23 İyun 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyun 2018
Be Ça Ç Ca C Ş B
28 29 30 31 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 1

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən tədbirdə verilən müvafiq tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın test mərkəzində attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test imtahanı keçirilib.

Test imtahanında iştirakçılara ­qanunvericilik üzrə 70, dünyagörüşü üzrə 30 sual olmaqla, 100 sual təqdim edilib. Qanunvericilik üzrə suallar Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını, “Məlumat azadlığı haqqında”, “Kütləvi informasiya vasitələri haqqında”, “Dövlət sirri haqqında” və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası qanunlarını, dünyagörüşü üzrə suallar isə ədəbiyyat, tarix və coğrafiya haqqında ümumi bilikləri əhatə edib.
Test imtahanında uğur qazanmış şəxslər attestasiyanın ikinci mərhələsində iştirak etmək hüququ qazanacaqlar. İkinci mərhələdə esse yazılmaqla iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndiriləcəkdir.
Attestasiyanın test imtahanı mərhələsində 16 nəfər iştirak edib. İmtahan başlanmazdan əvvəl iştirakçılara slayd vasitəsilə imtahan və test proqramından istifadə qaydaları haqqında məlumat verilib. Sualları cavablandırmaq üçün iştirakçılara 2 saat 30 dəqiqə vaxt ayrılıb. Obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanın ­videoçəkilişi aparılıb. Test imtahanı bitdikdən dərhal sonra iştirakçılara cavab kartı və nəticəyə dair arayış təqdim edilib.
Nəticələr Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet səhifəsində (www.dqmk.nmr.az) yerləşdirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında
Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidməti

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2623141
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4072
5032
28826
115927
2623141

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter