16 Dekabr 2018, Bazar

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi və onun yerli qurumları tərəfindən  muxtar respublika ərazisində aparılacaq ot-taxıl biçini kampaniyası dövründə yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə bir sıra işlər həyata keçirilib. Hazırda biçin kampaniyasına hazırlıqla bağlı yerlərdə maarifləndirici tədbirlər görülür. Həmçinin biçin dövrü ərzində taxıl sahələrində işləyəcək kənd təsərrüfatı texnikalarına yanğına qarşı baxışlar, onların sürücüləri və mexanizatorları ilə yanğın təhlükəsizliyi qaydaları haqqında izahat işləri aparılıb.

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi bir daha sahibkarların, torpaq mülkiyyətçilərinin, fermerlərin və kəndlilərin biçin dövrü ərzində aşağıda qeyd olunan yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrini tövsiyə edir.
Mülkiyyət formasından asılı olmayaraq, hər bir təsərrüfat rəhbəri ot biçini və taxıl yığımı başlayan vaxtdan qurtaranadək yanğın təhlükəsizliyi qaydalarına əməl etməli, biçində iştirak edən hər bir mexanizator, sürücü kənd təsərrüfatı texnikalarını yanğına qarşı texniki müayinədən keçirməli, müvafiq vasitələrlə təmin etməli və həmin texnikalar bundan sonra işə buraxılmalıdır.
Məhsul yığımına cəlb edilən hər bir şəxs yanğına qarşı təlimat keçməli, əks-təqdirdə, məhsul yığımında iştirak etməyə icazə verilməməlidir.

Məhsul yığımında iştirak edən bütün texnikaların, mühərriklərin atqı boruları qığılcımsöndürənlərlə təmin edilməlidir. Kollektorların birləşmə hissələri və atqı borusunun ara qatları saz vəziyyətdə olmalıdır.
Kənd təsərrüfatı texnikalarının akkumulyatorları işlədicilərdən ayıran açarla təmin edilməli, texnikalardakı elektrik naqilləri etibarlı izolyasiya olunmalı, birləşmələri bərkidilməli, eləcə də sürtünmədən və mexaniki zədələnmədən qorunmalıdır. Naqillər gövdə və onun iti künclərindən keçən yerlərdə rezin və ya plastmas borularla mühafizə olunmalıdır.
Taxıl yığımı və ot tədarükü zamanı kombaynın kənar şəxs tərəfindən işə salınması, yanacaq və yağların sızmasına yol verilməsi, işdən sonra kombaynların sahələrdə saxlanması, kombaynlarda qablarda əlavə yanacaq və yağlama materiallarının saxlanılması yanğın təhlükəsizliyi baxımından yolverilməzdir.
Dənli və texniki bitkilərin yetişdiyi dövrdə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə meşə zolaqları, avtomobil və dəmir yolları taxıl zəmilərinə yaxın olduqda onların arası biçilməli və eni 4 metrdən az olmamaq şərti ilə şumlanmalıdır. Biçilmiş ot taxıl zəmilərindən ən azı 30 metr məsafədə tayalanmalıdır. Taxıl yetişən zaman zəmiləri yanğından qorumaq üçün xüsusi keşikçilər ayrılmalıdır.
Tarla düşərgələrində, taxıl təmizləmə xırmanlarında, ot və küləş tayaları yığılan sahələrdə siqaret çəkmək üçün ayrılmış xüsusi yerlər istisna olmaqla, siqaret çəkmək, açıq oddan istifadə etmək qəti qadağandır.
Taxıl zəmilərində və onların yaxınlığında küləş yandırılması və tonqal qalanmasına yol verilməməlidir. Tarla şəraitində texnikaların yanacaqla təmin edilməsi, onların mühərriklərinin işi dayandırıldıqdan sonra yanacaqdoldurucu maşınlarla yalnız gündüz vaxtı həyata keçirilməlidir.
Taxıl xırmanları bina və tikililərdən 50, taxıl zəmilərindən isə 100 metr aralı məsafədə yerləşdirilməlidir. Xırmanların ətraf sahələri quru otlardan, yanar materiallardan mütləq təmizlənməli, 4 metr enində şumlanmalıdır. Vətəndaşlara, torpaq mülkiyyətçilərinə və sahibkarlara bir daha tövsiyə edirik ki, taxıl biçini başa çatdıqdan sonra biçilmiş sahələrin yandırılması qəti qadağandır.
Taxıl biçini dövründə hər hansı bir yanğın hadisəsi baş verərsə, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə və ya Dövlət Yanğın Təhlükəsizliyi şöbələrinin “101” xidməti telefonlarına zəng etməyi unutmayın.

Mirtaleh SEYİDOV
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3410741
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
534
3748
30571
69908
3410741

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter