqincə yerinə yetirirlər.
Görülən işlər və əldə olunan nailiyyətlər dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmiş, muxtar respublika yanğınsöndürənlərindən 6-sı “Dövlət qulluğunda fərqləndiyinə görə”, 4-ü “Fövqəladə hallar orqanlarında xidmətdə fərqləndiyinə görə” 3-cü dərəcəli medalı və 21-i “Rəşadətli əməyə görə” döş nişanı ilə təltif edilmiş, bir qrup əməkdaşa fəxri fərman və hədiyyələr təqdim olunmuşdur.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğın­söndürənləri bundan sonra da əhalinin və ərazilərin fövqəladə hallardan qorunması, yanğın təhlükəsizliyinin etibarlı təmin olunması sahəsində səy və bacarığını artıracaqdır.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin
mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179818
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1135
4484
10008
94365
3179818

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter