22 Mart 2019, Cümə

 

ARXİV

Mart 2019
Be Ça Ç Ca C Ş B
25 26 27 28 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi və onun struktur qurumları 2018-ci ilin iyul ayı ərzində muxtar respublikada mülki müdafiə, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, yanğın təhlükəsizliyinin, tikintidə, sənayedə və dağ-mədən sahələrində təhlükəsizliyin təmin edilməsi istiqamətində qarşıya qoyulmuş vəzifələri icra etmişdir.
Ötən dövrdə istehsalat müəssisələrində texniki təhlükəsizliyin təmin olunması, hadisələrin vaxtında qarşısının alınması məqsədilə 4 müəssisədə 14 təhlükə potensiallı qurğu və avadanlıq sertifikatlaşdırılmış, 6 təhlükə potensiallı obyektdə əməli yoxlama keçirilmiş, 21 təhlükə potensiallı obyektdə mühafizə işinin təşkili vəziyyəti yoxlanılmışdır. Dövlət reyestrində qeydiyyatdan keçmiş 2 təhlükə potensiallı obyekt, 72 qurğu və avadanlıq təkrar qeydiyyata alınmışdır. İdarə və təşkilatlara məxsus 36 texnoloji nəqliyyat vasitəsi texniki baxışdan keçirilmiş, mülki müdafiə işinin təşkili ilə bağlı məşğələlərdə 1133 nəfər iştirak etmişdir. Muxtar respublikada yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə 285 obyektdə müayinələr, 90 obyektdə maarifləndirici söhbətlər aparılmışdır. İntensiv biçin aparılan sahələrdə yanğınsöndürmə avtomobillərinin növbətçiliyi, magistral yol kənarlarında isə motoxilasedicilərin patrul xidməti təşkil olunmuş, 64 obyekt yanğından icbari sığortalanmışdır.
Muxtar respublika ərazisində tikinti və yenidənqurma işləri aparılan 38 obyektə baxış keçirilmiş, Ağbulaq Xizək Mərkəzinin tikintisi ilə bağlı müəyyən olunmuş ərazidə kanat yolu üçün dirəklər və liftlərin tikintisi planlaşdırılan yerlərdə, Naxçıvan Beynəlxalq Hava Limanının ərazisində, Şahbuz şəhərində Aviakassa və yaşayış binasının tikintisi ilə bağlı müəyyən olunmuş sahədə qrunt nümunələri götürülərək laboratoriya sınaqları aparılmışdır.

Naxçıvan Muxtar Respublikası
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3785053
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
296
1300
7603
49370
3785053

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter