16 İyul 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi vacib şərtdir. Muxtar respublikamızda kənd təsərrüfatına yararlı torpaqların istifadəsinə və mühafizəsinə, torpaq qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarətinin gücləndirilməsi daim diqqət mərkəzində saxlanılır, torpaq ehtiyatlarının dövlət idarəetməsi mexanizmi mütəmadi olaraq təkmilləşdirilir.

Hazırda muxtar respublikada taxıl biçini mövsümüdür. Bəzi təsərrüfatçılar məhsul yığımından sonra əkin sahəsinin yandırılmasının torpaq üçün faydalı olduğunu düşünərək bu cür yanlış və qanunazidd addımlar atırlar. Torpaq mülkiyyətçiləri və icarəçilərinin diqqətinə çatdırılır ki, biçin başa çatdıqdan sonra əkin yerlərinin yandırılması bitki qalıqlarını, torpağın humus qatını, faydalı torpaq mikroflorası və mikrofaunasını məhv edir. Torpaqlar münbitliyini itirir, məhsuldarlıq aşağı düşür. Bu əməli törədənlər isə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar. Belə ki, əkinə­yararlı torpaq sahələrinin münbitliyinin qorunması, ekoloji mühitə vurulan zərərin qarşısının alınması və kənd təsərrüfatında məhsuldarlığın yüksəldilməsi üçün 2017-ci il dekabrın 15-də torpaq qanunvericiliyinə bəzi dəyişikliklər edilib. “Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən əkin yerinin yandırılması qadağan olunur. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddədə isə əkin yerlərinin yandırılmasına görə fiziki şəxslərin 400 manatdan 600 manata, vəzifəli şəxslərin 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manat­dan 6000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Əkin yerinin yandırılmasına görə yol verilmiş inzibati xətalar haqqında işlərə Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi və Kənd Təsərrüfatı Nazirliyi tərəfindən baxılır.
Torpaq mülkiyyətçilərinə və icarəçilərə bol və keyfiyyətli məhsul istehsalı üçün torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən olunmuş rejimə uyğun istifadə etmək, təsərrüfat fəaliyyətlərində torpağın münbit qatının korlanmasına yol verməmək tövsiyə olunur.

Naxçıvan Muxtar Respublikası
Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2737311
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4362
4867
4362
78550
2737311

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter