20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması mərasimi keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini, mayor Cavid Məmmədov açıb.
Mərasimdə Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri Firudin Süleymanov, ədliyyə nazirinin müavini Emin Səfərov, gənclər və idman nazirinin müavini Mirməcid Seyidov çıxış edərək əlamətdar hadisə münasibətilə çağırışçıları və onların valideynlərini təbrik ediblər.
Valideyn Pərviz Novruzov övladının hərbi xidmətə yola salınmasından böyük qürur hissi keçirdiyini bildirib, çağırışçı gənclərə xoş arzularını çatdırıb.
Çağırışçılar adından çıxış edən Bəhruz Seyidov Vətənə şərəflə xidmət edəcəklərinə, komandirlərinin tapşırıqlarını vaxtında və layiqincə yerinə yetirəcəklərinə söz verib.

Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-mayor Səxavət Salmanov bildirib ki, ölkəmizdə bütün sahələr üzrə əldə edilən nailiyyətlər ordumuzun da hərtərəfli inkişafına və güclənməsinə səbəb olub. Bu yaxınlarda Silahlı Qüvvələrimizin yaradılmasının 100-cü ildönümü münasibətilə paytaxt Bakı şəhərində keçirilən hərbi parad öz möhtəşəmliyi ilə hər birimizin qəlbini qürur hissi ilə doldurdu. Ordumuzun istifadəsinə verilmiş yeni hərbi təyinatlı texnikalar bir daha Azərbaycan Silahlı Qüvvələrinin gücünü, döyüş potensialını bütün dünyaya nümayiş etdirdi.
Qeyd olunub ki, Silahlı Qüvvələrimizin yeni texnikalarla təminatı Naxçıvan Muxtar Respublikasında da uğurla davam etdirilir. Bu gün muxtar respublikamızın təhlükəsizliyini ən yüksək səviyyədə qoruyan Əlahiddə Ümumqoşun Ordu dünyanın ən müasir silah və texnikaları ilə təchiz olunub. Ötən müddət ərzində həyata keçirilən tədbirlər nəticəsində şəxsi heyətin peşəkarlığı artıb, əsgər və zabitlərin döyüş ruhu daha da yüksəlib. Bunun nəticəsidir ki, may ayında Şərur rayonunun 26 il işğal altında olan Günnüt kəndi və ətraf ərazilər azad edilib, 11 min hektar ərazi ordumuzun nəzarəti altına keçib. Cəbhədə qazandığımız bu uğur xalqımızın tezliklə işğal olunmuş digər torpaqlarımızın da düşmən tapdağından azad olacağına inamını artırıb.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 30 may tarixli “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamı ilə ölkəmizdə, eləcə də muxtar respublikamızda hərbi xidmətə çağırış kampaniyalarının başlandığını bildirən xidmət rəisi Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edib, onların övladlarının belə bir nüfuzlu ordunun sıralarında ləyaqətlə xidmət edəcəklərinə əminliyini ifadə edib.
Mərasim Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Həmin gün Şahbuz və Sədərək rayonlarında da gənclərin hərbi xidmətə yola salınması mərasimləri keçirilib.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041051
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2477
5384
18283
92382
3041051

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter