24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Ulu öndərimiz Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti ölkəmizdə gənc nəslin təlim-tərbiyəsi, təhsili, milli və mənəvi dəyərlərə bağlılığı, Vətənə, mənsub olduğu dövlətə sədaqəti kimi meyarları özündə əks etdirir. Hazırda bu siyasi xəttin uğurla davam etdirilməsi gənclərin cəmiyyət həyatında rolunu xeyli genişləndirib, muxtar respublikamızda, ümumilikdə isə ölkəmizdə onların potensialını artırıb. Muxtar diyarımızda gənclərin bilik və bacarıqlarının layiqincə qiymətləndirilməsi, onların yüksək vəzifələrdə təmsil olunması gənclərə göstərilən böyük etimadın nəticəsidir. 

Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun yaradılması və Naxçıvan şəhərində Gənclər Mərkəzinin inşa olunması da gənc­lərə dövlət qayğısının daha bir ifadəsidir. Bəs fond bu gün fəaliyyətini hansı istiqamətlər üzrə qurur? Bu və digər suallarımızı Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev cavablandırdı. O, bizimlə söhbətində bildirdi ki, hazırda muxtar respublikamızda gənclər siyasəti dövlətimizin daim diqqət mərkəzində saxladığı prioritet sahələrdəndir. Müvafiq dövlət proqramlarının qəbul olunması, gənc istedadlara dövlət qayğısının artırılması, bütün sahələrdə gənclərə etimad göstərilməsi bu siyasətin əsasını təşkil edir. Çünki ölkəmizin gələcək inkişafını bugünkü gənclər təmin edəcəklər. Gənclərimiz isə daha yaxşı təhsil almaqla, vətənpərvər yetişməklə, lazımi bilik və vərdişlərə yiyələnməklə buna nail ola bilərlər. Gənclər, həqiqətən, böyük potensialdır. Elə bu potensialın yüksək səviyyədə qiymətləndirilməsinin nəticəsidir ki, bu gün muxtar respublikamızda yüzlərlə gənci öz ətrafında birləşdirən qurum – Gənclər Fondu fəaliyyət göstərir. Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondunun əsasında yaradılıb və bu ilin mart ayının 28-dən publik ­hüquqi şəxs kimi təsdiq olunub.

Cəbi Quliyev fondun fəaliyyət istiqamətləri barədə də danışaraq qeyd etdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun 2012-ci il 29 mart tarixli Fərmanı ilə yaradılan bu qurum muxtar respublikada gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli layihə və proqramları qrant şəklində məqsədli maliyyələşdirir, həmin sahədə konfrans, seminar, festival, olimpiada və digər tədbirləri təşkil edir. Burada məqsəd gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində, gənclər siyasəti sahəsində normativ-hüquqi aktların layihələrinin hazırlanmasında iştirak etmək, gənclərin müxtəlif sahələrlə bağlı innovativ ideyalarını dəstəkləmək, eyni zamanda onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması istiqamətində tədbirlər görməkdir.
Müsahibimiz onu da bildirdi ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisində gənclərlə iş, bu sahədə qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirələr, verilən konkret tapşırıqlar gənclərin fəaliyyətinin stimullaşdırılmasına hesablanıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanı gənclərə göstərilən yüksək diqqət və qayğının növbəti ifadəsidir. Fərmana əsasən Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı” təsis olunub, kitaba adları düşmüş istedadlı gənc­lərə təqaüdün verilməsi ilə bağlı qaydalar təsdiq edilib. Bütün bunlar isə gənclərin cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsi istiqamətində atılan mühüm addımlardır.
Bu gün Gənclər Mərkəzində mütəmadi olaraq muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında müxtəlif idman və bilik yarışları, mədəni tədbirlər, film nümayişləri, muzey ekskursiyaları təşkil olunur. Muxtar respublikamızda yaşayan istedadlı gənclərin üzə çıxarılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gənclər arasında yaradıcılıq müsabiqələrinin təşkili də daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda sağlamlıq imkanları məhdud uşaqlar da diqqətdən kənarda qalmırlar, onlara vətənpərvərlik hisslərinin aşılanması, bu qəbildən olan istedadlı uşaqların üzə çıxarılması məqsədilə onlar arasında da yazı, şeir, mahnı və rəsm müsabiqələri keçirilir. Həmin tədbirlər bu kateqoriyadan olan yeni­yetmə və gənclərin asudə vaxtlarının səmərəli təşkili və cəmiyyətə inteqrasiyasında mühüm rol oynayır. Ümumiyyətlə, mərkəz gənclərin həm asudə vaxtlarının səmərəli təşkilinə, həm də onların bilik və bacarıqlarının artırılmasına öz töhfəsini verir. Məsələn, burada fondun təşkilatçılığı ilə ingilis, rus və fransız dilləri üzrə hazırlıq kursları keçirilir. Buna uyğun olaraq bu ilin fevral ayında növbəti xarici dil kursları fəaliyyətə başlayıb. Kurslarda yazılı və şifahi olmaqla, iki mərhələdən ibarət sertifikat imtahanı keçirilib.
Muxtar respublikamızın turizm potensialının tanıdılması və təbliği bu gün gənclərimizin qarşısında duran əsas vəzifələrdəndir. Bu məqsədlə iyun ayında aid təşkilatlarla birgə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda “Naxçıvanın turizm imkanları” mövzusunda gənclər arasında fotomüsabiqə keçirilib. Eyni zamanda iyulun ­ 20-də Ağbulaq İstirahət Mərkəzində “Naxçıvan Muxtar Respublikasının turizm potensialının tanıdılmasında gənclərin rolu” mövzusunda tədbir olub. Yeri gəlmişkən onu da qeyd edək ki, hər il olduğu kimi, bu il də yay tətili müddətində gənclərin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində “Yay məktəbi” təşkil olunub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”ndə muxtar respublikada fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 270 gənc iştirak edib.
Gənclər sahəsində görülən işlər bir daha onu deməyə əsas verir ki, bu gün muxtar respublikamızda vətənpərvər, Azərbaycançılıq ideal­larına sadiq, milli və mənəvi dəyərlərə bağlı gənclik formalaşdırılır, bunun üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu isə gələcək inkişafımızın əmin əllərdə olacağına bir daha böyük ümid yaradır.

 Gülcamal TAHİROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179985
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1302
4484
10175
94532
3179985

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter