15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

2018-ci il avqust ayının 4-də Naxçıvan Muxtar Respublikası Ali ­Məclisində 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar keçirilən müşavirədə Ali Məclisin Sədri deyib: “Naxçıvan Muxtar Respublikasında artıq bir neçə ildir ki, payız-qış mövsümü heç bir problem olmadan başa vurulur. Ölkə Prezidentinin diqqət və qayğısı sayəsində muxtar respublikanın bütün ərazisinin qazlaşdırılması, yeni elektrik stansiyalarının istifadəyə verilməsi hesabına fasiləsiz enerji təchizatı təmin edilib ki, bu da payız-qış mövsümündə meydana çıxan çətinlikləri aradan qaldırıb... Görülmüş işlər muxtar respublika sakinlərinin rahat yaşayışının təmin olunmasına, normal şəraitin yaradılmasına xidmət edir. Bu rahatlığın qış aylarında da qorunub saxlanılması, qarşıya çıxan problemlərin aradan qaldırılması üçün mövsümə hazırlıq işlərinə indidən başlamalı, lazımi mal-material ehtiyatı yaratmalıyıq”.

Müxtəlif aidiyyəti qurumlar qarşısında mühüm vəzifələr qoyulan müşavirədən sonra həmin vəzifələrin vaxtlı-vaxtında yerinə yetirilməsi məqsədilə idarə, müəssisə və təşkilatlarda tədbirlər keçirilib.

Şərur rayonunda da payız-qış mövsümünə hazırlıqla bağlı İcra Hakimiyyətində keçirilən tədbirdə bir sıra məsələlər gündəmə gətirilib, görüləcək işlər müəyyənləşdirilib. Ötən müddət ərzində aidiyyəti təşkilatlar bu istiqamətdə ardıcıl tədbirlər həyata keçiriblər. Görülən işlər belə deməyə əsas verir ki, mövsümü mütəşəkkilliklə başa vurmağa əsas var.
Rayon Elektrik Şəbəkəsindən aldığımız məlumata görə, şəbəkə tərəfindən payız-qış mövsümü ilə əlaqədar 10 və 0,4 kilovoltluq transformator yarımstansiyaları və hava xətləri texniki baxışdan keçirilib, mövcud olan texniki qüsurlar aşkarlanıb və bunların aradan qaldırılmasına başlanılıb. Qəza halı yaradan amillərin aradan qaldırılması üçün davamlı olaraq xətt məftillərinin ağaclardan təmizlənməsi diqqətdə saxlanılıb və bu iş davam etdirilməkdədir. İndiyə kimi 234 kilometr uzunluqda olan 10 və 0,4 kilovoltluq hava xətti məftilləri ağaclardan təmizlənib.
Digər vacib tədbirlərin də görülməsi diqqətdə saxlanılaraq transformatorlarda, yarımstansiyalarda şitlərin açıq yerləri örtülüb, 14 transformator yarımstansiyasında şitlərin sınıq qapaqları bərpa olunub, 36 transformator yarımstansiyasında sınıq izolyator, yanmış kabel və məftillər dəyişdirilib, l6 transformatora avtomat quraşdırılıb və 51 transformatora yağ əlavə olunub. Xətlərdə və transformator yarım­stansiyalarında mövcud olan xətt və şin ayırıcıları təmir edilib və yeniləri quraşdırılıb. Belə ki, Axura, Tənənəm, Xanlıqlar, Danyeri, Dəmirçi, Yuxarı Yaycı, Aşağı Yaycı, Gümüşlü, Şahbulaq, Yeni Havuş, Xətai, Oğuz, Dərəkənd, Həmzəli, Dizə kəndlərində olan hava xətləri və transformator yarımstansiyasının yerləri bir daha yoxlanılıb və qabaq­layıcı tədbirlər görülüb. 28 transformator yarımstansiyasında yüklərin fazalar arasında bərabər bölünməsi həyata keçirilib.
Qışa hazırlıqla əlaqədar mal-­material ehtiyatının yaradılmasına ciddi önəm verilib. Belə ki, 7 transformator, 3800 metr məftil, 22 dib gövdə, 28 dayaq, 18 keçid izolyatoru, 450 metr kabel, 28 cərəyan transformatoru, 800 kiloqram transformator yağı, 3 avtomat açar, 5 xətt ayırıcısı alınıb.
Şəbəkənin iş texnikaları və minik avtomobilləri saz vəziyyətdədir və lazım olan zəruri ehtiyat hissələri ilə təmin olunublar.
Rayon Meliorasiya və Su Təsərrüfatı İdarəsi də mövsümə hazırlıq işlərini xeyli sürətləndirib. Bölgə sakinlərini içməli su ilə təmin etmək məqsədilə subartezian quyularından, yeni çəkilmiş içməli su sistemindən istifadə edilir. Bəhs olunan dövrdə – cari ilin 8 ayı ərzində 233 subartezian quyusu əsaslı təmir olunub, 8,44 kilometr içməli su xəttində təmir işləri aparılıb və bu işlər davam etdirilir.
2012-ci ildən icrasına başlanılan Şərur şəhəri içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinə əsasən Şərur şəhərinə, Mahmudkəndə, Zeyvə kəndinin bir hissəsinə və Yengicə kəndinə çəkilən su şəbəkəsi və aparılan ev birləşmələri, tikilən qalereya, hər birinin tutumu 10 min kubmetr olan iki və tutumu 7500 kubmetr olan bir, cəmi tutumu 27 min 500 kubmetr olan 3 su anbarı mövsümü uğurla başa vurmağa öz töhfəsini verəcək. Layihə çərçivəsində müxtəlifdiametrli plastik borularla 90,3 kilometr içməli su xətti çəkilib, 3598 ev su şəbəkəsinə qoşulub. Rayon mərkəzində 1696, Mahmud­kənddə 760, Zeyvə-­Düdəngə kəndinin bir hissəsində 248, Yengicə kəndində 894 sayğac quraşdırılıb. Bununla da adıçəkilən yaşayış məntəqələrində, ümumilikdə, 18 min 132 nəfərin içməli su ilə davamlı olaraq 24 saat təmin edilməsi real­laşdırılıb. Rayon mərkəzində içməli su xətlərinin donmaması məqsədilə ictimai binaların giriş qapıları və pəncərələrinin düzəldilməsi diqqətdə saxlanılıb, əhali ilə maarifləndirmə işləri aparılıb. Mövsümü uğurla başa vurmaq üçün idarə digər tədbirlərin icrasını davam etdirir, görülən işlərin keyfiyyətlə və vaxtında başa çatdırılmasına ciddi önəm verilir.
Bu dövrdə rayon Qaz İstismar İdarəsi də qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində fəallıq göstərib. Məlumat üçün bildirək ki, idarə 18 min 389 əhali abonentinin, 434 qeyri­-əhali abonentinin təbii qazla təminatına xidmət göstərir.
2018-ci ilin 8 ayı ərzində 92 yeni yaşayış mənzilinə, 10 qeyri-əhali abonentinə, cəmi 102 abonentə yeni qaz xətti çəkilərək təbii qazla təmin edilib. Texniki səbəbdən dayanmış 131 ədəd qaz sayğacı yenisi ilə əvəz olunub, idarənin qəza-dispetçer xidmətinə 2209 çağırış daxil olub, bu məlumatlar əsasında qaz təsərrüfatı nəzarətçilərinin keçirdiyi yoxlamalar nəticəsində aşkar edilmiş 735 sızma halının qarşısı alınıb.
Yeni qaz boru xətlərinin quraşdırılması, yenidənqurma və abadlıq işlərinin aparılması zamanı 17 min 458 p/m dəmir və polietilen borudan istifadə olunub.
Rayon ərazisində qaz sayğaclarının mühafizəsi üçün qutuların quraşdırılması davam etdirilməkdədir. Bu günədək 6376 mühafizə qutusu quraşdırılıb.
Qış mövsümünün yaxınlaşması ilə əlaqədar olaraq idarə tərəfindən rayon ərazisində qaz boru xətlərinə və avadanlıqlarına texniki baxış keçirilir, korroziyaya uğramış borular yenisi ilə əvəz edilir, avadanlıqların nasaz hissələri dəyişdirilir. Bununla bağlı qaztənzimləyici şkafların ətrafı təmizlənərək siyirtmələr yağlanıb, normal işləməsi üçün lazımi tədbirlər həyata keçirilib. Qaztənzimləyici şkafların qış mövsümündə normal fəaliyyət göstərməsi və onlarda yarana biləcək nasazlıqların dərhal aradan qaldırılması üçün “Naxçıvanqaz” İstehsalat Birliyindən ehtiyat hissələri gətirilməsi üçün sifariş verilib. Qaz itkisinin qarşısını almaq üçün rayon ərazisində daimi reydlər keçirilir. Aşkar olunmuş nöqsanlar aradan qaldırılır.

 Muxtar MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407241
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
782
4561
27071
66408
3407241

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter