24 May 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

Doğma Azərbaycanımızın mərd oğul və qızları 1941-1945-ci illər müharibəsində faşizm üzərində qələbə qazanılmasında fəal iştirak etmişlər. Xalqımızın mərdliyinin və igidliyinin ifadəsi idi ki, minlərlə azərbaycanlı müharibənin başlandığı ilk gündən döyüş cəbhəsinə yollanmışdı. Arxa cəbhədə qalanlar isə yaşlı kişilər və qadınlar idi. Onlar döyüşə gedənləri əvəz etmək üçün bütün qüvvələri ilə çalışırdılar. Bu da qanlı-qadalı döyüşlərdə vuruşan, qələbə əzmi ilə düşmənə ciddi zərbələr vuran igid eloğullarımıza mənəvi dəstək idi.

Müharibəyə cəlb olunmuş keçmiş müttəfiq respublikalar içərisində o zaman istər ümumi əhaliyə nisbətən əsgər sayına, istərsə də döyüşən əsgərlərin təltif olunması faizinə görə Azərbaycan ən öncül sıralarda dayanırdı. Belə ki, müharibədə 700 minə yaxın azərbaycanlı, başqa sözlə, respublika əhalisinin hər 5 nəfərindən biri cəbhədə vuruşmuş, onların 450 mini və ya 65 faizi orden və medallarla təltif edilmişdir. Azərbaycandan 130 nəfər “Sovet İttifaqı Qəhrəmanı” kimi yüksək ada layiq görülmüşdür.

O odlu-alovlu illərdə fədakarlıq göstərən azərbaycanlılardan ibarət təşkil edilmiş 416-cı “Taqanroq”, 402-ci “Azərbaycan”, 223-cü “Bel­qrad” və 77-ci “Simferopol” diviziyaları şərəfli döyüş yolu keçmiş, soydaşlarımızın təxminən yarısı ağır döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. 402-ci diviziya Naxçıvanda formalaşdırılaraq cəbhəyə yola salınmışdır. Həmyerlilərimiz 223-cü diviziyanın tərkibində Macarıstan və keçmiş Yuqoslaviyanın faşistlərdən təmizlənməsində igidlik göstərmişlər. Bu da qürurvericidir ki, 416-cı diviziya Şimali Qafqazdan Berlinədək ağır döyüş yolu keçmiş, diviziyanın əsgərləri Berlində qələbə bayrağını ilk qaldıranların sırasında olmuşlar.
Müharibənin başlandığı gün – 1941-ci il iyunun 22-də Naxçıvan Muxtar Respublikasından 6492 nəfər orduya yollanmışdı. Bütövlükdə, 29 min 500 muxtar respublika sakini 1941-1945-ci illər müharibəsində iştirak etmişdir. Müharibəyə könüllü gedənlərdən yüzə yaxını qadınlar idi. Cəbhəyə yollananların hər iki nəfərindən biri – 16 minə yaxın naxçıvanlı həlak olmuşdur. Üç həmyerlimiz – Abbas Quliyev, Nəcəfqulu Rəfiyev və Qəzənfər Əkbərov SSRİ-nin ən yüksək mükafatına – “Sovet İttifaqı Qəhrəmanı” adına, Rəhim Rəhimov “Şöhrət” ordeninin hər üç dərəcəsinə layiq görülmüşdür. 600 nəfər isə müxtəlif orden və ­medallarla təltif edilmişdir.
1941-1945-ci illərdə azərbaycanlılar arxa cəbhədə də fəallıqları ilə seçilmişlər. Onlar ordunun ehtiyacını ödəmək üçün qüvvələri səfərbərliyə almış, gecəni gündüzə qataraq çalışmış, qələbənin qazanılmasına öz töhfələrini verməyə səy göstərmişlər.
Böyük qələbənin əldə edilməsində Azərbaycan nefti xüsusi rol oynamışdır. Həmin dövrdə Sovetlər İttifaqında çıxarılan neftin 80 faizi Azərbaycanda hasil edilirdi. Bu qədər neft Azərbaycan neftçilərinin fədakar əməyi sayəsində istehsal olunurdu. Azərbaycan neftçiləri gecə-gündüz neftin çıxarılması, emal olunması və çətin yollarla cəbhəyə göndərilməsi ilə məşğul idilər. Onların hər biri bu yolda canlarını qoyaraq faşizm üzərində qələbə çalınmasında səy göstərirdi. Qələbənin təmin edilməsində həlledici rol oynamış sovet ordusunun tank və təyyarələrinin böyük əksəriyyəti Azərbaycan neftinin hesabına hərəkətə gətirilirdi. Bakı nefti olmasaydı, bu müharibədə hərbi əməliyyatları uğurla başa çatdırmaq mümkün olmazdı. Görkəmli akademik Yusif Məmməd­əliyevin 1941-1945-ci illərdə neft-kimyası sahəsində etdiyi ixtiralar isə ümumilikdə, sovet Azərbaycanının o dövrdə qələbəsi idi.
Azərbaycan Respublikasının sənaye müəssisələri, xüsusən maşınqayırma zavodları silah və sursat istehsalı ilə məşğul idi. Müharibə dövründə Azərbaycanda 130 növdə silah və sursat istehsal olunaraq cəbhəyə göndərilirdi. Ona görə də 1941-1945-ci illərdə şərəfli döyüş yolu keçmiş Azərbaycan övladlarının tarixi şücaətlərini, habelə arxa cəbhədəki fədakarlıqlarını heç vaxt unutmaq olmaz. Bu sırada naxçıvanlıların da böyük əməyi qeyd edilməlidir. Muxtar respublikanın sakinləri 1941-1945-ci illərdə müdafiə fonduna 180 milyon 89 min manat nağd pul, 12 kiloqram qızıl, gümüş, 160 min dəstdən artıq isti paltar, 10 mindən artıq bağlama göndərmişlər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev qələbənin qazanılmasında xidməti olan insanlara öz qayğısını heç vaxt əsirgəməmişdir. Ötən əsrin 70-ci illərində veteranlara göstərilən diqqət və qayğı bu dahi şəxsiyyət siyasi hakimiyyətdən uzaqlaşdırıldıqdan sonra unudulmuş, müharibə iştirakçılarına və arxa cəbhədə çalışan veteranlara laqeyd münasibət göstərilmişdir. Hətta ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə hakimiyyətdə olanlar 9 may Qələbə Gününü qeyd etməmək barədə rəsmi tapşırıq da vermişdilər. Ancaq görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra 9 may respublikamızda Qələbə Günü kimi rəsmiləşdirilmiş, dövlət bayramları sırasına daxil edilmiş, müharibə ­veteranlarının sosial müdafiəsi gücləndirilmişdir.
Qələbə uğrunda mübarizədə fəal­lıq göstərən, sağlamlığını itirən, doğma yurda sinəsi orden və medal­larla qayıdan həmyerlilərimizin bizim üçün qürur və iftixar mənbəyi olduğunu dəfələrlə vurğula­yan ümummilli liderimiz deyirdi: “Böyük Vətən müharibəsinin veteranları bizim ən əziz, ən mötəbər insanlarımızdır. Onlara qayğı göstərmək, hörmət etmək, onların bütün problemlərini həll etmək bizim dövlətin və hər bir dövlət orqanının, hər bir Azərbaycan vətəndaşının borcudur”.
1941-1945-ci illər müharibəsində igidlik göstərən müharibə veteranları bu gün də hərtərəfli dövlət qayğısı ilə əhatə edilmişlər. Ulu öndərimizin yolunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də 1941-1945-ci illər müharibəsi iştirakçılarına, arxa cəbhə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Ölkə Prezidentinin “1941-1945-ci illər İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2018-ci il 20 aprel tarixli Sərəncamı bu təbəqədən olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə dövlət başçısının xüsusi diqqət və qayğısının növbəti təzahürüdür. Sərəncama əsasən muxtar respublika üzrə 928 nəfərə birdəfəlik maddi yardım ödənilmişdir. 25 nəfər 1941-1945-ci illərdə İkinci Dünya müharibəsi iştirakçısının hər birinə 1000 manat, 898 nəfər İkinci Dünya müharibəsində həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarının hər birinə 500 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir.
Dövlət başçısı demişdir: “Biz veteranlarımıza çox mehriban münasibət bəsləyirik. Onlara vaxtaşırı mənzillər, istirahət üçün sahələr, pul mükafatları ayrılır. Onlar xalqımızın fəxridir. Biz həlak olanların xatirəsinə də ehtiramla yanaşırıq və əminik ki, gənc nəslin qəhrəmanlıq və Vətənə məhəbbət ənənələrini davam etdirməsi üçün onlar məhz bu cür fədakar qəhrəmanlıq və Vətənə məhəbbət ruhunda tərbiyə olunmalıdırlar”.
1941-1945-ci illər müharibəsində şərəfli döyüş yolu keçmiş oğul və qızlarımızın tarixi şücaətlərini, habelə arxa cəbhədə fədakarlıqla çalışanların xidmətlərini Azərbaycan xalqı heç vaxt unutmayacaqdır. Bugünkü və gələcək nəsil üçün nümunə olan həmin qəhrəmanların şərəfli ömür yolu sonrakı nəsillər üçün də bir məktəbdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dediyi kimi: “Bu gün cəmiyyətimizdə müharibə veteranlarına böyük hörmət və ehtiram vardır. Onların döyüşlərdə göstərdikləri rəşadət, müharibədən sonrakı bərpa və quruculuq illərində çəkdikləri zəhmət Vətənə xidmət nümunəsi – həyat dərsidir. Vətəni sevmək, Vətən torpağını qorumaq və mənsub olduğu ölkəni inkişafa qovuşdurmaq dərsidir. Gənc nəsil bu dərsi mənimsəyərək özündən sonrakı nəsillərə ötürməli, nəsillər arasındakı varislik ənənələri davam etməlidir”.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2466953
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4509
7192
26575
162781
2466953

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter