20 Sentyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Diplomatiya tarix boyunca hər bir dövlət üçün xüsusi əhəmiyyətli fəaliyyət sahələrindən biri olmuşdur. Qədim tarixi və zəngin dövlətçilik ənənələri olan Azərbaycanın da diplomatiya tarixi olduqca parlaq keçmişə malikdir. Albaniya, Atabəylər, Şirvanşahlar, Qaraqoyunlu və Səfəvi dövlətlərinin, Azərbaycan xanlıqlarının diplomatik fəaliyyətləri Azərbaycanın diplomatiya tarixinin şanlı səhifələrindəndir. XX əsr isə bütövlükdə Azərbaycan diplomatiyasının tarixində xüsusi mərhələ təşkil etmişdir. Müsəlman Şərqində ilk demokratik respublika Azərbaycanda qurulmuş və böyük diplomatik uğurlara imza atmış, 1919-cu il iyulun 9-da Azərbaycan Xalq Cümhuriyyəti Xarici İşlər Nazirliyinin Katibliyi yaradılmışdır.

Ölkə başçısı cənab İlham Əliyevin 2007-ci il 24 avqust tarixli Sərəncamına əsasən hər il bu tarix – iyulun 9-u Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur.
XX əsrin sonlarında ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycan Respublikası əsrin əvvəllərində olduğu kimi yenidən Ermənistanın işğalçı siyasəti ilə üzləşmişdir. Bununla yanaşı, ölkə daxilindəki siyasi hərc-mərclik Azərbaycanı dərin xaosa sürükləmişdi. Nəticədə, ölkə ərazisinin 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş, Azərbaycan müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Xalqın təkidli tələbi ilə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bu prosesin qarşısı alınmış, bütün sahələrdə olduğu kimi, xarici siyasətdə də ciddi dönüş yaradılmışdır. Ulu öndərin təşəbbüsü və rəhbərliyi altında elmi və milli əsaslara, dərindən düşünülmüş konsepsiyaya söykənən xarici siyasət prinsipləri bərqərar olunmuş, Azərbaycanın çoxistiqamətli və tarazlaşdırılmış xarici siyasət strategiyası formalaşdırılmış, zəngin qanunvericilik bazası yaradılmışdır. Ümummilli liderimiz Heydər Əliyev ­deyirdi: “Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətidir. Azərbaycanın sağlam xarici siyasəti olmalıdır, düşünülmüş xarici siyasəti olmalıdır, uzaqgörən xarici siyasəti olmalıdır, elə xarici siyasəti olmalıdır ki, Azərbaycanı dünya dövlətləri birliyinə bağlasın, Azərbaycanın bütün dövlətlərlə əlaqəsini, Azərbaycanın mənafeyini təmin etsin və Azərbaycanı dünya miqyasında müstəqil dövlət kimi tanıtmağı təmin edə bilsin...”

Ulu öndər proqram xarakterli bu fikirlərini gərgin əməyi sayəsində reallığa çevirmişdir. Həmin dövrdən Ermənistanın təcavüzünün qarşısının alınması, respublikanın ərazi bütövlüyünün bərpası və münaqişənin həlli ilə bağlı beynəlxalq aləmin dəstəyinin qazanılması Azərbaycan diplomatiyasının ən mühüm vəzifəsinə çevrilmişdir. Nəticədə, atəşkəsə nail olunmuş, Azərbaycanın haqq mövqeyi beynəlxalq tribunalardan dünya ictimaiyyətinin diqqətinə çatdırılmış və Ermənistanı işğalçılıq siyasətinə son qoymağa çağıran beynəlxalq sənədlər qəbul olunmuşdur. Eyni zamanda dünyanın müxtəlif dövlətləri və beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələr qurulmuş, bir sıra beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılması ilə Azərbaycan Respublikası Cənubi Qafqazın ən güclü dövlətinə çevrilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu xarici ­siyasət kursu bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ikitərəfli və çoxtərəfli formatda BMT-nin Təhlükəsizlik Şurası və digər strukturları, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Demokratiya və İnkişaf Naminə Təşkilat, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Körfəz Əməkdaşlıq Şurası, Afrika İttifaqı, Ərəb Dövlətləri Liqası və digər beynəlxalq və regional təşkilatlarla fəal əməkdaş­lığını davam etdirir. Bir sıra hallarda məhz Azərbaycanın irəli sürdüyü təkliflər və təşəbbüslər bu təşkilatlar çərçivəsində əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsində və səmərəliliyin artırılmasında mühüm rol oynayır. Bu gün Azərbaycanın Cənubi Qafqazın aparıcı dövlətinə və beynəlxalq enerji-kommunikasiya layihələrinin mərkəzinə çevrilməsi, Avropanın enerji təhlükəsizliyində mühüm rol oynaması məhz cənab İlham Əliyevin uğurlu diplomatiyasının nəticələridir. Ölkə Prezidenti bu barədə demişdir: “Azərbaycan xarici siyasət sahəsində böyük uğurlar əldə edib. Biz beynəlxalq arenada öz milli maraqlarımızı bundan sonra da müdafiə edəcəyik. Biz bu gün dünyada çox böyük hörmətə malik olan ölkə kimi tanınırıq. Bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayı artır”.
Azərbaycanın xarici siyasətinin prioriteti olan Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində işlər davam etdirilir. Ermənistanın işğalçılıq siyasətinin ifşası, münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri və ərazi bütövlüyü çərçivəsində həll olunması xarici dövlətlərlə həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən əməkdaşlıq zamanı gündəlikdə duran əsas məsələdir. Artıq Kolumbiya, Çexiya, Rumıniya, Serbiya, Peru, Panama, Pakistan, Meksika, İordaniya, Bosniya və Herseqovina, Honduras, Sudan və Cibuti parlamentləri, eləcə də Amerika Birləşmiş Ştatlarının bir sıra ştatları Xocalı soyqırımını tanımışdır. Azərbaycan öz torpaqlarını istər sülh, istərsə də hərbi yolla azad etmək hüququnu açıq şəkildə bəyan etmişdir.
Bu gün Naxçıvan Muxtar Respublikası da sürətlə inkişaf edir və xarici əlaqələrini genişləndirir. Ötən dövrdə blokadanın yaratdığı əsas problemlər müvəffəqiyyətlə həll edilmiş, nəqliyyat və kommunikasiya sahəsindəki çətinliklər aradan qaldırılmış, İran və Türkiyə ilə əlaqələr qurulmuşdur. Həmçinin muxtar respublika rəhbəri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində digər dövlətlər və beynəlxalq təşkilatlarla da qarşılıqlı faydalı əməkdaşlıq üçün zəmin yaranmışdır. 2009-cu ildə Türkdilli Ölkələrin Dövlət Başçılarının IX Zirvə Görüşünün, 2012-ci ildə Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin, eləcə də türkdilli ölkələrin gömrük xidməti rəhbərlərinin, 2014-cü ildə Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşlərinin Naxçıvanda keçirilməsi, Türkdilli Ölkələrin Parlament Assambleyası baş katibinin Naxçıvana səfər etməsi, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi muxtar respublikanın xarici siyasət konteksində əhəmiyyətinin mühüm göstəricisidir.
Muxtar respublika sürətlə inkişaf edir və xarici əlaqələri genişlənir. Ötən dövrdə muxtar respublikanın bir sıra dövlətlər və beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri yaranmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun Türkiyə­yə, İran İslam Respublikasına, Gürcüstanın Acarıstan Muxtar Respublikasına və Avstriyanın Ştayermark Federal Əyalətinə rəsmi və işgüzar səfərləri əlaqələrin inkişafına mühüm töhfələr vermişdir. Bu gün Naxçıvan Muxtar Respublikası özünün muxtar dövlət statusuna əsasən Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresində uğurla təmsil olunur. 2012-ci ildə Fransanın Strasburq şəhərində Yerli və Regional Hakimiyyətlər Konqresinin 23-cü plenar sessiyasında ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasının statusunu və sərhədlərini müəyyən edən Moskva və Qars müqavilələri beynəlxalq təşkilatların sənədlərində hazırda qüvvədə olan hüquqi sənəd kimi qiymətləndirilmişdir. Həmçinin muxtar respublika ilə əlaqə qurmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların, eyni zamanda muxtar respublikaya səfər edən yüksək səviyyəli nümayəndə heyətlərinin sayı ildən-ilə artır, muxtar respublikada həyata keçirilən islahatlar nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən digər dövlətlərin muxtar qurumlarına nümunə kimi göstərilir.
Naxçıvan Muxtar Respublikasının Azərbaycanın xarici əlaqələrində fəal iştirakının zəruriliyi hər zaman diqqət mərkəzində olmuş və bu əlaqələrin koordinasiyasının təmin olunması üçün müxtəlif işlər görülmüşdür. Belə ki, 1997-ci ildə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasında Konsulluq Məntəqəsi fəaliyyətə başlamış, bir il sonra bu qurumun əsasında Konsulluq şöbəsi, 2003-cü ilin fevralında isə Konsulluq İdarəsi yaradılmışdır. 2005-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin yaradılması haqqında Fərman imzalamışdır.
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsinin işinin səmərəli təşkili üçün ardıcıl tədbirlər görülmüş, yeni inzibati bina istifadəyə verilmişdir. Həmçinin idarənin Sədərək, Culfa, Şahtaxtı və Naxçıvan Beynəlxalq Hava Limanı sərhəd-nəzarət-buraxılış məntəqələrində, eləcə də Naxçıvan və Culfa dəmir yolu vağzallarında viza sektorları fəaliyyətə başlamışdır. İdarədə kadrların seçilməsi və peşəkarlıq qabiliyyətlərinin yüksəldilməsinə xüsusi diqqət yetirilir. Əməkdaşlar mütəmadi olaraq Azərbaycan Diplomatik Akademiyasında və bir çox xarici ölkələrdə təşkil olunmuş diplomatik kurslarda iştirak edir, təcrübə, bilik və bacarıqlarını artırırlar. 2018-ci ilin birinci yarısında idarənin əməkdaşları Yaponiya, Türkiyə, Pakistan, Çin və Rumıniyada, eləcə də Azərbaycan Diplomatik Akademiyası tərəfindən Bakıda təşkil olunmuş təlim kurslarında iştirak etmişdir. İdarənin 20 əməkdaşı isə Azərbaycanın xaricdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə ezam olunmuşdur. Onlar ölkəmizin Bolqarıstan, Malayziya, Türkiyə, Çili, Səudiyyə Ərəbistanı, Pakistan, Qazaxıstan, Türkmənistan və Ukraynadakı səfirliklərində, eləcə də Təbriz, Qars və İstanbul şəhərlərindəki Baş konsulluqlarında ölkəmizin maraqlarını layiqincə müdafiə edirlər.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Diplomatiya sıravi peşələrdən deyil. O, xalqın milli və siyasi maraqlarına birbaşa təsir göstərən fəaliyyət sahəsidir. Yaxşı işlənmiş və əsaslandırılmış diplomatiyası olmayan dövlət­lər siyasi səhnədən silinməyə məhkumdurlar”.
İdarənin kollektivi Ali Məclis ­Sədrinin bu fikirlərini əldə rəhbər tutaraq bundan sonra da ölkəmizin milli və siyasi maraqlarının qorunmasında uğurla fəaliyyət göstərəcək.

Azərbaycan Respublikası
Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3041203
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2629
5384
18435
92534
3041203

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter