18 İyul 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyi ilə muxtar respublikanın 220 ümumtəhsil məktəbi, eyni zamanda ümummilli liderin adını daşıyan Hərbi Lisey arasında canlı bağlantı yaradılaraq “Ulu öndər Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda interaktiv dərs keçilib.
Dərsdə muzeyin direktoru Ramil Orucəliyev bildirib ki, ulu öndər Heydər Əliyevin bütün həyat və fəaliyyəti Azərbaycanla bağlıdır. Görkəmli dövlət xadiminin Azərbaycanda ilk dəfə hakimiyyətdə olduğu 1969-1982-ci illər tariximizə siyasi, iqtisadi, mədəni və mənəvi yüksəliş dövrü kimi daxil olub. O illərdə həyatımızın bütün sahələrində misligörünməmiş canlanma baş verib, qısa müddət ərzində Azərbaycan əsrə bərabər inkişaf yolu keçib.

Vurğulanıb ki, ötən əsrin sonlarında Sovetlər Birliyi iflasa uğradıqdan sonra respublikaya naşı adamların rəhbərlik etməsi nəticəsində ölkəmizdə daxili sabitlik pozulub, müstəqilliyimiz üçün ciddi təhlükə yaranıb. Həmin dövr Naxçıvan Muxtar Respublikasında da ictimai-siyasi hadisələrin ən mürəkkəb tarixi mərhələsi kimi xarakterizə olunur. Məhz belə bir dövrdə – 1990-cı il iyulun 20-də ulu öndər Heydər Əliyev Moskvadan Bakıya, iyulun 22-də isə doğulduğu Naxçıvan torpağına gəlib. Böyük öndərin siyasi fəaliyyətinin Naxçıvan dövründə nəinki Naxçıvan, gələcək müstəqil Azərbaycan dövləti üçün mühüm siyasi əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edilib.
Ramil Orucəliyev bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev uğrunda illərlə mübarizə apardığı Azərbaycanı dağılmaq və məhv olmaq təhlükəsindən qurtarıb, onun itirilməkdə olan müstəqilliyini qoruyub saxlayıb.
Azərbaycan dövlətini labüd fəlakətlərdən, hərc-mərclikdən xilas edən dahi şəxsiyyət müstəqilliyimizi qoruyub əbədiləşdirdiyi kimi, xalqımızın xoşbəxt və firavan gələcəyini də təmin edib. Dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın ulu öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Bu siyasi xəttin uğurlu davamının nəticəsidir ki, Azərbaycanın hər bir bölgəsi inkişaf edir, quruculuq obyektlərinin sayı günbəgün artır, əhalinin yaşayış səviyyəsi yüksəlir. Muxtar respublikamızda bu gün özünün sürətli inkişaf dövrünü yaşayır.
Dərsi izləyənlər Heydər Əliyev Muzeyindəki eksponatlarla virtual şəkildə tanış olublar. Muzey haqqında ətraflı məlumat verilərək bildirilib ki, buradakı ekspozisiyada 4 min 678 eksponat nümayiş olunur ki, onun da 27-si bu ilin ötən dövrü ərzində əlavə edilib.

 Nail ƏSGƏROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2748244
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4952
5251
15295
89483
2748244

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter