11 Dekabr 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Azərbaycanın bütün dünyaya yayımlanan CBC kanalının “Günün iqtisadiyyatı” verilişində ölkənin, o cümlədən Naxçıvanın ixrac və enerji potensialı ilə bağlı məsələlər barədə söhbət açılıb.
Verilişin qonağı Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Avropa İttifaqı ilə Azərbaycan arasında iqtisadi münasibətlər, həyata keçirilən birgə beynəlxalq layihələr, energetika sahəsi və biznes əlaqələrindən geniş söhbət açıb. Verilişdə qonaq, həmçinin ötən ay Naxçıvana etdiyi səfərdən və qədim diyarda “Avropa günləri”nin yüksək səviyyədə təşkilindən də danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikası alternativ və bərpaolunan enerji istehsalı sahəsində dünyada qabaqcıl mövqedə dayanır.
Kestutis Yankauskas deyib: “Naxçıvanda keçirilən biznes-forumda burada istehsal edilən yerli məhsullar bizə təqdim edildi. Biz şahidi olduq ki, Naxçıvanda istehsal, əsasən, yerli xammala əsaslanır və çeşid müxtəlifliyi çoxdur. Biz Avropa ölkə­lərinin Azərbaycandakı səfirləri ilə birgə qatıldığımız tədbirlərdə, keçirdiyimiz yüksək səviyyəli görüşlərdə o qənaətə gəldik ki, ixrac imkanlarının artırılması muxtar respublikanın iqtisadiyyatının daha da gücləndirilməsinə öz töhfəsini verə bilər. Bu gün muxtar respublikadan ixrac olunan məhsullar Türkiyəyə və oradan Avropa ölkələrinə göndərilir. Mən fikirləşirəm ki, Naxçıvanın yerli istehsal və ixrac imkanları yetərincə yüksəkdir. Xüsusilə kənd təsərrüfatı, mineral sular, dekorativ daş və duz məhsulları sahəsində. Amma təkcə bu deyil, digər sahələrdə də potensial var. Naxçıvanda müasir kənd təsərrüfatı məhsulları laboratoriyası mövcuddur. Burada məhsullara beynəlxalq sertifikat verilir. Bu məhsullar Avropada müxtəlif sərgilərə çıxarılır. Mən fikirləşirəm ki, bundan sonra da qarşılıqlı fayda verən əməkdaşlıq sahələri genişlənəcək”.

“Nuhçıxan” İnformasiya Agentliyi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3390578
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
5194
5214
10408
49745
3390578

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter