18 Avqust 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Dağlar qoynuna sığınan Şahbuzun gözəl mənzərəli, təmiz havalı, saf çeşməli, sulu, axarlı-baxarlı, qonaqlı-qaralı kəndləri çoxdur. Onlardan biri də qədim yaşayış məskəni olan Şahbuzkənddir. Aparılan arxeoloji qazıntılar burada tarixi abidələrin, yaşayış yerlərinin olduğunu, ­ümumilikdə, kəndin qədimliyini təsdiqləyir.

İllər öncə ümummilli lider Heydər Əliyev tərəfindən respublikamızda başlanan quruculuq siyasəti sonrakı illər böyük uğurla aparıldıqca, genişlənib ucqar dağ kəndlərini belə əhatə etdikcə, həmin vüsətdən Şahbuzkəndə də pay düşdü. Bu kəndi də quruculuq prosesi “ağuşuna” aldı. Rayonun digər kəndləri kimi, sovet dönəmində baxımsızlıq ucbatından bərbad vəziyyətə düşən Şahbuzkənddə başlanan quruculuq işləri yaşayış məntəqəsinin simasını tamamilə dəyişdi. Təmiz havası, yaraşıqlı mənzərəsi olan bu kənddə edilən hər bir yenilik təbii gözəlliklə harmoniya yaratdı. İnsan əllərinin yaşayış məntəqəsinə vurduğu zinət onunla nəticələndi ki, kənd öz əvvəlki görünüşündən çıxıb müasir bir ­qəsəbəni xatırlatdı. Bu gün yolu Şahbuz­kəndə düşən hər kəs dediklərimizi təsdiqləyər.
2007-ci ildə dövlət qayğısı nəticəsində kənddə həkim ambulatoriyası istifadəyə verilib. Burada ilkin səhiyyə xidməti üçün lazımi şərait yaradılıb. Tibbi heyət üçün iş otaqlarından, iki çarpayılıq palatadan ibarət olan həkim ambulatoriyasının istifadəyə verilməsi onun göstəricisidir ki, dövlətimiz kəndlərimizdə insanların sağlamlığının qeydinə qalır, bunun üçün ucqarlarda belə səhiyyə ocaqları tikilir. Həkim ambulatoriyasının açılışı zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin ambulatoriyanın yaxınlığında yerləşən Şahbuzkənd orta məktəbinin vəziyyəti ilə tanış olması, köhnə məktəbin ərazisində yeni məktəb binasının inşa edilməsi, kənd mərkəzinin tikilməsi, yolda təmir işlərinin aparılması barədə verdiyi tapşırıqlar bu kəndin hərtərəfli inkişafı üçün stimul oldu.

2008-ci ili kənd sakinləri möhtəşəm açılış mərasimləri, həyatlarına daxil olan yeniliklər ili kimi xatırlayırlar. Həmin il Şahbuz-Keçili yolunun yenidən qurularaq asfalt-beton salınmış 7 kilometri və rayonun Kiçikoba kəndinin girəcəyində, Naxçıvançay üzərindəki körpü əsaslı təmir işlərindən sonra istifadəyə verildi. O yol, o körpü ki, oradan dörd kəndə yol gedir. Dörd kəndin əhalisinin rahatlığı təmin olunur. Yol mədəniyyətdir, abad yurd yolundan bəlli olar, – deyiblər. Elə dörd kəndə – Kiçikobaya, Şahbuzkəndə, Külüs və Keçiliyə uzanan bu yol, bu körpü həmin kəndlərin abadlığından xəbər verir. Bu yolla haqqında danışdığım Şahbuzkəndə üz tutduqda isə adamın gözləri önündə gözəlliklər bir-birini əvəz edir.
Həmin il kənddə 216 şagird yerlik ikimərtəbəli məktəb binasının da istifadəyə verilməsi ilə böyük təhsil ənənələri olan Şahbuzkənd tam orta məktəbinin yeni binada fəaliyyətə başlaması dövlətimizin gələcəyimiz olan uşaqlara göstərdiyi diqqət və qayğının parlaq təcəssümü oldu. Dünyanın inkişaf etmiş ölkələrinin təhsil sisteminin tələbləri əsasında qurulan məktəbdə müasir standartlara cavab verən hərtərəfli şəraitin yaradılması müəllim və şagird kollektivinə, ümumilikdə isə kənd sakinlərinə böyük töhfə oldu. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov Şahbuzkənddə istifadəyə verilən sosial obyektlərin açılışı zamanı demişdir: “Şahbuzkənddə yaradılmış infra­struktur imkan verəcəkdir ki, kənd sakinləri öz asudə vaxtlarını problemlərinin həlli məqsədilə rayon mərkəzinə getmək əvəzinə, təsərrüfatlarına, ailələrinə, övladlarına sərf etsinlər. Kəndə göstərilən dövlət qayğısı yaşayış məntəqəsinin inkişafına, torpaqların tamamilə əkilməsinə, insanların yaşayış səviyyəsinin yüksəlməsinə, müəllimlərin dərsdənkənar vaxtlarda məktəbin şagirdləri ilə daha çox məşğul olmasına şərait yaradacaq”.
Kənd və ticarət mərkəzləri kəndin xarici görkəminə yeni görünüş bəxş etməklə yanaşı, sakinlərin rahatlığına xidmət edir. Kənd mərkəzində icra nümayəndəliyinin, bələdiyyənin, latın qrafikası ilə çap olunmuş kitablarla zənginləşdirilmiş kitabxananın, Yeni Azərbaycan Partiyası ilk ərazi təşkilatının, polis sahə məntəqəsinin, baytar otağının, kənd klubunun fəaliyyət göstərməsi, sözün həqiqi mənasında, şahbuzkəndlilər tərəfindən sosial rifah hallarının yaxşı­laşdırılmasına onların qarşılaşacağı çətinliyin vaxtında həllinə kömək edən yeni bir infrastruktur kimi qarşılandı. Bütün bunlar kənd sakinlərinə mədəni xidmətin səviyyəsini yüksəldib, kəndə yeni, müasir ab-hava gətirib. Tikilən hər bir obyektin ətrafının abadlaşdırılması, yaşıllıqların salınması, işıqlandırma sisteminin quraşdırılması, su xəttinin çəkilməsi isə yaradılan gözəlliyi əsrarəngiz şəkildə tamamlayıb. Elə bütün bunlara görə də şahbuzkənd­lilər dövlətimizin siyasətini daim dəstəkləyir, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edirlər.
Qurulanlar, yaradılanlar, təbii ki, bütün kəndlərimizdə olduğu kimi, Şahbuzkənddə yaşayanlara da doğma yurd yerlərini daha da sevdirir, onları torpağa qırılmaz tellərlə bağlayır. Əgər vaxtilə kəndli adi bir problemi üçün rayon mərkəzinə enib vaxtını itirirdisə, səhiyyə, baytar, rabitə, polis, digər mədəni xidmətlər üçün harasa üz tutmalı olurdusa, çətinliklərlə üzləşirdisə, bu gün hər hansı işini vaxt itirmədən, öz evinin içindəcə həll edirsə, deməli, əvvəllər itirdiyi vaxtını torpağına, güzəranına sərf edir.
Torpaq islahatından sonra torpaq sahibi olan şahbuzkəndlilər onun bir qarışını belə, boş qoymur, əkir, biçir, məhsul sahibi olurlar. Əgər illər öncə kənd sakinləri tonlarla məhsulu satmağa yer tapmadıqlarından onu zay edir və yaxud satmaq üçün uzaq məsafələrə aparmalı olurdularsa, bu gün Şahbuz şəhərində fəaliyyət göstərən ticarət mərkəzinə üz tutur, keçirilən kənd təsərrüfatı məhsullarının satış-yarmarkalarında iştirak etməklə məhsullarını satır, öz ailə gəlirlərini artırır, tələbatlarını ödəyirlər. Bu kimi qayğıdan sonra kəndlinin nə problemi ola bilər?
Kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Seyfulla Rüstəmovla söhbət zamanı o, kəndin 5227 hektar ümumi torpaq sahəsi olduğunu bildirdi. Onun 96 hektarı dövlət, 254 hektarı xüsusi mülkiyyətdə, 4872 hektarı isə kənd bələdiyyəsinin balansında olan torpaq sahələridir. Yaradılan hərtərəfli şərait kənd sakinlərinin əl-qolunu açıb, onların əkin sahələrini ildən-ilə genişləndirmələrinə səbəb olub. Şahbuzkəndlilər ötən il 157 hektar taxıl, 24,2 hektar kartof, 12,3 hektar paxlalı bitki, 7,7 hektar tərəvəz, 10,8 hektar çoxillik, 2,9 hektar birillik ot əkib, yüksək məhsuldarlıq əldə ediblər. Onlar cari ilin məhsulu üçün ötən payızda 158 hektar sahədə taxıl əkiblər. Yaz əkini isə 31 hektar sahədə həyata keçirilib. İcra nümayəndəsi dedi ki, kənd sakinləri bu il kartof, tərəvəz və digər əkinlərin daha da genişləndirilməsini qarşılarına məqsəd qoyublar.
Şahbuz rayonunda belə bir el adəti də var ki, erkən yazda kənd camaatı bir yerə toplanar, əkinlərini bol suvarma suyu ilə təmin etmək üçün el arxlarını təmizləyərlər. Şahbuz­kənddə də bu iş hər il olduğu kimi, bu yaz da el birliyi ilə həyata keçirilib. Sakinlərin yaz-tarla işlərinə böyük fəallıqla başlamaları cari ildə məhsuldarlığın daha çox olmasından xəbər verir.
Kənd sakinləri 1062 iribuynuzlu, 5910 xırdabuynuzlu, 4458 quş saxlayırlar. Süd məhsulları – yağ, xama, pendir, qatıq, şor-kərə və yumurta istehsal edən kəndlilər bu məhsullarla öz ailələrini təmin etməklə yanaşı, həm də onları bazara çıxarmaqla, digər məhsullara olan ehtiyaclarını ödəyirlər.
Şahbuzkəndlilər arıçılıqdan da xeyli gəlir əldə edirlər. Kənddə şəxsi təsərrüfatlarda 819 arı ailəsi saxlanılır. Seyfulla Rüstəmov gəlirli sahə olan arıçılıqdan, kənddə bu sahəni inkişaf etdirən sakinlərdən də söhbət açdı. Ən yaxşı arıçı kimi Xəqani Həzrətquliyevin və Məzahir Məmmədovun adlarını çəkdi. Dedi ki, Xəqani 100, Məzahir isə 23 arı ailəsi saxlayır və yaxşı gəlir əldə edirlər.
Bir sözlə, bu gün yeniləşən Şahbuz­kəndə yolu düşən hər kəs kəndin dövlət qayğısı ilə əhatə olunduğunun, tikinti, quruculuq, abadlıq işlərinin buraya müasir həyat bəxş etdiyinin şahidi ola bilər. Bu yeni həyatda isə şahbuzkəndlilər rahat və firavan ­yaşayırlar.

Mətanət MƏMMƏDOVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2888844
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
736
4386
22533
75538
2888844

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter