15 Noyabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Noyabr 2018
Be Ça Ç Ca C Ş B
29 30 31 1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 1 2

 

 

LİNKLƏR

 

 

İyun ayının ümumi mənzərəsi qazanılan uğurların davamlı xarakter aldığını göstərir

Naxçıvan qədimliyi, mədəni zənginliyi, mühüm strateji əhəmiyyəti ilə yanaşı, həm də böyük önəmə malik beynəlxalq tədbirlərin keçirildiyi inkişaf, sabitlik, mədəniyyətlərarası dialoq məkanı, informasiya mərkəzi kimi də şöhrət qazanıb. Doğma diyarımızda islami dəyərlərin dünyəviliklə vəhdətdə inkişaf etdirilməsi nəticəsində İslama münasibətin elmi və mədəni yanaşmaya əsaslanan Naxçıvan modeli formalaşıb. Ölkəmizdəki tolerantlıq və multikulturalizm mühitində bu modelin özünəməxsus yeri vardır. Məhz, bu mənada, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı olması tolerantlığın, multikulturalizmin harmoniyasından yaranan və İslama yüksək münasibəti özündə əks etdirən Naxçıvan modelinin dünyaya təqdim edilməsinə geniş imkanlar açdı.

 Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin iyunun 7-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən növbəti iclasında bu istiqamətdə görülən işlər qeyd edilib, “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirinə hazırlıq işləri müzakirə olunub, qarşıda duran vəzifələr diqqətə çatdırılıb.

Əvvəlcə görülən işləri əks etdirən sərgiyə baxış olub. Sonra Təşkilat Komitəsinin iclasında çıxış edən Ali Məclisin Sədri mötəbər tədbirə hazırlıqla bağlı tapşırıqlar verib.
İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gələn xarici ölkələrin nümayəndələri ilə görüşüb.
Ali Məclisin Sədri qonaqları Azərbaycanın müqəddəs torpağı Naxçıvan şəhərində salamlayıb, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı seçilməsində təşəbbüsü olanlara təşəkkür edib. Qeyd olunub ki, 2009-cu ildən ötən dövrdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və dəstəyi ilə Naxçıvan şəhərinin İslam Mədəniyyətinin Paytaxtı seçilməsi ilə bağlı işlər uğurla həyata keçirilib.
Əbdüləziz Osman əl-Tuveycri Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə bağlı İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən hazırlanmış rəmzi loqonu Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova təqdim edib.
Həqiqətən də, Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı statusunu daşıması ölkəmiz və muxtar respublikamız üçün tarixi hadisə olmaqla yanaşı, həm də qədim diyarın bəşər sivilizasiyasına növbəti töhfəsi hesab edilir. Belə ki, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı tərəfindən həyata keçirilən bu layihə üzv dövlətlərin də birlikdə koordinasiyası çərçivəsində icra edilir və ən önəmli mədəni layihələri, sivilizasiya və bəşəri dəyərlərin İslama bağlılığını nümayiş etdirir. Bu paytaxtların seçilməsi üçün konkret olaraq xüsusi meyarlar vardır. Bu ada layiq məkanda elmi və mədəni infrastruktur – elmi mərkəzlər, ­mədəni-kütləvi tədbirləri təşkil edən təsisatlar, mükəmməl təhsil qurumları fəaliyyət göstərməli, şəhər qədimliklə müasirliyi özündə əks etdirməli, həmin diyar, xüsusilə zəngin tarixə sahib olmalı, mədəni baxımından və eyni zamanda İslam mədəniyyətinə, bəşəri və insani dəyərlərə töhfə verməlidir. Çünki bu layihənin məqsədi xalqlar arasında yaxınlaşmanı təmin etmək, tarixi yaddaşı dini həmrəyliklə insanlara qaytarmağa çalışmaq, keçmişlə müasir dövrün müsbət sintezini yaratmaqdır. Qədim sivilizasiyanın beşiyi olan Naxçıvan məhz bunun üçün İslam dünyasının ən ideal məkanıdır.
Digər tərəfdən, Naxçıvan İslam dünyasının ən müqəddəs torpaqlarından biri kimi, tarixən Yaxın və Orta Şərqin ictimai-siyasi, iqtisadi və mədəni həyatında, ideoloji baxışların formalaşmasında xüsusi rol oynayıb. Beşminillik şəhər mədəniyyətinə malik olan Naxçıvan tarixən təktanrıçılığın mərkəzlərindən biri olub. İslamaqədərki dövrdə burada yaşayan Azərbaycan türkləri dini etiqad, adət-ənənə və mənəvi dəyərlər baxımından İslam dininə yaxın idilər. Ona görə də yerli əhali bu dini 653-cü ildə könüllü qəbul edib, İslam mədəniyyəti güclü dövlətçilik, sülh və əmin-amanlığın olduğu qədim Naxçıvanda daha böyük inkişaf yolu keçib, böyük yaradıcı gücə malik olub. Bu diyar orta əsrlərdə İslam mədəniyyətinin əsas mərkəzlərindən birinə çevrilib. XV əsrdə tərtib edilmiş “Dünyanın İslam tarixi xəritəsi”ndə Naxçıvanın adı qeyd edilib və yazılıb: “Naxçıvan İslamın ən güclü dayaqlarından biridir... Naxçıvan yaşayış məntəqəsi Allaha yaxınlığı ilə Azərbaycan üçün möcüzədir”. İyunun 20-də Naxçıvan Dövlət Musiqili Dram Teatrında “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində bu məqamlar xüsusilə qeyd olunub.
Əvvəlcə tədbir iştirakçıları ümummilli ­liderimiz Heydər Əliyevin abidəsini ziyarət edərək gül dəstələri qoyub, ulu öndərin xatirəsinə ehtiramlarını bildirib, Heydər Əliyev Muzeyinə gələrək dahi ­şəxsiyyətin həyatı, siyasi və dövlətçilik fəaliyyəti ilə bağlı eksponatlara baxıblar. Tədbir başlanmazdan əvvəl teatrın foyesində fotoqraf Hüseyn Bağırovun “Mənim Naxçıvanım” ­fotosərgisinə baxış olub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Haçadağın fotoşəklini İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz ­Osman əl-Tuveycriyə, Batabatın fotoşəklini isə Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının Baş katibi Düsen Kaseinova hədiyyə edib.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri, Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinin sədri cənab Vasif Talıbov Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Paytaxtı Naxçıvan şəhərində əlamətdar tarixi günlərin yaşandığını bildirərək iştirakçıları salamlayıb. Ali Məclisin Sədri iştiraklarına görə qonaqlara təşəkkürünü bildirib, “İslam Mədəniyyətinin Paytaxtı Naxçıvan – 2018” tədbirlərini açıq elan edib.
Həmin gün “Araz” Dövlət Qəbul Evində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri adından “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak üçün Naxçıvana gəlmiş qonaqların şərəfinə rəsmi ziyafət verilib.
İyunun 20-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov, İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının Baş direktoru Əbdüləziz Osman əl-Tuveycri, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində iştirak etmək üçün muxtar respublikaya gəlmiş xarici ölkələrin nümayəndələri “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində, Naxçıvan Biznes Mərkəzində, “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksində və Duzdağ Fizioterapiya Mərkəzində olublar.
Muxtar respublikada iqtisadi inkişafın başlıca şərtlərindən və sosialyönümlü tədbirlərdən biri də müasir yol infrastrukturunun yaradılmasıdır. Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması da bu sahədə görülən işlərin davamıdır.
İyunun 2-də Ali Məclisin Sədri Naxçıvan şəhərdaxili avtomobil yollarının yenidən qurulması layihəsi çərçivəsində tikinti işlərinə başlanılması, mühəndis-texniki tələblərə əməl olunması və keyfiyyətə diqqət yetirilməsi barədə tapşırıqlar verib.
Bu gün muxtar respublikamızda aqrar sahədə iqtisadiyyatın innovasiya­yönümlü inkişafını təmin edən strategiya uğurla həyata keçirilir. Son illər kənd təsərrüfatının inkişafını nəzərdə tutan dövlət proqramlarının uğurlu icrası, bu sahəyə dövlət büdcəsindən subsidiyaların ayrılması Naxçıvanda əkinçiliyə marağın artmasına səbəb olub. Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri isə elmi-təcrübi fəaliyyətin təkmilləşdirilməsi, maarifləndirmə işlərinə ciddi diqqət yetirilməsi, məhsuldar toxum sortlarından və mütərəqqi metodlardan istifadənin təşviqidir. Muxtar respublikamızda bu amil diqqətdə saxlanılır. “Kəhrəba” Fermer Təsərrüfatının yaradılması bu sahədə görülən işlərin davamıdır.
İyunun 12-də Ali Məclisin Sədri “Kəhrəba” Fermer Təsərrüfatının əkin sahələrinə baxıb, fermer təsərrüfatının təcrübə və maarifləndirmə istiqamətində fəaliyyətinin gücləndirilməsi, növbəli əkin qaydalarına əməl olunması, təsərrüfatda, əsasən, bostan-tərəvəz və dənli-paxlalı bitkilərin əkininə üstünlük verilməsi, bu zaman mütərəqqi suvarma və əkin metodlarından istifadə olunması, muxtar respublikada ixtisaslaşdırılmış yerli toxum sortlarına olan tələbatın ödənilməsi barədə müvafiq tapşırıqlar verib.
Böyük mütəfəkkirlərin, sərkərdələrin, dahilərin vətəni olan Naxçıvanın yetişdirdiyi şəxsiyyətlərin fövqündə dayanan əvəzolunmaz ­liderimiz, ulu öndər Heydər Əliyev bütün həyatı boyunca Vətəninə, xalqına bağlılıq nümunəsi göstərib, ölkəmizin, o cümlədən doğulub boya-başa çatdığı Naxçıvanın inkişafı, yüksəlişi, təhlükəsizliyinin təmini üçün əlindən gələni əsirgəməyib. 1993-cü il iyunun 15-də xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Azərbaycanı üzləşdiyi bəlalardan xilas edib, müstəqilliyimizi qoruyub saxlayıb, sabitlik və sürətli sosial-iqtisadi inkişafın əsasını qoyub. Bu gün müstəqil Azərbaycan və onun Naxçıvan Muxtar Respublikası ulu öndər Heydər Əliyevin yolu ilə inamla irəliləyir.
İyunun 14-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 15 İyun – Milli Qurtuluş Günü münasibətilə Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının təltiflərinin, Məmməd Səid Ordubadinin “Qılınc və qələm” tarixi romanı əsəri əsasında hazırlanmış tamaşanın təqdimatı olub.
Ali Məclisin Sədri tədbirdə iştirak edib.
Hərbi kadrların yetişdirilməsində mühüm rol oynayan, ən müasir ­sosial-məişət şəraitə və tədris bazasına malik olan Heydər Əliyev adına Hərbi Lisey bu gün qazandığı uğurlarla diqqəti cəlb edir. 1998-ci ildə 56 kursantla fəaliyyətə başlayan hərbi liseydə bu gün 572 kursant təhsil alır. Builki məzunlar da nəzərə alınmaqla ötən 20 ildə hərbi liseyi 3 minə yaxın kursant bitirib.
İyunun 23-də Heydər Əliyev adına Hərbi Liseyin 20 illik yubileyi və 2018-ci il buraxılışı münasibətilə tədbir keçirilib.
Ali Məclisin Sədri tədbirdə iştirak edib, Heydər Əliyev adına Hərbi Liseyin 20 illiyi və 18-ci buraxılışı münasibətilə liseyin kursant, zabit və müəllimlərini, valideynləri və tədbir iştirakçılarını təbrik edib.
Sonra Ali Məclisin Sədri liseyin əlaçı kursantlarına attestatları təqdim edib, zabit, müəllim və kursantları mükafatlandırıb.
Liseyin müəllimləri ilə görüşən Ali Məclisin Sədri sonra ümummilli liderimiz Heydər Əliyevin hərbi liseydəki büstü önündə kursantlarla xatirə şəkli çəkdirib. Ali Məclisin Sədri liseyin yemək­xanasında olub, kursantların qidalanması ilə maraqlanıb.
İyunun 23-də Əlahiddə Ümumqoşun Ordunun hərbi hissəsi üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib.
Ali Məclisin Sədri şəxsi heyəti salamlayıb, Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə əsgər və zabitləri, onların timsalında muxtar respublikadakı ordu, birləşmə və hissələrin bütün şəxsi heyətini təbrik edib, Əlahiddə Ümumqoşun Ordunun daşınan kompleks rabitə stansiyasına və hava hücumundan müdafiə bölmələrinin idarəetmə məntəqəsinə də baxıb.
Həmin gün Naxçıvan şəhərində açıq səma altında Naxçıvan Döyüş Şöhrəti Muzeyi də istifadəyə verilib. Ali Məclisin Sədri muzeydə yaradılan şəraitlə tanış olub.
Muxtar respublikanın yaşayış məntəqələrində yeni içməli su və kanalizasiya sistemlərinin qurulması, əhalinin ekoloji cəhətdən təmiz və dayanıqlı içməli su ilə təminatı diqqətdə saxlanılır. Bu sahədə görülən işlərin davamı olaraq Babək rayonunun Şəkərabad kəndində də içməli su və kanalizasiya şəbəkəsi qurulub.
İyunun 29-da Şəkərabad kəndində içməli su və kanalizasiya ­şəbəkəsi istifadəyə verilib. Ali Məclisin Sədri bu münasibətlə keçirilən tədbirdə iştirak edib, şəbəkənin istifadəyə verilməsini bildirən qurğunu işə salıb.
Ali Məclisin Sədri sakinlərlə söhbətində deyib ki, bu il Şəkər­abadda kənddaxili avtomobil yolu da yenidən qurulacaq, asfalt örtük salınacaqdır. Sakinlər də aparılan abadlıq, quruculuq işlərində yaxından iştirak etməli, tikilənləri, qurulanları qorumalı, yaşıllıqların artırılmasına və torpaqların əkilməsinə diqqət yetirməlidirlər.
Muxtar respublikada taxılçılığın inkişafı sahəsində kompleks tədbirlər görülür. Taxılçılıqla məşğul olan torpaq mülkiyyətçilərinə dövlət maliyyə dəstəyinin göstərilməsi, keyfiyyətli toxum sortları və texnikalarla təminatı bol məhsul istehsalına, biçin kampaniyasının vaxtında və itkisiz başa çatdırılmasına imkan verir. Cari ilin məhsulu üçün muxtar respublikada 32 min 483 hektar sahədə taxıl əkilib. Hazırda sahələrdə biçin aparılır.
İyunun 30-da Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb. Ali Məclisin Sədri muxtar respublikamızda taxılın vaxtında və itkisiz toplanılmasının vacibliyini vurğulayıb, müvafiq tapşırıq və tövsiyələr verib, taxıl biçini ilə tanışlıqdan sonra mexanizator və kombaynçılarla görüşüb.
Sonra Ali Məclisin Sədri Kəngərli rayonunun Böyükdüz kəndi ərazisindəki 500 hektar torpaq sahəsinə baxıb, ərazidə layihələndirmə işlərinin aparılması və qapalı suvarma şəbəkəsinin qurulması barədə tapşırıqlar verib.

Ölkəmizin, o cümlədən muxtar respublikamızın tarixinə mühüm əhəmiyyətə malik əlamətdar hadisələrin yazıldığı iyun ayı dövlətimizin qüdrətini, həm də onun dünyada qazandığı nüfuzu bir daha göstərdi. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 100 illik yubileyi münasibətilə iyunun 26-da Bakının Azadlıq meydanında keçirilən təntənəli hərbi parad və bu bayram ayı ərəfəsində Naxçıvanda qazanılan Günnüt zəfəri ölkəmizin hərbi gücünü, qüdrətini göstərirdisə, muxtar respublikamızda keçirilən “Naxçıvan İslam Mədəniyyətinin Paytaxtı – 2018”in açılış tədbirində dünyanın bir sıra dövlətlərinin, beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələrinin, çoxsaylı diplomatların, elm, ictimaiyyət və mədəniyyət xadimlərinin iştirakı respublikamızın beynəlxalq nüfuzunu təsdiq edirdi. Qədim diyarımızda ötən ayın ümumi mənzərəsinə nəzər yetirsək, bir daha əmin oluruq ki, sürətli sosial-iqtisadi və yüksək mədəni inkişaf, milli ideologiyaya, milli dövlətçiliyə, mənəvi dəyərlərə sıx bağlılıq, güclü ordu quruculuğu və müxtəlif istiqamətlər üzrə bütün növ təhlükəsizliyin təmin olunması istiqamətində görülən işlər muxtar respublikamızı bundan sonra da yeni-yeni uğurlara aparacaqdır. Naxçıvan özünün inkişafı, yüksək dəyərləri, sədaqət nümunəsi ilə Vətənimiz Azərbaycanın yüksəlişinin daim ön sıralarında yer alacaqdır.

 Rauf KƏNGƏRLİ

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3275741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1183
4179
13510
60387
3275741

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter