24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

İclasda cari ilin doqquz ayında görülmüş işlər və qarşıda duran vəzifələr barədə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin deputatı İsa Məmmədov məruzə edib. Bildirilib ki, Yeni Azərbaycan Partiyası ölkənin ictimai­-siyasi həyatında və dövlətçilik ənənələrinin qorunmasında həlledici qüvvəyə malik, alternativi olmayan siyasi partiyadır. Bu partiya 1992-ci ildə ulu öndərimiz Heydər Əliyevin ətrafında sıx birləşən xalqın aparıcı və mütərəqqi qüvvələrinin istəyi ilə yaradılıb.
İsa Məmmədov qeyd edib ki, ümummilli liderin müəyyənləşdirdiyi siyasi xətt ölkəmizin ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasını inkişafın yeni mərhələsinə qovuşdurub. Bu siyasi yola sadiqliyin nəticəsidir ki, muxtar respublikada regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarına uyğun olaraq abadlıq-quruculuq, yaşıllaşdırma işləri sürətlə aparılır, iqtisadiyyatımız yüksələn templə inkişaf etdirilir. Ulu öndərin təşəbbüsü ilə yaradılan və təşkil olunmasının 40 illiyini qeyd edən Babək rayonu da günbəgün inkişaf edir, çiçəklənir, həyata keçirilən uğurlu infrastruktur layihələri hesabına bu yurd yerində əhalinin rahatlığı təmin olunur, məskunlaşma artır. Belə ki, cari ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə rayonun Nehrəm kəndində tarixi İmamzadə türbəsi təmir olunaraq istifadəyə verilib, yeni asfalt-beton zavod kompleksi qurulub, Şəkərabad kəndində isə içməli su və kanalizasiya xətləri çəkilib. Ötən günlərdə isə Babək qəsəbəsində yeni yaşayış binası, məscid və mərasim evi istifadəyə verilib. Hazırda rayonun ucqar dağ və sərhəd kəndləri olan Yuxarı və Aşağı Buzqovda kənd və xidmət mərkəzləri, məktəb binası tikilir, Buzqov çayı üzərindəki körpü təmir olunur, hər iki kəndə içməli su xətti çəkilir, yollar abadlaşdırılır. Bütün bu tədbirlər partiyamızın siyasi xəttinin bariz ifadəsidir.

Bildirilib ki, təşkilat öz işini Yeni Azərbaycan Partiyası V Qurultayının və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının V Konfransının qərarlarının yerinə yetirilməsi istiqamətində, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Siyasi Şurasının 2017-ci il 16 mart tarixli iclasının tələblərinə uyğun qurub. Hesabat dövrü ərzində təsdiq olunmuş iş planına əsasən fəaliyyət davam etdirilib, ilk partiya təşkilatları ilə mütəmadi əlaqə saxlanılıb, onlara metodik köməkliklər göstərilib.
Vurğulanıb ki, Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatının əhatə etdiyi 56 ilk partiya təşkilatında 6837 nəfər partiya üzvündən 2330-u gənc, 2851-i isə qadındır. Ötən 9 ay ərzində partiya sıralarına 87 nəfər qəbul edilib. Bütövlükdə, hesabat dövrü ərzində Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatında 3 şura, 9 idarə heyətinin yığıncağı keçirilib.
Sonra çıxışlar dinlənilib. Babək Rayon İcra Hakimiyyətinin başçısı, şura üzvü Rasim Hüseynov və Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının icra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov çıxış edərək qarşıya qoyulmuş vəzifələrdən ­danışıblar.

Muxtar RZAZADƏ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179737
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1054
4484
9927
94284
3179737

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter