24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Muxtar respublikada müasir tələblərə cavab verən dövlət qulluğu sisteminin formalaşdırılması diqqət mərkəzindədir. Xüsusilə dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi və bu sahədə yeni texnologiyaların tətbiqi, şəffaflığın təmin edilməsi əsas vəzifələr sırasındadır.

Dövlət qulluğu haqqında qanunvericiliyə edilən dəyişikliklərlə əlaqədar olaraq, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası” və 2017-ci il 9 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğuna qəbul üzrə müsahibədə iştirak etmək üçün müraciətə əlavə edilməli sənədlərin siyahısı və sənədlərin qəbulu Qaydaları”na əsasən test imtahanında, eləcə də müsahibə mərhələsində iştirak etmək üçün namizəd komissiyanın internet portalı vasitəsilə elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçməlidir. Buna görə də, komissiyanın proqram təminatının yeniləşdirilməsi ­zərurəti ­yaranmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən icraçı şirkətlə müqavilə bağlanmış və həmin şirkət tərəfindən yeni proqram təminatı işlənib hazırlanmışdır. Növbəti müsabiqələrdə iştirak etmək üçün namizədlər “şəxsi kabinet” bölməsinə daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçəcəklər. Komissiyanın elektron xidmətlərindən faydalanmaq istəyən hər bir istifadəçinin “şəxsi kabinet”i olmalıdır. “Şəxsi kabinet” bir dəfə yaradılacaq və daimi istifadə ediləcəkdir. İstifadə edilmiş xidmətlər, imtahan nəticələri və digər məlumatlar istifadəçinin “şəxsi kabinet”ində öz əksini tapacaqdır. Bu da vətəndaşların dövlət qulluğuna qəbul ilə əlaqədar müraciət etmək imkanlarının sadələşdirilməsinə və asanlaşdırılmasına, eləcə də rayonlarda yaşayan şəxslərin sənəd təqdim etməsi üçün mərkəzə gəlməsinin və bunun nəticəsində yaranan vaxt və maliyyə itkisinin qarşısının alınmasına, əlavə sənəd təqdim etmədən “şəxsi kabinet” vasitəsilə internet üzərindən qeydiyyatdan keçməklə test və müsahibə mərhələlərində iştirakına imkan yaradacaqdır. Bundan başqa, test imtahanı, müsahibənin vaxtı və digər məsələlər barədə komissiya tərəfindən namizədlərə bildiriş göndərilməklə lazımi məlumatların “şəxsi kabinet” vasitəsilə çatdırılması mümkün olacaqdır.
Müsabiqələrdə iştirak etmək üçün namizədlər qanunvericilikdə nəzərdə tutulmuş müvafiq sənədlərin skan edilmiş surətlərini istənilən vaxt “şəxsi kabinet”ə yükləyə biləcəklər. Bu da namizədlərə aid məlumatların düzgünlüyünün yoxlanılmasının həyata keçirilməsini təmin edəcək, saysız-hesabsız sənədlərin toplanılması prosesi, habelə sənəd qəbulu üçün yaranan növbələr aradan qalxacaqdır. Proqram təminatı namizədin elektron şəxsi işinin yaradılmasına imkan verir ki, bu da kağız və digər dəftərxana ləvazimatlarına qənaət edilməsini, namizədlərin döv­lət qulluğuna qəbulunun mümkünlüyünün daha operativ yoxlanılmasını və müsabiqələ­rin ən azı 1 ay tez yekunlaşdırılmasını təmin ­edəcəkdir.
Qanunvericilikdə vətəndaşların dövlət qulluğuna qəbulu zamanı test imtahanında iştirak etmək üçün müəyyən məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. Namizədlər elektron müraciətlərini təsdiq edərkən “şəxsi kabinet” vasitəsilə onlayn qaydada, yəni bankomat kartları ilə ödəniş edə biləcəklər. Komissiyanın internet portalının təhlükəsizliyinin tam şəkildə təmin edilməsi məqsədilə “SSL” sertifikatı alınmışdır ki, bu da portalın elektron ödəniş sistemlərinə inteqrasiya edilməsinə imkan vermiş, namizədlərin elektron xidmətlərdən istifadə edərkən və qeydiyyatdan keçərkən ödəniş kartı və fərdi məlumatlarının tamamilə qorunmasını təmin etmişdir.
Yeni proqram təminatının hazırlanması ­məmur-vətəndaş təmasının aradan qaldırılmasına, şəffaflığın tam təmin edilməsinə, komissiyanın fəaliyyətinin günün tələblərinə uyğun və qanunvericilikdə nəzərdə tutul­muş qaydada həyata keçirilməsinə şərait yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu
Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3179747
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1064
4484
9937
94294
3179747

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter