26 May 2018, Şənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 16 aprel tarixli Sərəncamı ilə təsdiq edilən “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq muxtar respublika gənclərinin “Qurtuluşdan Əlincəqalaya” devizi altında  yürüşü təşkil olunub. Yürüş iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzi meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Əlincəqaladakı Dövlət Bayrağının önündə ümummilli lider ­Heydər Əliyevin həyat və fəaliyyəti haqqında çıxış edən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Anar Babayev bildirib ki, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ümummilli lider Heydər Əliyev bəşəriyyətin yetirdiyi dahi şəxsiyyətlərdəndir. Azərbaycanda gənclər siyasətinin formalaşmasının, gənclərə dövlət səviyyəsində diqqət və qayğının göstərilməsinin əsası da ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Görkəmli dövlət xadimi ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə sağlam­düşüncəli gənc nəslin yetişdirilməsini, gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini diqqət mərkəzində saxlamışdır. Ulu öndərin rəhbərliyi ilə hələ ötən əsrin 70-80-ci illərində Azərbaycan gənc­liyinin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilmiş, milli dəyərlərə və tarixi-mədəni irsə bağlı gənc nəslin formalaşdırılmasının əsası qoyulmuşdur.

Anar Babayev vurğulayıb ki, ümummilli lider Heydər Əliyev müstəqillik illərində də gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi həyatında fəal iştirakının təmin olunmasını, onların sosial problemlərinin həllini diqqətdə saxlamış, görkəmli dövlət xadiminin rəhbərliyi ilə gənclərlə iş sahəsində dövlət orqanları yaradılmış, zəruri qanunvericilik bazası formalaşdırılmışdır. Ümummilli liderimizin təşəbbüsü ilə 2 fevral 1996-cı ildə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilmiş, bir il sonra isə “2 fevral – Gənclər Günü” təsis edilmişdir. “Biz dövlətin və cəmiyyətin idarə edilməsində gənc nəslin qüvvəsinə arxalanacaq, onların imkanlarından maksimum istifadə edəcəyik”, – deyən ümummilli lider Heydər Əliyevin gənclər siyasətinin əsas məqsədi milli dəyərlərə söykənən, Vətəninə, xalqına bağlı olan müasir düşüncəli gənc nəslin formalaşdırılması, bu gəncliyin potensialından dövlətin inkişafı naminə istifadə edilməsi olmuşdur.

“Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində gənclərin sağlam, vətənpərvər ruhda formalaşmaları, yüksək səviyyədə təhsil almaları, cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək, onların sosial problemlərinin həlli, dövlət idarəçiliyi və digər sahələrdə irəli çəkilməsi üçün ardıcıl tədbirlər görülür”, – deyən Gənclər Fondunun icraçı direktoru diqqətə çatdırıb ki, gənclərlə bağlı həyata keçirilən kompleks tədbirlərin nəticəsidir ki, bu gün gənclər öz intellektual səviyyələri, bilik və bacarıqları ilə seçilir, mötəbər tədbirlərdə xalqımızı layiqincə təmsil edir, beynəlxalq idman yarışlarında Azərbaycan bayrağını ən yüksək kürsülərdə dalğalandırırlar. Görülən bu işlərin nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci il üçün ölkəmizin Gənclər Paytaxtı seçilmişdir. Bu gün ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar gənclərin “Qurtuluşdan Əlincəqalaya” devizi altında yürüşü dərin məna kəsb edir. Ona görə ki, müstəqillik illərində Azərbaycan gənci məhv olmaq təhlükəsindən yenilməzliyə qədər inkişaf yolu keçmişdir. Bu gün Azərbaycan gəncliyinin qazandığı bütün uğurların təməlin­də ümummilli liderimiz Heydər Əliyevin ideyaları dayanır.
Sonra ümummilli liderə həsr olunmuş seir bədii qiraət olunub, Naxçıvan Musiqi Kolleci tələbələrinin ifasında mahnılar dinlənilib.
Tədbir iştirakçıları “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində də olublar.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2476787
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1026
6293
36409
172615
2476787

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter