17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 18 may tarixli Sərəncamına əsasən iyunun 2-si hər il ölkəmizdə Mülki Aviasiya İşçilərinin Peşə Bayramı Günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illərdə milli aviasiyanın inkişafı sahəsində böyük uğurlar qazanılmış, ötən əsrin 70-ci illərində respublikanın 11 rayonunda yeni hava limanları tikilmişdir. Həmçinin 1976-1980-ci illər üçün Azərbaycanda mülki aviasiyanın inkişaf proqramı hazırlanmış, bölgələrdə reaktiv təyyarələrin qəbulu üçün qalxma-enmə zolağı salınmış, hava limanları müasir radio və işıq texnikası vasitəsilə təchiz edilmişdir. Mülki aviasiyanın ölkə həyatındakı rolunu yüksək qiymətləndirən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqillik dövründə bu sahədə daha geniş tədbirlər ­görülmüşdür.

Azərbaycanın əsas ərazisindən təcrid olunmuş şəraitdə yaşayan Naxçıvanın nəqliyyat problemlərinin həllinə ümummilli liderimiz xüsusi diqqət yetirmiş, hələ 1976-cı ildə Naxçıvanda hava limanı tikilib istifadəyə verilmişdi. Ötən əsrin 90-cı illərində Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə bağlayan bütün nəqliyyat-kommunikasiya əlaqələri kəsiləndən, muxtar respublika Ermənistan tərəfindən blokadaya salınandan sonra sərnişin və yük daşınması kiçiktutumlu təyyarələri qəbul etmək imkanı olan bu hava limanı vasitəsilə həyata keçirilirdi. Bu dövrdən etibarən Azərbaycanın digər bölgələri ilə əlaqənin yeganə mümkün forması olan hava yolu yerli əhali üçün həyati əhəmiyyət daşımağa başladı. 1992-ci ildə Naxçıvan Muxtar Respublikası Ali ­Məclisinin Sədri vəzifəsində çalışan ulu öndər limanın uçuş-enmə zolağının yenidən qurulması təşəbbüsünü irəli sürmüş və bu iş qısa müddətdə həyata keçirilmişdir. Sonrakı illərdə hava nəqliyyat növünə tələbatın artması Naxçıvanda daha müasir hava limanının tikilməsini zərurətə çevirmişdi. Bununla əlaqədar 2002-ci il avqustun 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə olmuşdur. 2002-ci il oktyabr ayının 1-də inşasına başlanan limanda tikinti-quraşdırma işləri ən müasir tələblər səviyyəsində həyata keçirilmişdir.

Azərbaycan Respublikasının ­Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eləcə də muxtar respublikada aviasiya sahəsində kompleks tədbirlər görülür. Naxçıvan Muxtar Respublikasında da mülki aviasiya sisteminin müasirləşdirilməsi diqqət mərkəzində saxlanılmış, 2004-cü ilin aprel ayında hava limanına Beynəlxalq Hava Limanı statusu verilmişdir. Son illər həyata keçirilən kompleks quruculuq tədbirləri Naxçıvan Beynəlxalq Hava Limanını müasir inkişaf mərhələsinə çıxarmışdır. Ölkə Prezidenti cənab İlham Əliyevin iştirakı ilə 2014-cü ildə hava limanının yeni inzibati binası və 2015-ci ildə “Şərq Terminalı” istifadəyə verilmişdir.
Aerovağzal kompleksinin yenidən qurulması işləri 2016-cı ilin sentyabr ayında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun iştirakı ilə “Qərb Terminalı”nın istifadəyə verilməsi ilə yekunlaşmışdır. Həm “Şərq”, həm də “Qərb” terminallarının yenidən qurulması zamanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının, Beynəlxalq Mülki Nəqliyyat Assosiasiyasının tələb və tövsiyələrinə cavab verən, Azərbaycan Respublikasında istifadəsinə icazə verilmiş ən müasir texnologiyalardan, uçuşların və aviasiya təhlükəsizliyini təmin edən avadanlıqlardan istifadə olunmuşdur. Aerovağzal kompleksinin yenidən qurulması illik sərnişin dövriyyəsinin və yükdaşımaların artırılmasında mühüm rol oynamışdır. Hava limanının hər iki terminalında beynəlxalq səviyyəli uçuşların həyata keçirilməsi üçün sərhəd nəzarəti, tranzit sərnişinlər üçün zal, aviasiya təhlükəsizliyi nəzarəti sahələri fəaliyyət göstərir. Terminal binasının birinci mərtəbəsində hərbi qulluqçular üçün zal, tibb məntəqəsi, hər iki mərtəbədə ana və uşaq otaqları istifadəyə verilmiş, digər xidmət sahələrinin fəaliyyəti təmin edilmişdir.
Muxtar respublikada hava nəqliyyatının inkişafı sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Naxçıvan, Ordubad və Şərur şəhərlərində müasir aviakassa binaları tikilib istifadəyə verilmiş, sərnişinlərin rahatlığı və xidmət səviyyəsi yüksəldilmişdir. Hazırda hava limanının Karqo yük terminalında yenidənqurma işləri aparılır. Hava gəmilərinə xidmət edən yerüstü texnikanın, əl yükü və baqajların yoxlanması üçün texniki vasitələrin sazlığına daim diqqət yetirilir. Qış aylarında muxtar respublikada havaların soyuq və qarlı keçməsinə baxmayaraq, uçuşların intensivliyi və təhlükəsizliyi tərtib olunmuş proqram əsasında təmin edilir.
Müasir infrastrukturun yaradılması və xidmət sahələrinin genişləndirilməsi ixtisaslı kadrlara və mütəxəssislərə olan tələbatı da artırır. Hava limanında bu məsələ diqqətdə saxlanılır, müasir xidmət tələblərinə cavab verən gənclər işə götürülür, əməkdaşların peşəkarlıq səviyyəsi artırılır. Həmçinin daşımaların təşkili, aviasiya təhlükəsizliyi, hava gəmilərinə texniki xidmət və başqa bu kimi sahələrin əməkdaşlarının Milli Aviasiya Akademiyasının “Pilotların Hazırlığı Mərkəzi”ndə təşkil olunmuş ixtisasartırma kurslarında iştirakı təmin olunur.
Bu gün Naxçıvan Beynəlxalq Hava Limanından yerli hava xətləri ilə Bakı şəhərinə, beynəlxalq hava xətləri ilə isə Moskva və İstanbul şəhərlərinə uçuşlar həyata keçirilir. Uçuşların təhlükəsizliyinin təmin olunması və sərnişinlərə göstərilən xidmətin səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanılır.
Naxçıvan Beynəlxalq Hava Limanının nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər, uçuşların təhlükəsizliyini artırmaq məqsədilə alınmış yeni maşın və mexanizmlərin yüksək texniki göstəricilərə malik olması sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Naxçıvan Muxtar Respublikası üçün hava nəqliyyatında xidmətin hərtərəfli təşkili daha vacibdir. Çünki muxtar respublikaya gələn qonaqlar əsasən hava limanından istifadə edirlər. Hava limanında yaradılan şərait, göstərilən xidmət gələn qonaqlarda Naxçıvan haqqında ilk təəssürat yaradır. Ona görə də işçilər yaradılan şəraitdən səmərəli istifadə etməli, qurulanları qoruyub saxlamalı, xidməti vəzifələrini öyrənməli, nümunəvi xidmət göstərməlidirlər”.
Kollektiv bundan sonra da fəaliyyətini qarşıya qoyulan vəzifələrin icrası istiqamətində quracaq, sərnişinlərə nümunəvi xidmət göstəriləcəkdir.

Naxçıvan Beynəlxalq Hava Limanı

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149208
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
672
4297
9373
63755
3149208

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter