18 Avqust 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

“Azərbaycan Hava Yolları” (AZAL) milli aviadaşıyıcısının saytında Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində 2018-ci il 20 iyun tarixdən uçan reyslərə aviabiletləri onlayn əldə etmək mümkündür.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamına əsasən bu istiqamətdə aviabiletin alınması üçün əvvəllər aviaşirkətin rəsmi kassalarına sərnişinin şəxsiyyət vəsiqəsinin əsli və ya pasportu təqdim olunmalı idi. İdarələrarası razılaşmalara əsasən bu məsələ artıq öz uğurlu həllini tapıb.
Xatırladaq ki, respublika daxili reyslərə aviabiletlərin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir və hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətində aviabiletin qiyməti Azərbaycan vətəndaşları və vətəndaşlığı olmayan şəxslər üçün 50, xarici vətəndaşlar üçün isə 70 manat təşkil edir.

www.azal.az saytında həmin istiqamətə aviabiletin alınması prosesində sərnişinin vətəndaşlığını qeyd etməsi üçün əlavə xana əks olunacaq.
Aviabiletlər yalnız ekonom sinif tarifi üzrə təqdim olunur. Aviabiletin qiymətinə 23 kiloqramadək baqajın və 10 kiloqramadək əl yükünün (55х40х23 santimetrədək ölçülərdə) pulsuz daşınması daxildir. Bu qaydalar həm onlayn, həm də aviakassalarda alınan aviabiletlərə şamil olunur.
Nazirlər Kabinetinin qərarına əsasən müvafiq endirimlərin şamil olunduğu və əlavə təsdiqləyici sənədlərin təqdim edilməsi tələb olunan xüsusi kateqoriyalı sərnişinlər üçün aviabiletlər yalnız aviaşirkətin rəsmi kassalarında, həmçinin Bakı və Naxçıvan hava limanlarında ­rəsmiləşdirilir.
Naxçıvan-Bakı və Bakı-Naxçıvan istiqamətində aviabiletləri uçuşa ən azı 48 saat qalmış onlayn almaq olar.
Həmçinin aviaşirkətin qaydalarına əsasən aviabilet üçün ödəniş edildiyi plastik kartın sahibi müstəqil şəkildə və ya qrupun tərkibində səyahət etdiyi təqdirdə aviabiletləri onlayn əldə etmək mümkündür. Kartın həqiqiliyi və onun sərnişinin pasportuna uyğunluğu hava limanında qeydiyyat agentləri tərəfindən mütləq qaydada yoxlanılacaq.
Bakı və Naxçıvan arasında reyslər gündə bir neçə dəfə (yüklənmə və mövsümdən asılı olaraq) həyata keçirilir. Aviaşirkətin saytındakı “Məlumat” bölməsində uçuş cədvəli ilə ətraflı tanış olmaq mümkündür. Bakıdan uçuşlar Heydər ­Əliyev Beynəlxalq Aeroportunun ikinci terminalının cənub qanadından həyata keçirilir, Naxçıvandan uçuşlar isə Naxçıvan Beynəlxalq Hava Limanın hər iki terminalından həyata keçirilir.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2888847
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
739
4386
22536
75541
2888847

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter