15 Avqust 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Avqust 2018
Be Ça Ç Ca C Ş B
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

 

 

LİNKLƏR

 

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunan “Naxçıvan-2018” Beynəlxalq Şahmat Festivalının iştirakçılarının Naxçıvan şəhərindəki tarixi abidələrə və mədəniyyət müəssisələrinə gəzintiləri təşkil olunub.
Mayın 2-dən başlayaraq festival iştirakçıları Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayı, Rəsm Qalereyası, Dövlət Bayrağı Meydanı və Muzeyi, Naxçıvan Dövlət Tarix, Bəhruz Kəngərli muzeyləri, Hüseyn Cavidin ev-muzeyi və xatirə kompleksi, həmçinin “Naxçıvanqala” Tarix-­Memarlıq Muzey Kompleksində olublar. Onlara tarix və mədəniyyət abidələrimiz haqqında ətraflı məlumat verilib.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində azyaşlı festival iştirakçıları və onların valideynləri ilə həmsöhbət olduq.
8 yaşlı şahmatçı Ömər Qədirli bu festivalda ilk dəfə iştirak etdiyini bildirdi. “İştirak etdiyim hər üç oyunda qələbə qazanmışam. Ümidvaram ki, festivalda yüksək nəticə əldə edəcəyəm”, – deyən Ömər Qədirli qarşıdakı illərdə də təşkil olunacaq yarışlarda iştirak etmək arzusunda olduğunu vurğuladı.
Dövlət Bayrağı Meydanı və Muzeyi ilə tanışlığı barədə də danışan balaca şahmatçı burada Azərbaycanın qədim dövlətçilik tarixini əks etdirən çoxsaylı tarixi nümunələrə maraqla baxdığını dedi.

Digər iştirakçı, 9 yaşlı Rasim Ağayev bu festivalda üçüncü dəfə iştirak etdiyini dedi. Ötən il təşkil olunan festivalda öz yaş qrupunda üçüncü yerə layiq görüldüyünü deyən Rasim bu il də uğurlu nəticə əldə etmək uğrunda mübarizə apardığını vurğuladı.
Valideyn Fərid Qədirov bizimlə söhbətində bildirdi ki, festivalda təşkilatçılıq yüksək səviyyədədir. Naxçıvanda olduğumuz bir neçə gün ərzində buradakı tarix və mədəniyyət abidələrinə gəzintilər təşkil olunub. Festival iştirakçılarının qədim diyarın tarixi abidələri ilə yaxından tanış olması onların həm də dünyagörüşünün artmasına imkan verəcəkdir.
Qeyd edək ki, qarşıdakı günlərdə festival iştirakçılarının Naxçıvan Dövlət Xalça Muzeyi, Duzdağ Fizioterapiya Mərkəzi, Naxçıvan Duz Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksi və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksinə gəzintiləri də nəzərdə tutulub.

Tural AĞAYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2877965
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3101
4386
11654
64659
2877965

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter