24 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamı muxtar respublikada dövlət orqanları əməkdaşlarının muzeylərə kollektiv gedişinin təmin olunması ilə yanaşı, həm də qədim oğuz yurdunun tarixi keçmişinin, mədəniyyətinin öyrənilməsində əhəmiyyətli rol ­oynayır.
Sentyabrın 29-da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının kollektivi və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin əməkdaşları Qarabağlar Türbə Kompleksində olublar. Məlumat verilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Qarabağlar Türbə Kompleksinin bərpası və tədqiq olunması haqqında” 2016-cı il 4 iyul tarixli Sərəncamına uyğun olaraq Kəngərli rayonunun Qarabağlar kəndindəki türk-islam mə­dəniyyətinin nadir nümunələrindən olan bu qədim abidə elmi və tarixi əsaslarla bərpa edilib və bu il iyulun 5-də istifadəyə verilib. Bərpa zamanı abidənin tarixi görkəmi qorunub saxlanılıb.
Kompleksin xanəgah hissəsi ilə tanışlıq zamanı qeyd olunub ki, burada xalqımızın həyat tərzini əks etdirən qədim məişət əşyaları, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan maddi-mədəniyyət nümunələrindən ibarət eksponatlar nümayiş etdirilir. Xalqımızın tarixini, adət-ənənələrini, məişətini özündə əks etdirən saxsı və mis qablar, daş dəstər və həvəngdəstələr, eyni zamanda toxuculuq nümunələri qədim məişət mədəniyyətimiz haqqında dolğun təəssürat yaradır. Ekspozisiyada Qarabağlar Türbə Kompleksinin bərpadan əvvəl və bərpadan sonra çəkilmiş fotoşəkilləri, o cümlədən kətan üzərində yağlı boya ilə işlənmiş “Qarabağlar türbəsi” rəsmləri, Naxçıvanın tarixini və Qarabağlar Türbə Kompleksi haqqında məlumatları özündə əks etdirən kitablar da nümayiş olunur.

Sonra muzey iştirakçıları Qarabağlar türbəsini ziyarət ediblər.
Həmin gün Naxçıvan Muxtar Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Agent­liyinin əməkdaşları Heydər Əliyev Muzeyini, Dövlət Təhlükəsizliyi Xidmətinin kollektivi Duz Muzeyini, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikası İdarəsinin əməkdaşları Naxçıvan Dövlət Tarix Muzeyini, Azərbaycan Respublikası Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin kollektivi Naxçıvan Dövlət Rəsm Qalereyasını, Dövlət Sosial Müdafiə Fondu­­nun əməkdaşları “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksini ziyarət ­ediblər.
Mərkəzi Seçki Komissiyasının əməkdaşları “Əlincəqala” Tarix-Mədəniyyət Muzey Kompleksində, Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinin, “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan Muxtar Respublikası Baş İdarəsinin və “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin kollektivləri Ədəbiyyat Muzeyində, Dövlət Meliorasiya və Su Təsərrüfatı, Dövlət Statistika komitələrinin əməkdaşları Naxçıvan Biznes Mərkəzində, Dövlət Energetika Xidmətinin kollektivi Bəhruz Kəngərli Muzeyində, “Naxçıvanqaz” İstehsalat Birliyinin əməkdaşları Cəlil Məmmədquluzadənin ev-muzeyində, Dövlət Baytarlıq Xidmətinin kollektivi Naxçıvan Dövlət Xalça Muzeyində, Dövlət Arxiv İdarəsinin əməkdaşları Dövlət Bayrağı Muzeyində, Dövlət Baş Sığorta Agentliyinin kollektivi isə Nəbatat bağında olublar.
Qeyd edək ki, sentyabrın 29-da muxtar respublikanın şəhər və rayon İcra hakimiyyətlərinin, eləcə də mərkəzi icra hakimiyyəti orqanlarının şəhər və rayonlardakı idarə, müəssisə və təşkilatlarının əməkdaşları da rayon mərkəzlərində və kənd yaşayış məntəqələrində fəaliyyət göstərən muzeyləri ziyarət ediblər.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3180014
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1331
4484
10204
94561
3180014

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter