24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərində fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinə, ümumilikdə, 1950 azyaşlı cəlb olunub. Sevindirici haldır ki, həmin müəssisələrin hamısı son 20 ildə tikilmiş müasir binalarda fəaliyyət göstərir. Bütün lazımi avadanlıq və tədris vasitələri ilə təmin edilən bağçalarda uşaqların təlim-tərbiyəsi ilə 221 ixtisaslı müəllim məşğul olur.
Məktəbəqədər tərbiyə müəssisələrində təlim-tərbiyənin səviyyəsini daha da yüksəltmək üçün Naxçıvan Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsində yeni layihə – “Dostluq və əməkdaşlıq körpüsü” layihəsi hazırlanıb. Naxçıvan şəhərindəki uşaq bağçaları arasında dostluq əlaqələrinin genişləndirilməsinə xidmət edən bu layihə ətraflı müzakirə edilərək tədbirlər planına daxil edilib. Layihəyə əsasən hər ay Naxçıvan şəhərindəki bir uşaq bağçasında əlamətdar günlərlə bağlı bir tədbir və iki açıq dərsin keçilməsi planlaşdırılır. Açıq dərsin sonunda müzakirə və təhlillər aparılacaqdır. Nəticədə, Naxçıvan şəhərindəki uşaq bağçaları arasında dostluq əlaqələri möhkəmləndiriləcək, qabaqcıl təcrübə öyrəniləcək, nöqsanlar aradan qaldırılacaqdır. Bu həm bağçalar arasında əməkdaşlığı, sağlam rəqabəti artıracaq, həm də bağçaların fəaliyyətini gücləndirəcəkdir.
Artıq Naxçıvan şəhərindəki 11 nömrəli uşaq bağçasında belə bir tədbir keçirilib. Tədbirdə uşaqlar ulu öndər Heydər Əliyevə, qədim Naxçıvanımıza, müəllimə, Vətənə aid şeirlər söyləyib, mahnılar oxuyub, rəqs ediblər.
Elə həmin uşaq bağçasında məktəbəhazırlıq qrupları üzrə iki açıq dərs keçilib. Hər iki açıq dərs iştirakçılar tərəfindən dinlənildikdən sonra geniş müzakirə olunub. Digər bağçaların nümayəndələri, müəllimlər qabaqcıl təcrübə və nöqsanlar haqqında danışıb, öz fikirlərini bildiriblər.
“Dostluq və əməkdaşlıq körpüsü” layihəsi tərbiyəçilər və valideynlər tərəfindən də böyük maraq və razılıqla qarşılanıb.

Vəli MƏMMƏDOV
Naxçıvan Şəhər İcra Hakimiyyətinin baş məsləhətçisi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1058
4484
9931
94288
3179741

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter