17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibliyi və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Naxçıvan Müəllimlər İnstitutunun akt zalında “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət idarəçiliyi və siyasi sistemi” mövzusunda elmi konfrans keçirib.
Konfransı giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov qeyd edib ki, XX əsr xalqımız tərəfindən müstəqilliyimizin və milli dövlətçiliyimizin yenidən bərpa edilməsi ilə yadda qalıb. 1918-ci il mayın 28-də yaradılan müsəlman Şərqində ilk respublika – Azərbaycan Xalq Cümhuriyyəti keyfiyyətcə yeni bir siyasi fenomen, milli inkişafın və təşkilatlanmanın yeni səviyyəsinin göstəricisi kimi çıxış edib. Onun tarixi missiyasındakı ən mühüm məqamlardan biri respublikanın milli dövlətçiliyinin davamlılığının və bununla, siyasi, milli dövlət varisliyinin təmin edilməsi olmuşdur.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının Şura üzvü, “Naxçıvan” Universiteti İdarəetmə fakültəsinin dekanı, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Azərbaycan Xalq Cümhuriyyətinin dövlət quruluşu: parlamentli respublika” mövzusunda məruzə edərək bildirib ki, cümhuriyyət parlamentinin qəbul etdiyi qanunlar milli dövlətçiliyin əsaslarının möhkəm hüquqi təməllər üzərində qurulması yönündə böyük əhəmiyyətə malik olub.

“Azərbaycan Xalq Cümhuriyyəti: ərazisi, sərhədləri və inzibati-ərazi bölgüsü” mövzusunda məruzə edən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzinin direktoru Şahin Əliyarov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyəti öz ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddi mübarizə aparsa da, bir sıra obyektiv səbəblər üzündən müəyyən ərazi itki­sinə məruz qalsa da, cümhuriyyət hökuməti Naxçıvan və Qarabağ ərazilərini öz nəzarətində saxlaya bilib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Elman Cəfərli “Azərbaycan Xalq Cümhuriyyəti dövründə siyasi partiyalar” mövzusunda məruzəsində bildirib ki, XX əsrin əvvəlləri və cümhuriyyət dövrünün ­siyasi partiyaları həmin tarixi mərhələnin bütün cəhətlərini özündə ehtiva edib.
Konfransda AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev “1918-1920-ci illərdə böyük güclərin Cənubi Qafqaz­la bağlı siyasətlərində Naxçıvan”, Naxçıvan Müəllimlər İnstitutunun dosenti, tarix üzrə fəlsəfə doktoru Ələkbər Cabbarov “1917-1920-ci illərdə Naxçıvanda yerli idarəetmə orqanları”, Yeni Azərbaycan Partiyası Şərur Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Yeganə Məmmədova “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası: siyasi varislik və ənənələr” mövzularında məruzələr ediblər.
Konfransdakı çıxışlar müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını əks etdirən slaydlarla müşayiət olunub.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149864
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1328
4297
10029
64411
3149864

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter