24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Təlimlər hər bir ordunun döyüş hazırlığında əsas istiqamətlərdən sayılır. Çünki yetərli döyüş qabiliyyəti bacarıqlarına yiyələnmədən, peşəkarlığa nail olmadan real döyüş əməliyyatlarını yerinə yetirmək mümkün deyil. Son illərdə dünya müdafiə sənayesində mühüm dəyişikliklərin baş verməsi, xüsusilə çoxsaylı hərbi texnika və məmulatların elektron idarəetmə sisteminə keçidi hərbi sənayedə bir sıra nailiyyətlərin qazanılmasına gətirib çıxarıb. 

Bu uğurların əsasını isə döyüş əməliyyatlarını qısa müddətdə aparmaq və canlı itki sayını minimuma endirmək təşkil edir. Təbii ki, hazırda müasir hərbi sənayenin yenilikləri yalnız o ölkələrin ordularında tətbiq edilir ki, həmin ölkələrin dayanıqlı iqtisadi potensialı olsun. Çünki ordu üçün böyük vəsaitlərin tələb olunduğu modernləşmə ciddi investisiyalar tələb edir. Bu mənada, son illərdə ölkəmizdə hərbi müdafiə sənayesinin inkişaf etdirilməsi, bunun da nəticəsində silahlı qüvvələrimizin qoşun və birləşmələrinin maddi-­texniki bazasının yenilənməsi olduqca böyük əhəmiyyət daşıyır.
Naxçıvan Muxtar Respublikasında da Əlahiddə Ümumqoşun Ordunun yaradılmasından ötən müddət ərzində onun komplektləşdirilməsi sahəsində görülən işlər muxtar respublikamızın hərbi potensialını xeyli artırmışdır. Bu illər ərzində muxtar respublikadakı hərbi hissələrdə infrastruktur yeniliklərinin tətbiqi, qoşun və birləşmələrin milli, eyni zamanda dünya hərbi sənayesinin ən müasir silah və texnikaları ilə təmin olunması ordumuzun yeni inkişaf mərhələsinə qədəm qoymasına imkan vermişdir. Ancaq, təbii ki, texnika ilə təminat məsələnin bir tərəfidirsə, digər tərəfi şəxsi heyətin müasir döyüş hazırlığı qabiliyyətinə yiyələnməsidir. Bu mənada, son illərdə muxtar respublikamızda yeni təlim mərkəzlərinin, hərbi məqsədlər üçün nəzərdə tutulmuş çöl və poliqonlarda lazımi şəraitin yaradılması, nəhayət, şəxsi heyətin belə şəraitdən layiqincə istifadəsi üçün imkanların səfərbər edilməsi mühüm əhəmiyyət daşıyır. Cari ilin may ayının 16-da Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab ­İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına növbəti səfəri çərçivəsində tanış olduğu Əlahiddə Ümumqoşun Ordunun “N” hərbi hissəsindəki Təlim-Tədris Mərkəzi də bu gün zabit və əsgərlərimizin peşəkarlığının artırılmasına öz töhfəsini verir. Elə biz də bu günlərdə həmin mərkəzdə olduq, təlim-tədris obyektinin fəaliyyəti ilə maraqlandıq.

Təlim-Tədris Mərkəzinin zabiti Asif Dadaşov bildirdi ki, 3 mərtəbədən ibarət olan bu mərkəz 2017-ci il oktyabrın 18-də – Dövlət Müstəqilliyi Günündə istifadəyə verilib. Binada simulyasiya mərkəzi, trenajor zalı, zirehli texnika, raket-artilleriya sistemləri, rabitə, taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topo­qrafiya, komandir hazırlığı və digər sinif otaqları, kitabxana, mətbəə, xarici dillər kabinəsi və 700 yerlik tədbirlər zalı vardır. Bir sözlə, hərbi tədris proqramının keyfiyyətlə mənimsənilməsi, şəxsi heyətin peşəkar­lığının və nəzəri biliklərinin artırılması üçün sinif otaqlarında lazımi şərait yaradılıb, kompüterlər quraşdırılıb, əyani vəsaitlər və məlumat stendləri qoyulub.
Burada praktik vərdişlərin tətbiq olunduğu trenajor zalına daxil oluruq. Trenajorlar bölməsinin zabiti Xətai Mustafazadə bildirir ki, zalda dərs və məşğələlərlə yanaşı, şəxsi heyətin atəş və sürücülük vərdişlərinin praktik olaraq təkmilləşdirilməsi həyata keçirilir.
Mərkəzdə olduğumuz müddətdə planauyğun olaraq tankçı zabitlərin T-90S tankı üzrə virtual atış təlimini izləyirik. Zabitlərdən Teymur Novruzov, Orxan Muradov, Pərviz Məmmədov daha yüksək nəticə göstərirlər. Xətai Mustafazadə məlumat verir ki, zalda T-72 M1, T-90S tank qurğuları ilə yanaşı, piyadaların əsas döyüş maşınlarından sayılan PDM-2 və PDM-3-lərin də trenajor qurğuları var.
Digər bölmədə isə tank əleyhinə idarəolunan raket qurğularının təlimi aparılır. Gizirlərdən Cavad Rzayev və Elməddin Camayev idarəetmə monitorunda taqım komandirləri üçün aparılan bu virtual təlimi izləyirlər. Hədəflərin aşkar olunması, nişangah obyekti ilə hədəf arasındakı məsafənin ölçülməsi, hərəkət edən hədəfə qarşı atəş açılması və obyektin müvafiq zaman çərçivəsində məhv edilməsi təlimə cəlb olunmuş hərbi qulluqçuların peşə vərdişlərinin təkmilləşdirilməsində mühüm rol oynayır. Keçirilən təlimlərin sonunda qiymətləndirmənin aparılması şəxsi heyətin bilik səviyyəsini və peşəkar­lığını müəyyən etməyə imkan verir. Ümumiyyətlə, planauyğun olaraq virtual təlim meydançalarında keçirilən bu cür təlimlər yanacaq və mərmi sərfiyyatı olmadan şəxsi heyətin praktik döyüş vərdişlərinə yiyələnmələrinə şərait yaradır ki, bu da müasir dövrdə ordumuzun pe­şəkar­lığının artırılmasında böyük əhəmiyyətə malikdir.
Buradakı simulyasiya mərkəzində isə artilleriya qurğularının taktiki-texniki xüsusiyyətləri, həmçinin atışın idarə olunması üzrə məşğələlərin praktik mənimsənilməsi üçün hər cür şərait yaradılıb, otaqlarda mərkəzdən idarəolunan və xüsusi pro­qram təminatına malik kompüterlər və proyektorlar quraşdırılıb.
Mərkəzin zabiti Seymur Rüstəmovun sözlərinə görə, atəş hazırlığı otağında yaradılan virtual təlim meydançası müxtəlif şəraitdə atəşin idarə­ olunmasını həyata keçirməyə imkan verir. Həmçinin burada atəş tapşırıqlarını təhlil etmək və qiymətləndirmək, atəş göstəricilərinin dəqiqliyini müqayisə etmək mümkündür. Eyni zamanda aparılan təlimlər hərbi qulluqçularımızın istənilən döyüş şəraitində fərdi idarəetmə bacarıqlarının təkmilləşdirilməsinə imkan verir.
Təlim-Tədris Mərkəzində yaradıl­mış kitabxana da öz nümunəviliyi ilə seçilir. Belə ki, burada ordumuzun keçdiyi tarixi inkişaf yolunu özündə əks etdirən, həmçinin Azərbaycan və dünya ədəbiyyatı nümunələrindən ibarət 16 mindən artıq kitab, qəzet və jurnal materialları var. Kitabxanada şəxsi heyətin gündəlik dövri mətbuatla tanış olmaq, hərbi və bədii ədəbiyyatları mütaliə etmək imkanı vardır. Kitabxanada Naxçıvan Muxtar Respublikası Ali ­Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq “Oxunması zəruri olan kitablar”dan ibarət guşə də yaradılıb.
Kitabxana müdiri Fərəh İsmayılo­­va bildirdi ki, oxucuları təkcə hərbi qulluqçular deyil, həm də onların ailə üzvləridir. Eyni zamanda “N” hərbi hissəsinin nəzdində fəaliyyət göstərən tam orta məktəbin şagirdləri də kitabxanaya müraciət edirlər. Burada oxucularla müxtəlif görüşlər də təşkil edilir, kitab müzakirələri aparılır.
Bəli, bu gün hərbi sahəyə göstərilən dövlət qayğısının nəticəsidir ki, Əlahiddə Ümumqoşun Orduda gənc əsgərlərin peşəkar döyüşçü kimi hazırlığı da daxil olmaqla, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, gizir və zabit ­hazırlığı kursları təşkil edilir, zabit heyətinin təkmilləşdirilməsi kursu da uğurla icra olunur. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində hərbi hissələrin peşəkar, təcrübəli kadrlarla komplektləşdirilməsi, əsas komanda-qərargah vəzifələrinin ali hərbi təhsilli, mənəvi, fiziki və psixoloji cəhətdən hazırlıqlı, döyüş təcrübəsi toplamış zabitlərlə təmin olunması ardıcıl şəkildə həyata keçirilir. Bu mənada, haqqında bəhs edilən mərkəz ordumuzun hərbi qulluqçularının peşəkarlıq səviyyəsinin artırılmasına öz töhfəsini verir.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3180034
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1351
4484
10224
94581
3180034

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter