19 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

İyulun 5-də Babək Rayon İcra Hakimiyyətində Naxçıvan Muxtar Respublikası Dövlət Baş Sığorta Agentliyi ilə birgə rayonda sığorta işinin mövcud vəziyyəti və qarşıda duran vəzifələr barədə tədbir­ ­keçirilib.
Tədbiri giriş sözü ilə Babək Rayon İcra Hakimiyyətinin başçısı Rasim Hüseynov açaraq rayonda sığorta sahəsində görülmüş işlərdən danışıb. Naxçıvan Muxtar Respublikası ­Dövlət Baş Sığorta Agentliyinin baş direktoru Hikmət Əsgərov muxtar respublikamızın müasir iqtisadi və sosial inkişafında sığortanın rolundan bəhs edib. Vurğulanıb ki, sığorta fəaliyyətinin müasir tələblərə uyğun şəkildə qurulmasında 2011-ci il 30 noyabr tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Muxtar respublikada sığorta fəaliyyəti və qarşıda duran vəzifələr barədə” keçirilmiş müşavirədə verilmiş tapşırıqlar xüsusi əhəmiyyət kəsb edir.
Vurğulanıb ki, ötən müddətdə Babək rayonunda da sığorta müqavilələrinin bağlanılması istiqamətində müəyyən işlər görülüb. Belə ki, rayon üzrə cari ilin yanvar-iyun aylarında, ümumilikdə, 6705 sığorta müqaviləsi bağlanılıb. Onlardan 850-si avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin, 2152-si isə daşınmaz əmlakın icbari sığortası üzrə olub.
Qeyd edilib ki, muxtar respublikamızda sığorta işi sahəsində əldə olunmuş müsbət dinamikanın qorunub saxlanılması və əhali arasında maarifləndirilmə işlərinə diqqət artırılmalıdır.

Tədbirdə, həmçinin könüllü sığortaların, o cümlədən kənd təsərrüfatı sığortasının da əhəmiyyətinə toxunulub. Bildirilib ki, Babək rayonunda bu sahədə fermer və torpaq mülkiyyətçiləri, kənd təsərrüfatı texnikaları sahibləri ilə aparılan maarifləndirmə işləri genişləndirilməlidir. Kənd təsərrüfatı sığortası ilə yanaşı, ev əmlakının, fərdi qəza və digər könüllü sığortaların inkişafı, son nəticədə, vətəndaşların yaşayış səviyyəsinin yüksəldilməsinə xidmət edir.
Tədbirdə rayon Dövlət Sığorta Agentliyinin direktoru Nurlan Səfərov, Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis baş leytenantı Tural Abuzərli və Yanğın təhlükəsizliyi şöbəsinin rəisi Yaşar Mustafayev icbari sığortalar sahəsində görülmüş işlərin vəziyyəti barədə məlumat veriblər.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3033418
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
228
5369
10650
84749
3033418

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter