16 İyul 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

İyulun 7-də Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının konfransı keçirilib.
Konfransın gündəliyinə Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının hesabatı, Rəyasət heyəti sədrinin, sədr müavininin, rəyasət heyəti üzvlərinin, İntizam Komissiyası sədrinin və üzvlərinin seçilməsi çıxarılıb.
Gündəlik təsdiq olunduqdan sonra Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri Tural Hüseynov hesabat məruzəsi ilə çıxış edərək ötən 5 il ərzində kollegiyanın gördüyü işlər barədə məlumat verib.
Məruzə ətrafında müzakirələrdə Naxçıvan Şəhər Hüquq Məsləhətxanasının müdiri Səbinə Hüseynova, vəkil Ələkbər Cəfərov çıxış ediblər.
Əvvəlcə 5 üzvdən ibarət Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının Rəyasət heyəti seçilib.
Sonra Vəkillər Kollegiyasının rəyasət heyətinin üzvü Arif Ağayev vəkil Şükürov Kamil Qəzənfər oğlunun Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri seçilməsi təklifini irəli sürüb.
Təklif səsə qoyulub və Kamil Şükürov Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədri seçilib.
Kamil Şükürov konfransda çıxış edərək göstərilən etimada görə ­Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib və qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyası bundan sonra daha səmərəli işləyəcək.

Konfransda Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının sədr müavininin seçilməsi barədə rəyasət heyətinin üzvü Arif Ağa­yevin namizədliyi təklif edilib və səsə qoyulub. Beləliklə, Arif Ağayev kollegiyanın sədr müavini seçilib. Konfransda kollegiyanın İntizam Komissiyasının yeni tərkibi və sədri də seçilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatı rəhbərinin müavini, Qanunçuluq və Hüquq-Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Cəlil Rüstəmov konfransda çıxış edərək deyib: Naxçıvan Muxtar Respublikasında insan hüquq və azadlıqlarının qorunması diqqət mərkəzində olub. Ölkəmizin Konstitusiyasında təsbit edilmiş hüquqi yardım almaq hüququnun daha səmərəli həyata keçirilməsini təmin etmək üçün muxtar respublikada vəkillik institutunun yaradılması zəruri idi. 2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış “Naxçıvan Muxtar Respublikasında hüquq institutlarının inkişafı haqqında” Fərmanın 4-cü bəndinə əsasən Azərbaycan Respublikası Vəkillər Kollegiyasına Naxçıvan Muxtar Respublikasında əhaliyə göstərilən hüquqi yardımın səmərəliliyinin və burada fəaliyyət göstərən vəkillərin sayının artırılması məqsədilə əlavə qəbul imtahanının Naxçıvanda keçirilməsini təşkil etmək tövsiyə edilib. Lakin Azərbaycan Respublikasında Vəkillər Kollegiyası nəinki bunu etmədi, hətta sonra Naxçıvanda Vəkillər Kollegiyasının yaradılmasının da hər vasitə ilə qarşısını almağa çalışdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin qətiyyətli mövqeyi ilə bütün maneələr dəf edildi. Muxtar respublika rəhbərinin qayğısı ilə Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası yaradıldı, dövlət dəstəyi ilə kollegiya üçün inzibati bina tikildi, maddi-texniki təminat həyata keçirildi, xüsusi geyim forması hazırlandı, kollegiyanın aparatının saxlanması üçün şərait yaradıldı.
Cəlil Rüstəmov vurğulayıb ki, kollegiyanın fəaliyyətində nöqsanlar da mövcud olub. Vətəndaşlara lazımi səviyyədə hüquqi xidmət göstərilmir. Yeni seçilən kollegiya sədri və rəyasət heyəti nöqsanları qısa müddətdə aradan qaldırmalı, vəkillik fəaliyyətinə inamı yüksəltməli, vəkillərin nüfuzunun artırılması, onların fəaliyyətində səmərəliliyin və keyfiyyətin yüksəldilməsi üçün səylə çalışmalıdırlar.
Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri Qasım Əliyev çıxış edərək məhkəmə və hüquq-mühafizə orqanlarına göstərilən diqqət və qayğıdan danışıb. Qasım Əliyev qarşıya qoyulan vəzifələrin və verilən tapşı­rıqların icrasında Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının üzvlərinə uğurlar arzulayıb.
Bununla da, Naxçıvan Muxtar Respublikası Vəkillər Kollegiyasının konfransı başa çatıb.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2737337
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4388
4867
4388
78576
2737337

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter