26 May 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

“Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçıları olmuş
tanınmış şahmatçılar bu fikirdədirlər 

Xəbər verdiyimiz kimi, mayın 1-i 10-u arası Naxçıvan şəhərindəki Şahmat Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalı keçirilib. Festivalda 15 ölkədən 300-dən çox şahmatçı birincilik uğrunda mübarizə aparıb. Onlardan bir neçəsi ilə görüşüb həmsöhbət olduq. Müsahiblərimiz bizimlə öz təəssüratlarını bölüşdülər.
Nicat Məmmədov – “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının “A” qrupunun qalibi, beynəlxalq qrossmeyster, Azərbaycan: – Festival yüksək səviyyədə təşkil olunmuşdu. Hər şey mükəmməl idi. Yaradılan şəraitə görə təşkilatçılara minnətdarlığımı bildirirəm.
Uzun müddət idi ki, Naxçıvana gəlmə­mişdim. Bu dəfə burada gördüklərim məni yaxşı mənada təəccübləndirdi. Buranın təmiz havası, sakitliyi, şəhərdəki parklar və yaşıllıqlar insanda xoş təəssürat yaradır. Muxtar respublikanın paytaxtında çoxsaylı idman obyektləri fəaliyyət göstərir. Onlar arasında Şahmat Mərkəzi mənim diqqətimi xüsusilə cəlb etdi. Bu mənada, Naxçıvan şahmatçılar üçün ideal məkandır.
Keçirdiyim bütün oyunlar mürəkkəb idi, çünki “A” qrupunda, demək olar ki, zəif oyunçu yox idi. Ağ fiqurlarla oynadığım oyunlardan fərqli olaraq qara fiqurlarla oynadığım oyunlar çətin keçdi. İsrailli qrossmeyster İlya Smirinə qarşı keçirdiyim oyunun xüsusilə çətin olmasına baxmayaraq, qalib gəlməyi bacardım, bu da mənim liderliyə yüksəlməyimə səbəb oldu. Bu festivalda ilk dəfədir, iştirak edirəm. Təşkilatçılıq yüksək səviyyədə olduğuna görə növbəti festivallarda da öz iradə və bacarığımı sınamağı düşünürəm.

Oleq Korneyev – qrossmeyster, İspaniya: – İlk dəfə 1984-cü ildə şahmat yarışında iştirak etmək üçün Naxçıvanda olmuşdum. İkinci dəfə isə 2016-cı ildə təkrar gəldiyim zaman və ötən 32 il ərzində Naxçıvanda inanılmaz dəyişikliklərin olduğunu gördüm. Burada müasir yollar, binalar, gözəl parklar salınıb. Sanki şəhər yenidən qurulub. İnfrastruktur göz oxşayır. Naxçıvanın müasir Avropa şəhərindən seçilmir. Əksinə, məncə, bu şəhər daha təmizdir.
Açıq görünür ki, bu yenidənqurma prosesində tarixi abidələrin qorunmasına, onların bərpasına da xüsusi diqqət yetirilib. Yəni müasirliklə tarixilik arasında çox gözəl harmoniya yaradılıb. Hesab edirəm ki, bu, muxtar respublika rəhbərinin tarixi keçmişinizə olan böyük diqqətinin nəticəsidir. Bu sahəyə diqqət göstərilməsi, əslində, həm də dünyanın tarixi keçmişinə ehtiramdır. Çünki Naxçıvanın qədim sivilizasiyanın beşiyi olduğunu tarixçilər xüsusi qeyd edirlər. Bura bəşəriyyətin ana yurdudur.
Dünyanın bir çox yerlərində yarışlarda olmuşam. Amma buradakı qədər yüksək səviyyəli təşkilatçılığa, demək olar ki, rast gəlməmişdim. Şahmatçıların sağlam mühitdə mübarizə aparması, istirahəti, asudə vaxtlarının təşkili üçün burada hər cür şərait yaradılmışdı. Buna görə festivalın təşkilatçılarına minnətdarlığımı bildirirəm.
Ehsan Gaem Məqamiv – qrossmeyster, İran: – Naxçıvan bu il İslam Mədəniyyətinin Paytaxtıdır və öyrəndim ki, həm də Azərbaycanın Gənclər Paytaxtıdır. Mən bu diyarı gördükdən sonra bir daha əmin oldum ki, ulu Naxçıvan buna layiqdir. Onu da qeyd edim ki, buranın çox gözəl təbiəti var, qədim Naxçıvan insanı valeh edir. Hər tərəf yaşıllıqlarla, gülkarlıqlarla əhatə olunub.
Naxçıvanda keçirilən beynəlxalq şahmat festivalında ilk dəfə iştirak edirdim. Burada bizim rahatlığımız üçün hər cür şərait yaradılmışdı. Bütün bunlara görə zəhməti olan hər kəsə minnətdaram. Qədimliyi və müasirliyi ilə seçilən Naxçıvanda bu cür yarışların keçirilməsi düşünürəm ki, burada yetişən yeni nəsil şahmatçıların təcrübəsinin daha da artmasına səbəb olacaq.
Aleksandr Yevdakimov – beynəlxalq qrossmeyster, Rusiya: – Biz şahmatçılar üçün sakitlik və rahatlığın təmin olunması əsas məsələlərdən biridir. Naxçıvanda şahmatçıların rahatlığı üçün hər cür şərait yaradılmışdı.
Bu festivalda ilk dəfədir ki, iştirak edirdim. Bizimlə, demək olar ki, hər dəqiqə maraqlanırdılar. Bir sözlə, festival hər cəhətdən çox yüksək səviyyədə təşkil olunmuşdu. Bizə bu şəraiti yaradan, bu işdə əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm.
Keçirilən görüşlərdən sonra Naxçıvan şəhərini gəzirdim. Bu şəhərdə diqqətimi cəlb edən məqam o oldu ki, şəhər çox təmiz və abad, səliqə-sahmanlıdır. İnsanları isə qonaqpərvər və gülərüzdürlər.
Kotronias Vasilios – qrossmeyster, Yunanıstan: – Naxçıvanda güclü şahmat məktəbi yaradılıb və görünən odur ki, bu idman növünə dövlət səviyyəsində kifayət qədər dəstək verilir. Burada çox sayda gənc şahmatçılar yetişdirilir. Düşünürəm ki, Naxçıvanda şahmat idman növünün böyük gələcəyi var.
Azərbaycanda ilk dəfə beş il bundan əvvəl Bakıda təşkil olunan şahmat yarışında iştirak etmişəm. İlk dəfədir ki, Naxçıvanda beynəlxalq şahmat festivalında iştirak edirdim. Bura gələnlərin çoxu dünyada tanınmış şahmatçılar idi. Bu da festivalın təşkilatçılığının yüksək səviyyədə olmasından xəbər verirdi.
Naxçıvan şəhəri “zəka oyunçuları” adlandırılan biz şahmatçılar üçün əlverişli məkandır, çünki burada təmiz hava, gözəl təbiət və sakitlik var. Naxçıvanın ictimai mühiti də insana xoş təsir bağışlayır.
Serqey Tviyakov – qrossmeyster, Hollandiya: – Artıq beşinci dəfə idi ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş beynəlxalq şahmat festivalında iştirak edirdim. Arzum budur ki, bu festivallar hər il keçirilsin və biz də məmnuniyyətlə burada iştirak edək.
Naxçıvanda təşkil olunan şahmat festivalında həmişə yüksək səviyyədə təşkilatçılıqla qarşılaşmışam. Burada biz şahmatçılar üçün çox gözəl şərait yaradılmışdı, bizə hörmət və diqqətlə yanaşırdılar. İstər oyunlarda iştirakımız, istərsə də istirahətimiz və rahatlığımız üçün lazım olan hər şey var idi.
Qeyd etmək istərdim ki, Naxçıvanın gözəl təbiəti, təmiz havası ilə yanaşı, həm də zəngin mətbəxi var. Bura turizmin inkişafı üçün çox əhəmiyyətli bir diyar kimi diqqətimi cəlb etdi. 

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2476772
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1011
6293
36394
172600
2476772

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter