26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2018-ci il fevralın 6-da “Naxçıvan Dövlət Teleradiosunun maddi-texniki bazasının möhkəmləndirilməsi və yaradıcılıq işinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Sərəncam ­imzalamış, Tədbirlər Planı təsdiq olunmuşdur. Bu Sərəncam kütləvi informasiya vasitələrinin fəaliyyətinin gücləndirilməsi və yaradıcılıq imkanlarının artırılması sahəsində görülən işlərin davamı kimi mühüm əhəmiyyətə malikdir.
Tədbirlər Planında teleradioda yaradıcılıq məsələləri, kadr hazırlığı və maddi-texniki bazanın gücləndirilməsi sahəsində vəzifələr müəyyənləşdirilmiş və icrasına başlanılmışdır.
Yaradıcılıq məsələləri sahəsində qarşıya qoyulan vəzifələrin icrası teleradionun fəaliyyət imkanlarını xeyli genişləndirmişdir. Belə ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 fevral tarixli Qərarı ilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin ştat cədvəlində müvafiq dəyişiklik edilmiş, televiziyada “İnformasiya təminatı və saytlarla iş üzrə redaksiya” və 6 nəfərdən ibarət “Xalq çalğı alətləri ansamblı” yaradılmışdır. Ansambl 2018-ci ilin avqust ayından fəaliyyətə başlamışdır. Bundan başqa, iyunun 15-də teleradionun efir vaxtı daha bir saat artırılaraq 18 saatdan 19 saata ­çatdırılmışdır.
Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin 2018-ci il 1 aprel tarixli kollegiya qərarı ilə “Nuhçıxan” İnformasiya Agentliyi yaradılmış, agentliyin nizamnaməsi təsdiq edilmiş və 2018-ci il aprelin 5-də Ədliyyə Nazirliyində qeydiyyata alınmışdır. Mayın 15-də Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsində “Nuhçıxan” İnformasiya Agentliyinin təqdimatı olmuşdur. Agentliyin nuhcixan.az internet saytı hazırlanmışdır. Saytda Azərbaycan, ingilis və rus dillərində informasiyalar yerləşdirmək mümkündür.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq fərman və sərəncamlarının, qəbul edilmiş qanunların və dövlət proqramlarının naxcivantv.az və nuhcixan.az saytları üzərindən operativ yayımlanması istiqamətində verilən tapşırıqlar da icra olunur. Tədbirlər Planında ­naxcivantv.az saytının elan etdiyi “Dörd fəsildə Naxçıvan” fotomüsabiqəsinə təqdim edilən fotolardan ibarət albom-kataloqun hazırlanması və nəşr olunması nəzərdə tutulur. 2018-ci ilin dekabrında müsabiqənin yekun tədbiri və albom-kataloqun təqdimatı keçiriləcəkdir.
Televiziyada həftədə bir dəfə xəbərlərin rus dilində də yayımlanmasına başlanılmış və bu iş üçün kadrlar hazırlanmışdır. Artıq cari ilin avqust ayından etibarən xəbərlərin rus dilində təqdimatı həyata keçirilir. Muxtar respublikanın tarixi, mədəniyyəti, turizm potensialı və görkəmli şəxsiyyətləri ilə bağlı filmlərin hazırlanması da diqqətdə saxlanılmış, ötən dövrdə “Şərqdə doğan günəş”, “Azərbaycanlıların soyqırımı”, “Tanrının Duzdağ möcüzəsi”, “Naxçıvan geyimləri”, “Vətən uğrunda”, “Naxçıvanın daş küftəsi”, “Süzüt qalası”, “Hər birimizin Prezidenti”, “Babək rayonu: dünən və bu gün”, “Yastı balaban”, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan”, “Daşqala mağarası”, “Naxçıvan xanlığı­”, “Heydər Əliyev və Naxçıvan”, “Xalq Cümhuriyyəti və Naxçıvan”, “Şərqin polad yolları” filmlərinin çəkilişi başa çatdırılıb. Hazırda “Naxçıvan mətbəxi” və “Nəğməyə dönən ömür – İslam Səfərli” filmlərinin çəkilişləri davam etdirilir.
Teleradioda diqqətdə saxlanılan əsas məsələlərdən biri də kadr hazır­lığıdır. Bu sahədə işlər davam etdirilir. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə Bakı şəhərindən mütəxəssis dəvət olunaraq 15 iyul-15 avqust tarixlərində kinooperatorlar üçün təkmilləşdirmə kursu keçirilmiş, kursda televiziyanın bütün kino­operatorları iştirak etmişdir. Teleradioda Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə təhsil alan tələbələri üçün istehsalat təcrübələrinin təşkili gənc kadrların seçilib işə götürülməsində mühüm əhəmiyyətə malikdir. Bu sahədə işlər davam etdirilmiş, 2018-ci ilin fevral-avqust aylarında 13 gənc kadr televiziyanın “Xəbərlər” redaksiyasında işə götürülmüşdür.
Maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən ardıcıl tədbirlər, alınan ən müasir teleradio avadanlıqları işin keyfiyyətinə müsbət təsir göstərir. Tədbirlər Planında maddi-texniki bazanın möhkəmləndirilməsi sahəsində vəzifələr müəyyənləşdirilmişdir. Belə ki, “Xəbərlər” redaksiyasının studiyalarının yenidən qurulmasına başlanılmış, “Dizayn” inşaat tərəfindən studiyaların layihəsi hazırlanmışdır. Bu istiqamətdə işlər davam etdirilir.
Səyyar çəkilişlər, o cümlədən nuhcixan.az və naxcivantv.az saytlarının foto təminatı üçün 2018-ci ilin iyun ayında ümumi dəyəri 166 min 300 manat olan 22 adda yeni avadanlıqlar alınaraq televiziyaya təqdim edilmişdir. Əlavə olaraq 2 videokameranın alınması üçün 24 min 303 manat vəsait köçürülmüşdür. Bundan başqa, xalq yaradıcılığı mövzusunda verilişlərin çəkilişlərində istifadə üçün 5 ədəd qadın, 5 ədəd kişi milli geyimləri “Möminə xatın” Milli Moda Evində hazırlanmış və hazırda çəkilişlərdə istifadə olunur.
Həyata keçirilən tədbirlər Naxçıvan Dövlət Televiziya və Radiosunun yaradıcılıq imkanlarını daha da artıracaqdır.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3067153
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1185
4574
10086
118484
3067153

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter