27 May 2019, Bazar ertəsi

 

ARXİV

May 2019
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti 2018-ci ilin sentyabr ayında bir sıra qərarlar qəbul etmişdir.
Nazirlər Kabinetinin 2018-ci il 5 sentyabr qərarları ilə “Gömrük yığımlarının məbləğləri”ndə və “Elektron xidmət növlərinin Siyahısı”nda dəyişikliklər edilmiş, “Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” təsdiq edilmişdir.
Bununla yanaşı, Nazirlər Kabinetinin 2018-ci il 13 sentyabr tarixli qərarları ilə “Təhsil müəssisələrinin pedaqoji işçilərinin dərs yükü normalarının müəyyən edilməsi haqqında” Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2011-ci il 11 yanvar tarixli 5 nömrəli qərarında dəyişikliklər edilmiş, Naxçıvan Muxtar Respublikasında qiymətli metallar və qiymətli daşlarla aparılan əməliyyatlar üzrə dövlət tənzimləmə mexanizminin təkmilləşdirilməsi ilə əlaqədar bir sıra normativ-hüquqi aktlar qəbul edilmişdir. Həmçinin Nazirlər Kabinetinin 2018-ci il 19 sentyabr tarixli qərarı ilə “Naxçıvan Muxtar Respublikasının cəzaçəkmə müəssisələrində cəza çəkən narkoloji xəstə məhkumların məcburi müalicəsinin aparılması Qaydaları”nda dəyişikliklər edilmişdir.
Qeyd olunan normativ-hüquqi aktların tam mətni ilə Naxçıvan Muxtar Respublikasının Hüquqi Aktların Dövlət Reyestrində (www.huquqiaktlar. nakhchivan.az) tanış olmaq mümkündür.

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

4022177
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2454
2657
2454
104559
4022177

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter