19 Oktyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Heydər Əliyev Muzeyi ilə birlikdə Milli Qurtuluş Gününün 25-ci ildönümü münasibətilə “Milli Qurtuluşdan intibaha” mövzusunda elmi-praktik konfrans keçirib.
Konfransda Heydər Əliyev Muzeyinin direktoru, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədr müavini Ramil Orucəliyev “Ulu öndər Heydər Əliyevin həyatı və siyasi fəaliyyətinin Naxçıvan mərhələsi” mövzusunda çıxış edərək bildirib ki, 1990-cı ilin iyul ayında Mos­kvadan Naxçıvana qayıdan ümummilli liderimiz həmin ilin sentyabr ayında keçirilən seçkilərdə respublika və muxtar respublika parlamentlərinə deputat seçildi. Noyabrın 17-də Naxçıvan Muxtar Respublika Ali Məclisinin Onun sədrliyi ilə keçirilən ilk sessiyasında muxtar respublikanın adından “sovet sosialist” sözləri çıxarıldı, muxtar respublika Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Muxtar Respublikasının Ali Məclisi adlandırıldı, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli dövlət bayrağı muxtariyyətin Dövlət bayrağı kimi qəbul edildi. 1991-ci il sentyabrın 3-də dahi şəxsiyyətin Naxçıvan Muxtar Respublikası Ali Məclisinə Sədr seçilməsi müstəqil dövlətçilik tariximizdə böyük hadisə oldu.

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvü Könül Mirzəyeva “Heydər Əliyev siyasətinə sədaqətin nümunəsi: XXI əsrin Naxçıvanı” mövzusunda çıxışında qeyd edib ki, XXI əsrin Naxçıvanında sosial-iqtisadi və elmi-­mədəni inkişaf dahi şəxsiyyətin müəyyənləşdirdiyi yüksəliş strategiyası əsasında uğurla davam etdirilir. Məhz bunun nəticəsində Naxçıvan Muxtar Respublikası ötən dövrdə özünün bütün tarixi boyu ən möhtəşəm quruculuq salnaməsini yaradıb. Bu inkişafın nəticəsi kimi, sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev olan “Caspian European Club”ın hazırladığı Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqinin lideri Naxçıvan Muxtar Respublikası olub.
Heydər Əliyev Muzeyinin əməkdaşı Elvira Əzizova “Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarıdır” mövzusunda çıxışında ulu öndər Heydər Əliyevin Azərbaycana ­rəhbərliyinin hər iki dövründə ölkəmizin böyük sürətlə inkişaf etdiyini bildirib. “Milli Qurtuluşdan intibaha” mövzusunda çıxış edən Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, dosent Elman Cəfərli deyib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin əbədiliyinin təmin edilməsindəki ən böyük xidmətlərindən biri də müstəqil dövlətçiliyin siyasi varislik, yaradıcı təkamül prinsipi ilə inkişaf konsepsiyasının hazır­lanması və həyata keçirilməsi olub. Nəticədə, dahi şəxsiyyətin əsasını qoyduğu bütün sosial-iqtisadi layihələr və siyasi konsepsiya son 15 ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ardıcıl şəkildə həyata keçirilib. Ölkədə ictimai-siyasi sabitlik daha da möhkəmləndirilib, Azərbaycanın beynəlxalq aləmdə nüfuzu durmadan artıb.
Sonda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilib, konfrans iştirakçıları Heydər Əliyev Muzeyinin ekspozisiyasına baxıblar.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3159978
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1934
5104
20143
74525
3159978

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter