18 Oktyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Onlar nümunəvi fəaliyyətləri ilə seçilirlər

Muxtar respublikamızda prioritet sahələrin inkişafına hesablanan istiqamətlərdən biri də dövlət gənclər siyasətidir. Bu siyasətin əsas məqsədi gənclərin intellektual səviyyəsinin artırılması, elmə, təhsilə ­yiyələnmələri, onların Azərbaycançılıq ideologiyasına, milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə, dövlətçiliyə sədaqət ruhunda tərbiyə olunmaları, dövlət strukturlarında geniş təmsil edilmələri üçün hərtərəfli şəraitin yaradılmasıdır. Bütün bu məsələlərin həlli gənclərimizə göstərilən diqqət və qayğının, etimadın ifadəsidir. Aparılan məqsədyönlü gənclər siyasətinin nəticəsidir ki, Naxçıvan şəhəri bu il ölkəmizin Gənclər Paytaxtı seçilib. Hər bir naxçıvanlı gənc muxtar respublika paytaxtının bu adı daşımasından fəxarət hissi keçirir, qürur duyur. 

Gənclər Paytaxtının gəncləri bu gün fəallıqları ilə seçilir, müxtəlif dövlət strukturlarında təmsil olunur, səmərəli fəaliyyət göstərirlər. Onlardan biri də Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazir­liyinin əməkdaşı Azadə Cəfərovadır. Onunla söhbətimizdə müsahibimiz gənclərimizə göstərilən dövlət qayğısından ətraflı danışdı, ümummilli liderimiz Heydər Əliyevin “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir” fikrinin onun kimi digər naxçıvanlı gənclərin fəaliyyətlərində əsas məram olduğunu vurğuladı. Çalışdığı sahə haqqında söhbət açan Azadə deyir:

– İlk olaraq qeyd edim ki, bu işdə çalışmaq mənim üçün şərəfli və qürurvericidir. İnsanları baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hallardan, xoşagəlməz hadisələrdən əvvəlcədən, yəni hadisə baş vermədən məlumatlandırmaq, bu cür hallarda düzgün davranış qaydalarını onlara aşılamaq, özlərinə və başqalarına düzgün ilk tibbi yardım göstərməyi öyrətmək çox əhəmiyyətlidir. Çünki baş verə biləcək istənilən fövqəladə hadisə zamanı bütün bunlar çoxsaylı insan itkisinin qarşısını alır. İdarə, müəssisə və təşkilatlarda mütəmadi olaraq bu səpkidə qrup məşğələləri keçirməyimizin əsas məqsədi də budur. Bu məşğələlərdən sonra həm də psixoloji baxımdan hazırlanan insanlar istənilən hadisə zamanı özünü itirmir, təlaşa qapılmadan özlərini xilas edə, hətta başqalarına da yardım göstərə bilirlər. Məsələnin əhəmiyyəti nəzərə alınaraq istiqamətindən asılı olmayaraq, Naxçıvanda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatlarda mülki müdafiə işinin təşkili diqqət mərkəzində saxlanılır.
“Tarixən hər bir xalq özünün xoşbəxt gələcəyinə olan ümidlərini gənclərə bağlayır. Dünyanın istənilən ölkəsində gənclər sosial-iqtisadi inkişafın aparıcı qüvvəsidir. Bundan başqa, müxtəlif səpkili fövqəladə hadisələr zamanı gənclərin düzgün addımlar atmağı vaxtında öyrənmələri, ümumilikdə, cəmiyyətimiz üçün də əhəmiyyətlidir. Buna görə də biz maarifləndirici tədbirlərə lap elə məktəbəqədər tərbiyə müəssisələrindən başlayırıq. Ümumtəhsil məktəbləri, orta ixtisas təhsili müəssisələri və ali təhsil ocaqlarında təhsil alan tələbə və şagirdlərlə mütəmadi görüşlər keçirir, onlarda təhlükəsiz həyat anlayışının formalaşması üçün çalışırıq”, – deyən Azadə Cəfərova qeyd edir ki, bağçaların azyaşlı fidanları ilə “Fövqəladə hallar uşaqların gözü ilə” adlı əməli tədbirlər də keçirilir. Aparılan söhbətlərdə dəcəllikləri ilə hansı qəzalara səbəb ola biləcəkləri onlara izah olunur. Müşahidələrimizə əsaslanıb deyə bilərəm ki, belə tədbirlərdən sonra uşaqlar həmin hərəkətlərə yol vermirlər. Bundan əlavə, rəsm və əl işləri sərgiləri də təşkil olunur. Balacalar hazırladıqları səhnəciklərdə isə yanğın, zəlzələ, sel, subasma və radioaktiv zəhərlənmə hallarında necə davranacaqlarını, özlərini necə müdafiə edəcəklərini nümayiş etdirirlər.
Azadə xanım ümumtəhsil məktəblərində də mütəmadi nümunəvi dərslərin, “Fövqəladə hallar məktəblilərin gözü ilə” adlı əməli tədbirlərin, viktorinaların keçirilməsindən də ətraflı bəhs edərək deyir ki, bu günün tələbəsi, gələcəyin hansısa peşə sahibidir. İxtisasından asılı olmayaraq, hər bir gəncin mülki müdafiə sahəsində məlumatlandırılması təhlükəsiz cəmiyyət üçün əsas amil sayılır. Ona görə də belə tədbirlərin həyata keçirilməsi əhəmiyyətlidir. Sevindirici haldır ki, belə tədbirlər səhiyyə və mədəniyyət müəssisələrində də müntəzəm şəkildə təşkil olunur.
Müsahibimin sözlərinə görə, artıq iki ilə yaxındır ki, Naxçıvan Dövlət Televiziyasında aparıcısı və müəllifi olduğu “Təhlükəsiz həyat” adlı veriliş yayımlanır, bu yolla cəmiyyətdə aktual olan təhlükəsizlik məsələləri auditoriyaya çatdırılır. Bu yaxınlarda “Hər bir ailə fövqəladə hallara hazır olmalıdır” adlı metodik vəsaiti və “İlk tibbi yardım” kitabçasını yekunlaşdırdığını qeyd edən Azadə Cəfərova bildirir ki, bu nəşrlərdə hər bir ailə üzvünün fövqəladə hallarda davranış qaydaları və ilk tibbi yardım üsulları göstərilib. “Föv­qəladə halların psixoloji aspektləri” adlı metodik vəsaiti isə tamamlamaq üzrədir. Həmin nəşrdə ekstremal vəziyyətlərdə vətəndaşlarımızın psixoloji gərginlik yaşamaması üçün dəyərli tövsiyələr öz əksini tapacaq.
Bu gün müxtəlif peşələrə sahib olan hər kəs öz sahəsində nümunəvi işlər görməyə çalışır, bu yolla ölkəsinə, xalqına xidmət edir. Bu, hər kəsin vətəndaşlıq borcudur. Söhbət insanların sağlamlığından, həyatından gedirsə, məsələ bir qədər də ciddiləşir. Xüsusən də istənilən təhlükəli vəziyyətlərdə, qəza və fəlakətlər zamanı hər bir insan nə etmək lazım olduğunu bilməlidir. Belə mühüm məsələlərlə bağlı maarifləndirmə işlərinin düzgün təşkilində Azadə Cəfərova kimi gənclərimizin nümunəvi fəaliyyətləri isə hər birimizdə qürur doğurur.

Ramiyyə ƏKBƏROVA

 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3152955
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
15
4404
13120
67502
3152955

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter