12 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 7 avqust tarixli Fərmanı ilə təsdiq edilmişdir

 1. Ümumi müddəalar

 1.1. Naxçıvan Muxtar Respublikasının ­Sahibkarlığın İnkişafı Fondu (bundan sonra – Fond) Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində yaradılmış, Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verən publik hüquqi şəxsdir.

1.2. Fond Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Nizamnaməni, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası ­Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər normativ hüquqi aktları rəhbər tutur.
1.3. Fond öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən dövlət və yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçmiş qeyri-hökumət təşkilatları ilə, digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Fond ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur. Fond bu ­Nizamnamədə qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilər.
1.5. Fondun müstəqil balansı, əmlakı, xəzinə və bank hesabları, öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
1.6. Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri vardır. Fond məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış edə bilər.
1.7. Fond Naxçıvan şəhərində yerləşir.

  2. Fondun fəaliyyətinin məqsədi və istiqamətləri

 2.1. Fondun fəaliyyətinin məqsədi Naxçıvan Muxtar Respublikasında sahibkarlığın inkişafına maliyyə dəstəyi verməkdən ibarətdir. Fond bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərini həyata keçirərkən qabaqcıl beynəlxalq təcrübə və standartları əsas götürür.

2.2. Fondun fəaliyyət istiqamətləri ­aşağıdakılardır:
2.2.1. Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
2.2.2. investisiya layihələri üzrə qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
2.2.3. sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.

 3. Fondun hüquq və vəzifələri

 3.1. Bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Fondun vəzifələri aşağıdakılardır:

3.1.1. Fondun vəsaiti hesabına Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi ­inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək;
3.1.2. Fonda maliyyə ehtiyatlarının cəlb olunması üçün tədbirlər görmək;
3.1.3. Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmə­rəli və təyinatı üzrə istifadəni təmin etmək;
3.1.4. Fondun vəsaiti hesabına maliyyələşdiriləcək investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
3.1.5. sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
3.1.6. sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
3.1.7. Fondun vəsaiti hesabına güzəştli kreditlərin alınması üçün investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
3.1.8. kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək;
3.1.9. sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək;
3.1.10. sahibkarlıq subyektləri üçün kadrların hazırlanmasına və onların ixtisasının artırılmasına dəstək vermək;
3.1.11. sahibkarlıq subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsinə ­kömək etmək;
3.1.12. muxtar respublikada sahibkarlığın bazar infrastrukturunun formalaşmasına və inkişafına kömək göstərmək;
3.1.13. sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;
3.1.14. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.
3.2. Öz vəzifələrini yerinə yetirmək üçün Fondun aşağıdakı hüquqları vardır:
3.2.1. Fonda vəsait cəlb etmək və bu məqsədlə könüllü yardım, qrant alınması ilə bağlı və digər bu kimi əqdlər bağlamaq;
3.2.2. Fondun fəaliyyət istiqamətlərinə uyğun olaraq, hüquqi və fiziki şəxslərlə işgüzar münasibətlər yaratmaq;
3.2.3. sərəncamında olan əmlakdan istifadə etmək;
3.2.4. sahibkarlıq fəaliyyəti ilə bağlı konfranslar, simpoziumlar və digər tədbirlər təşkil etmək və ya belə tədbirlərdə iştirak etmək;
3.2.5. investisiyaların cəlb edilməsi və onlardan səmərəli istifadə olunması ilə bağlı tədbirlər görmək, sərgilər və yarmarkalar təşkil etmək;
3.2.6. xarici dövlətlərin müsbət təcrübəsini öyrənmək;
3.2.7. Fondun vəsaiti hesabına sahibkarlıq subyektlərinə verilən vəsaitdən investisiya layihələrində nəzərdə tutulmuş təyinatına uyğun istifadə olunmasına nəzarət etmək üçün müvəkkil kredit təşkilatları vasitəsilə və müstəqil surətdə monitorinqlər aparmaq, bu vəsaitdən təyinatı üzrə istifadə edilmədikdə, verilən vəsaitin qaytarılması üçün tədbirlər görmək;
3.2.8. əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması istiqamətində tədbirlər görmək;
3.2.9. fəaliyyət istiqamətlərinə aid məsələlərlə bağlı araşdırmalar aparmaq, işçi qruplar və komissiyalar yaratmaq;
3.2.10. dövlət orqanlarına və qurumlarına, yerli özünüidarəetmə orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə müvəkkil kredit təşkilatlarına zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;
3.2.11. fəaliyyət istiqamətləri üzrə rəy və təkliflər vermək, təhlillər və ümumiləşdirmələr aparmaq, analitik materiallar hazırlamaq;
3.2.12. müstəqil ekspertləri və mütəxəssisləri qanunvericiliklə müəyyən edilmiş qaydada öz fəaliyyətinə cəlb etmək;
3.2.13. əməkdaşlarını dövlət təltiflərinə və digər mükafatlara təqdim etmək, onların həvəsləndirilməsi üçün tədbirlər görmək;
3.2.14. xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
3.2.15. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin aktları ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.

 4. Fondun idarə olunması

 4.1. İdarə Heyəti Fondun fəaliyyətinə cari rəhbərliyi həyata keçirir.

4.2. İdarə Heyətinin tərkibi üç nəfərdən – Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən İdarə Heyəti sədrindən və iki üzvdən ibarətdir.
4.3. İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini İdarə Heyəti üzvləri arasından sədrin müəyyən etdiyi şəxs icra edir.
4.4. İdarə Heyətinin vəzifələri aşağıdakılardır:
4.4.1. Fondun fəaliyyətini təşkil etmək;
4.4.2. aidiyyəti şəxslə dəyəri Fondun aktivlərinin 5 faizədək hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul etmək;
4.4.3. Fondun strateji məqsədlərinin və planlarının icrasına nəzarət etmək;
4.4.4. Fonda ayrılan büdcə vəsaitindən, kredit, qrant və digər maliyyə vəsaitindən təyinatı üzrə səmərəli istifadə olunmasını təmin etmək;
4.4.5. Fondun fəaliyyətinə dair illik hesabat hazırlayaraq Nazirliyə təqdim etmək;
4.4.6. Fondun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı hüquqi aktların layihələrinə baxmaq və bu layihələrə dair təkliflərini ­aidiyyəti dövlət qurumlarına təqdim etmək;
4.4.7. Fondun işçilərinin say həddinin və əməkhaqlarının müəyyənləşdirilməsi üçün ­aidiyyəti üzrə təkliflər vermək;
4.4.8. Fondun fəaliyyətinə dair hesabatı ictimaiyyətə açıqlamaq.
4.5. İdarə Heyətinin iclasları ayda bir dəfədən az olmayaraq çağırılır. İdarə Heyətinin iclaslarının keçirilməsi təşəbbüsü ilə İdarə Heyətinin sədri və ya üzvü çıxış edir. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. İdarə Heyətinin iclasları İdarə Heyəti üzvlərinin ən azı ikisi iştirak etdikdə səlahiyyətlidir. İdarə Heyətinin iclasında, hər üzvün bir səsi olmaqla, qərarlar sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermə zamanı üzvlərin bitərəf qalmasına icazə verilmir. Səslərin sayı bərabər olduqda, İdarə Heyəti sədrinin (və ya onu əvəz edən digər üzvün) səsi həlledicidir.
4.6. İdarə Heyətinin sədri:
4.6.1. Fondun cari fəaliyyətinə rəhbərlik edir və onu təmsil edir;
4.6.2. İdarə Heyətinin fəaliyyətini təşkil edir, iclaslarının gündəliyini müəyyənləşdirir və iclaslarına sədrlik edir;
4.6.3. öz təşəbbüsü ilə və ya İdarə Heyətinin digər üzvünün təşəbbüsü ilə İdarə Heyətinin iclaslarını çağırır;
4.6.4. Fondun fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan sərəncam və əmrlər verir;
4.6.5. Fondun fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
4.6.6. Fondun vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
4.6.7. Fondun işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu çərçivəsində təşkil edir;
4.6.8. bu Nizamnamə ilə müəyyən edilmiş hallar istisna olmaqla, Fondun işçilərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görülməsi barədə qərarlar qəbul edir;
4.6.9. Fondun əmlakından onun Nizamnaməsində nəzərdə tutulmuş məqsədlərə uyğun istifadə olunmasına nəzarət edir;
4.6.10. bu Nizamnamə ilə müəyyən edilmiş səlahiyyətlər çərçivəsində Fondun adından əməliyyatlar aparır, müqavilələr bağlayır və onların yerinə yetirilməsini təmin edir;
4.6.11. Fondun fəaliyyət istiqamətləri ilə bağlı işçi qruplar yaradır;
4.6.12. Fondun fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin, habelə qanunla qorunan digər məlumatların mühafizəsi üçün zəruri tədbirlər görür;
4.6.13. kargüzarlıq və arxiv işinin aparılmasını təmin edir;
4.6.14. Fondda müraciətlərə baxılmanı və vətəndaşların qəbulunu təmin edir;
4.6.15. İdarə Heyətinin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;
4.6.16. verilmiş səlahiyyətlər daxilində müvafiq sənədləri imzalayır;
4.6.17. Fondun fəaliyyət planlarının icrasına nəzarət edir;
4.6.18. İdarə Heyətinin fəaliyyətinin təşkili ilə bağlı digər tədbirlər görür.
4.7. İdarə Heyətinin üzvləri:
4.7.1. İdarə Heyətinin səlahiyyətlərinə aid olan məsələlərin həllində iştirak edirlər;
4.7.2. İdarə Heyətinin iclasının gündəliyi ilə və baxılması nəzərdə tutulmuş materiallarla əvvəlcədən tanış olurlar;
4.7.3. İdarə Heyətinin qəbul ediləcək ­qərarlarına dair fikir bildirirlər;
4.7.4. İdarə Heyətinin səlahiyyətlərinə aid məsələlərə İdarə Heyətinin iclaslarında ­baxılmaq barədə təkliflər verirlər;
4.7.5. İdarə Heyətinin qərarları, iclas protokolları ilə və digər sənədlərlə tanış olurlar.
4.8. İdarə Heyətinin üzvləri İdarə Heyətinin iclaslarında baxılan məsələlərə qərəzsiz ­yanaşmalı, İdarə Heyəti üzvünün adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməlidirlər.

 5. Fondun nizamnamə fondu, əmlakı və maliyyə fəaliyyətinin əsasları

 5.1. Fondun nizamnamə fondu 67 723 000 (altmış yeddi milyon yeddi yüz iyirmi üç min) manatdır.

5.2. Fondun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan ­edilməyən digər vəsaitdən formalaşır.
5.3. Fond ona verilmiş əmlakdan yalnız bu Nizamnamədə müəyyən olunmuş məqsədlərə uyğun istifadə edir. Fondun saxlanması xərcləri Nazirliklə razılaşdırmaqla təsdiq olunmuş Fondun maliyyə planlaşdırmasına uyğun olaraq güzəştli kreditlər üzrə daxilolmalar (faiz, cərimə və sair) hesabına ödənilir.
5.4. Maliyyə ilinin sonuna Fondun hesabında qalan vəsait növbəti ilin xərclərinin maliyyələşdirilməsinə yönəldilir.

 6. Fondun fəaliyyətinə nəzarətin forması və əhatə dairəsi

 6.1. Fondun fəaliyyətinə nəzarəti Nazirlik, həmçinin bu Nizamnamə ilə müəyyən edilmiş qaydada İdarə Heyəti həyata keçirir.

6.2. Fondun fəaliyyətinə dair illik hesabat Nazirliyə təqdim edilir.

 7. Fondda uçot və hesabat

 7.1. Fond “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə publik hüquqi şəxslər üçün müəyyən edilmiş qaydada mühasibat uçotu aparır, maliyyə hesabatlarını tərtib və təqdim edir.

7.2. Fond “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik uçot aparır, statistik hesabatları tərtib və təqdim edir.

 8. Fondun yenidən təşkili və ləğvi

 Fondun yenidən təşkilini və ya ləğvini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri həyata keçirir. 

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3394710
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3475
5851
14540
53877
3394710

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter