24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Beynəlxalq Qızıl Xaç Komitəsinin fəaliyyəti və iş prinsipləri haqda mühazirə oxumaq üçün cəmiyyətin hüquq məsələləri üzrə məsləhətçisi Jalə Əzizova Naxçıvan Dövlət Universitetinə dəvət edilib. İki gün davam edən mühazirələrdə tələbələrə dünyanın 80-dən çox ölkəsində humanitar məqsədlə fəaliyyət göstərən təşkilat haqda məlumat verilib.
Bildirilib ki, baş qərargahı İsveçrənin Cenevrə şəhərində yerləşən hərəkat Beynəlxalq Qızıl Xaç Komitəsi, 190 Qızıl Xaç və Qızıl Aypara (QXQA) Cəmiyyətindən və QXQA cəmiyyətlərinin Beynəlxalq Federasiyasından ibarətdir. 1863-cü ildə yaradılan komitə Cenevrə Konvensiyalarının və beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatının əsasında durur, müharibə və silahlı zorakılıqların qurbanlarına humanitar yardım göstərən və onları müdafiə edən müstəqil, neytral təşkilatdır. Hərəkatın missiyası harada olmasından asılı olmayaraq, xüsusilə də silahlı münaqişə və digər fəlakətlər zamanı insan əziyyətlərinin qarşısını almaq və azaltmaq, həyat və sağlamlıqlarını qorumaq və insana hörməti təmin etməkdir.
Mühazirənin ilk günündə əsas diqqət komitənin Azərbaycandakı fəaliyyətinə, Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlığına həsr olunub.

Mühazirənin ikinci günündə beynəlxalq humanitar hüquq haqda danışılıb. Bildirilib ki, silahlı münaqişənin təsirini azaltmaq məqsədi daşıyan qaydalar toplusundan ibarət olan humanitar hüquq müharibə zamanı insanların təhlükəsizlik və ləyaqətinin qorunmasını təmin etmək üçün beynəlxalq ictimaiyyətin sərəncamındakı ən güclü vasitələrdən biridir. O hətta müharibədə də məhdudiyyətlərin olmasına baxmayaraq, humanistliyi saxlamağa çalışır. Natiq beynəlxalq hüququn vacibliyindən, rolundan və hansı hallarda tətbiq olunduğundan danışıb.
Sonra “Müharibə qanunları” adlı qısa­metrajlı film nümayiş olunub.
Qarşılıqlı fikir mübadiləsi şəklində təşkil edilən mühazirələrdə müəllim və tələbələrin mövzu ilə bağlı sualları ­cavablandırılıb.

Səadət ƏLİYEVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179829
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1146
4484
10019
94376
3179829

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter