15 Dekabr 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Xocavənd rayonu Ermənistan silahlı qüvvələri tərəfindən 1992-ci il oktyabr ayının 2-də işğal edilib. Erməni qəsbkarları və muzdlu döyüşçülərlə gedən qeyri-bərabər döyüşlərdə rayonun azərbaycanlı kənd­ləri qarış-qarış, addım-addım itirilib. 1991-ci il oktyabrın 30-da rayonun azərbaycanlılar yaşayan qədim Tuğ və Salakətin kəndləri, həmin il noyabrın 15-19-da Xocavənd, 1992-ci il yanvar ayının 9-da isə Haxullu kəndləri işğala məruz qalıb.

Düşmən yaşayış məntəqələrimizi işğal edən zaman əliyalın əhaliyə divan tutub. 1992-ci il fevralın 17-də ermənilər Qaradağlı kəndində misligörünməmiş vəhşiliklər törədib, kənd əhalisinin böyük bir qismini xüsusi amansızlıqla qətlə yetirərək soyqırımı həyata keçiriblər. Həmin il oktyabr ayının 2-də Əmirallar, Muğanlı və Kuropatkini, 1993-cü il iyulun 23-də isə Günəşli kəndləri Ermənistan silahlı qüvvələri və onların havadarları tərəfindən işğal edilərək yandırılıb.
İşğaladək xocavəndlilər düşmənə qəhrəmanlıqla müqavimət göstəriblər. Dağlıq Qarabağın azərbaycanlılar yaşayan digər məntəqələri kimi Xocavəndin kəndləri də dörd il ərzində ermənilərin hücumuna məruz qalıb, lakin düşmənə qarşı inadlı müqavimət göstərilib, bu torpaqların hər qarışı uğrunda qanlar tökülüb, şəhidlər verilib. Qeyri-­bərabər döyüşlərdə rayonun uşaqlı-qadınlı, cavanlı-qocalı bütün sakinləri iştirak ediblər. Xocavənd rayonunun təkcə Qaradağlı kəndi ermənilərlə qeyri-bərabər mübarizədə 4 ay tam mühasirə şəraitində qalıb, 800 sakini olan kənddə 91 nəfər şəhidlik zirvəsinə yüksəlib. Bu, kənd əhalisinin hər 10 nəfərindən biri deməkdir. Xocavəndlilər öz ata-baba yurdlarının müdafiəsi uğrunda 145 şəhid veriblər, bu isə rayonun azərbaycanlı əhalisinin hər 50 nəfərindən biridir.

Azərbaycan xalqının böyük oğlu, ümummilli liderimiz Heydər Əliyev 1994-cü il aprelin 10-da Xocavənd rayonu ərazisində cəbhə xəttinə səfəri zamanı Xocavənd taborunun döyüşçüləri ilə səmimi görüşüb, igid Vətən oğullarına öz təşəkkürünü bildirib, bir neçə cəsur döyüşçünü isə Vətənin yüksək mükafatı ilə təltif edib. Bu görüşdən ruhlanan əsgərlərimizin böyük şücaət və qəhrəmanlıqları sayəsində Xocavənd rayonunun – Dağlıq Qarabağın 14 min hektar ərazisi düşməndən azad edilib. Hazırda həmin ərazilər ordumuzun nəzarəti altındadır və rayon sakinləri orada gündəlik təsərrüfat işləri ilə məşğul olurlar.
Xocavənd rayonu Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli Qanununa əsasən Martuni və Hadrut rayonlarının bazası əsasında yaradılıb. Rayonun ərazisi 1458 kvadratkilometr, əhalisi 42 min 120 nəfər, o cümlədən azərbaycanlılar 10 min 994 nəfər olub. İnzibati ərazisində 1 şəhər, 2 qəsəbə və 81 kənd mövcud idi ki, onlardan da 10-da azərbaycanlılar yaşayıb. Xocavənd rayonu Ağdam, Ağcabədi, Füzuli, Cəbrayıl, Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir. İqtisadiyyatında üzümçülük, heyvandarlıq, quşçuluq və bostançılıq üstünlük təşkil edib. Amma rayon daha çox üzümü və yaşıl mərməri ilə məşhur olub.
Xocavənd rayonunun işğalı nəticəsində bu diyarın azərbaycanlılar yaşayan kəndlərində 1723 yaşayış evi yandırılaraq əmlakları talan edilib, 47 sənaye, 144 kənd təsərrüfatı obyekti dağıdılıb. Erməni vandalları tərəfindən 17 təhsil müəssisəsi, 4 məktəbəqədər tərbiyə ocağı, 32 səhiyyə müəssisəsi, 59 mədəniyyət obyekti, 10 tarixi abidə viran edilib. Rayonun infrastrukturuna aid olan 12 rabitə qovşağı, 341 kilometr avtomobil yolları, 32 körpü, 42 su anbarı və 316 kilometr su kəməri xətti dağıdılıb, talan edilərək yararsız hala salınıb. İşğal nəticəsində vurulmuş maddi, mənəvi ziyanla bərabər rayonun bitki və meşə örtüyünə də böyük miqdarda zərər dəyib. Belə ki, rayonun 1202 hektar meşə sahəsindəki qiymətli ağac növləri qırılaraq məhv edilib.
Bu diyardakı füsunkar təbiəti ilə fərqlənən Ziyarət, Kirs və Ərgünəş yaylaqları Kiçik Qafqazın əsrarəngiz təbiət gözəlliklərini özündə əks etdirir. Ərazisində Bağırxan, Qırmızı Bazar kimi istirahət zonaları var idi. Xocavəndin Mədə bulağı, Baba bulağı min bir dərdin dərmanı idi.
Qədim sivilizasiyanın beşiklərindən biri olan Xocavənd bölgəsi antik, orta əsrlər, yeni və müasir dövr maddi-mədəniyyət nümunələri və tarixi abidələrlə zəngindir. Bu bölgədə ilk insanların yaşadıqları mağaralara, yaşayış yerlərinə, erkən şəhər mədəniyyəti qalıqlarına, möhtəşəm qala divarlarına, müxtəlif dövrlərdə inşa edilmiş türbələrə, daş qoç heykəllərə, ümumiyyətlə, nadir mədəniyyət nümunələrinə hər yerdə rast gəlinirdi. Xocavənd ərazisində 72 dünya və respublika əhəmiyyətli tarixi-memarlıq və mə­dəniyyət abidələri var. Bu abidələr Azərbaycan xalqının tarixini, mədəniyyətini, adət-ənənələrini özündə əks etdirir.
Erməni vandalizmi nəticəsində rayonun dağıntıya məruz qalmış mədəni və dini abidələrinə nümunə olaraq Tuğ kəndinin 5 kilometrliyindəki V əsrə aid alban kilsəsi, I-V əsrlərə aid alban qəbiristanlıqları, Salakətin kəndi ərazisindəki Dəmirov və Dağdağan ocaqları, Xocavənd kəndi ərazisində yerləşən Cicim ocağı, Qaradağlı kəndinin ərazisində qeydə alınan və III-VI əsrlərə aid olan alban qəbiristanlıqları, Yel piri, Əmirallar kəndi yaxınlığındakı Bəhrəmli piri, Muğanlı kəndində yerləşən Seyid Rza günbəzi və neçə-neçə qiymətli maddi-memarlıq abidələrini göstərmək olar.
Bu gün talelərinə məcburi köçkünlük həyatı yaşamaq qisməti düşən xocavəndlilər Azərbaycan dövlətinin böyük qayğı və diqqəti ilə əhatə olunublar. Lakin bizim xocavəndlilər üçün, bütün Azərbaycan üçün ədalətli müharibə hələ bitməyib. Hazırda işğal edilmiş torpaqlarımızı hər an azad etməyə qadir güclü ordumuz var. Ötən il oktyabrın 18-də – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günündə Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 25-ci ildönümünə, bu il iyunun 26-da Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyinə, sentyabrın 15-də isə Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş hərbi paradlar düşməndə böyük vahimə yaradıb. Aprel döyüşləri, Günnüt zəfəri Böyük Qələbəyə inamı daha da artırıb, ordumuzun gücünü, qüdrətini dünyaya nümayiş etdirib. Ona görə də xocavəndlilər inanırlar və əmindirlər ki, tezliklə dövlətimiz istər sülh, istərsə də müharibə yolu ilə doğma yurd yerlərimizi, şəhidlərimizin uğrunda vuruşduqları müqəddəs torpaqlarımızı düşmən işğalından azad edəcək. O zaman işğal tarixlərini deyil, qələbəmizin ildönümlərini Xocavənddə də qeyd edəcəyik.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3407220
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
761
4561
27050
66387
3407220

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter