11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun aparatında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya ilə birlikdə Fondun aparatı və yerli şöbələrində işə yeni qəbul olunan gənc dövlət qulluqçuları üçün “Dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirilib. 

Seminarda fondun aparat rəhbəri Rafiq Novruzov çıxış edərək bildirib ki, dövlət qulluqçusu işə qəbul edildiyi andan işlədiyi dövlət orqanının təmsilçisinə çevrilir. Odur ki, dövlət qulluqçuları yüksək peşəkarlıq keyfiyyətlərinə malik olmaqla yanaşı, xidməti fəaliyyətləri dövründə qanun və təlimatların, eyni zamanda etik davranış qaydalarının tələblərinə tam məsuliyyətlə əməl etməlidirlər.

Seminarda “Dövlət qulluqçularının əsas hüquq və vəzifələri” mövzusunda çıxış edən fondun əməkdaşı Hürü Məhərrəmli bildirib ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dövlət qulluqçularının hüquqları ilə yanaşı, onların üzərinə düşən vəzifələr də müəyyən olunub. Dövlət qulluqçuları öz iş funksiyalarını dərindən bilməklə yanaşı, dövlətinə və xalqına sədaqətli olmalı, vətəndaşların qanuni mənafelərini təmin etməli və qorumalıdırlar. Vətəndaşların və ictimai birliklərin, habelə müəssisə, idarə və təşkilatların, dövlət və yerli özünüidarəetmə orqanlarının müraciətlərinə öz qulluq vəzifəsi çərçivəsində vaxtında baxmaq və qanun­vericiliklə müəyyən olunmuş qaydada müvafiq qərarlar qəbul etmək dövlət qulluqçusunun vəzifə borclarındandır.
Sonra Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri ­yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşı Mahir Abbasovun “Dövlət qulluqçularının etik davranış qaydaları”, Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı İslam Hüseynovun “Dövlət qulluğunda çalışmaq dövlətə və xalqa xidmətdir” mövzularında çıxışları dinlənilib.
Sonda seminar iştirakçılarını maraqlandıran suallara cavab ­verilib.

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390575
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5191
5214
10405
49742
3390575

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter