24 Sentyabr 2018, Bazar ertəsi

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Naxçıvan şəhərindəki Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik strategiyası və varislik” mövzusunda elmi-praktik konfrans keçirib.
Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının İcra katibi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Anar İbrahimov “Ulu öndər Heydər Əliyev, Yeni Azərbaycan Partiyası və varislik” mövzusundakı çıxışında bildirib ki, şəxsiyyətlər tarixi yaradır və bu proses qanunauyğun şəkildə cəmiyyətin sonrakı inkişaf proseslərinə təkan verir. Bu şəxsiyyətlərin içindən elə parlaq dühalar çıxır ki, onların ictimai-siyasi fəaliyyəti və siyasi irsi hələ sağlığında millət və cəmiyyət üçün aktual olur. Yeni Azərbaycan Partiyasının banisi, müstəqil Azərbaycan Respublikasının xilaskarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyev də məhz belə dahi şəxsiyyət­dir. Onun müəllifliyi ilə partiyanın 6 prinsipi: müstəqil dövlətçilik, qanunçuluq, Azərbaycançılıq və vətənçilik, varislik və yaradıcı təkamül, konstruktiv əməkdaşlıq, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri 1993-cü ildən etibarən, bütövlükdə, dövlətin ideoloji bünövrəsi rolunda çıxış etməyə başlayıb.

Qeyd olunub ki, həmin ildən bəri Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizin inkişafını uğurla təmin edən hakim partiyadır. Təsadüfi deyil ki, ulu öndər Heydər Əliyev bu partiyanın üzvü olmağı milli dövlətçiliyə xidmət nümunəsi kimi qiymətləndirərək deyirdi: “Yeni Azərbaycan Partiyasına xidmət etmək Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etmək deməkdir”.
KonfransdaYeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Şurasının üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Ümummilli lider Heydər Əliyev və müstəqil Azərbaycan”, Heydər Əliyev Muzeyinin fond mühafizi Nərmin Cəfərova “Əsl siyasət konkret, real iş görməkdən ibarətdir”, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatı Qadınlar Şurasının üzvü, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Nazilə Ləzgiyeva “Naxçıvan Muxtar Respublikası müstəqillik illərində” və Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Elman Cəfərli “Naxçıvanda muxtar dövlət quruculuğu və idarəetmə modeli” mövzularında çıxış ediblər.
Çıxışlarda bildirilib ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan güclü iqtisadiyyatı və beynəlxalq nüfuzu ilə artıq dünya dövlətləri sırasında layiqli yerini tutub. Ümummilli liderin ideyaları Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurub. Dahi şəxsiyyətin xalqımızın tərəqqisi naminə irəli sürdüyü inkişaf konsepsiyası, irimiqyaslı proqramlar muxtar respublikada da uğurla həyata keçirilir. Bütün bunlar bir daha göstərir ki, Heydər Əliyev yolunun alternativi yoxdur. Azərbaycan xalqının hələ neçə-neçə nəsli Heydər Əliyev ideyalarından, onun böyük dövlətçilik məktəbindən ölkəmizin inkişafı və rifahı naminə faydalanacaqdır.
Çıxışlar zamanı mövzularla bağlı slaydlar göstərilib, konfransın sonunda ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətini əks etdirən qısametrajlı film nümayiş etdirilib.

*  *  *

Yeni Azərbaycan Partiyası Babək Rayon Təşkilatı tərəfindən keçirilən tədbirdə çıxış edən təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı İsa Məmmədov bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətinin birinci dövründə böyük siyasi uzaqgörənliklə ölkəni gələcək müstəqillik üçün hazırlaması 90-cı illərdə müstəqil dövlət quruculuğunda bir baza, zəmin rolunu oynayıb və bu zəmin üzərində müstəqil Azərbaycan dövləti yaradılıb.
Qeyd olunub ki, Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsinin yarandığı, xalqın əsl xilaskara ehtiyacı olduğu bir dövrdə bütün məsuliyyəti öz üzərinə götürən dahi rəhbər Naxçıvandan xilaskarlıq missiyasına başladı, Azərbaycanın qurtuluş və inkişaf tarixini yazdı. Görkəmli dövlət xadimi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri vəzifəsində olduğu 1991-1993-cü illərdə xalqımız üçün həyati əhəmiyyət daşıyan mühüm tarixi qərarlar qəbul etdi. Ümummilli liderimizin 1993-cü il iyunun 15-də respublikamızda ali hakimiyyətə qayıdışı müstəqil Azərbaycanın dövlətçilik tarixinin şanlı səhifəsini təşkil edir. Ulu öndərin irəli sürdüyü dövlətçilik konsepsiyası mahiyyət etibarilə Azərbaycanın yeni və davamlı inkişaf modeli kimi özünü doğrultdu, ölkə həyatının bütün sahələrində dönüş yarandı, hərtərəfli sosial-iqtisadi inkişafın əsası qoyuldu. Azərbaycanda güclü ordu formalaşdı.
İsa Məmmədov vurğulayıb ki, görkəmli dövlət xadiminin müəyyənləşdirdiyi inkişaf xətti hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmiz xarici iqtisadi əlaqələrini daha da genişləndirib, regional layihələrin lider tərəfdaşına çevrilib. Bu gün ümummilli liderin ideyalarının sədaqətlə davam etdirilməsi Naxçıvan Muxtar Respublikasını da hərtərəfli inkişafa qovuşdurub.
Məruzə ətrafındakı çıxışlardan sonra Yeni Azərbaycan Partiyasına qəbul edilən bir qrup şəxsə üzvlük vəsiqələri təqdim olunub, şagirdlər ulu öndərə həsr edilmiş şeirləri bədii qiraət ediblər.
Sonda “Ən böyük Azərbaycanlı” sənədli filminə baxış olub.

*  *  *

Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatı tərəfindən keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Sevda Quliyeva çıxış edərək bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin taleyüklü problemlərini həll edən tarixi şəxsiyyət olmaqla yanaşı, həm də tarixi yaradan şəxsiyyətdir. Ulu öndərin xalqımız qarşısındakı misilsiz xidmətləri Azərbaycanın ən yeni tarixinin 40 ilə yaxın dövrünü əhatə edir. Milli dövlətçilik tariximizin ən şanlı və parlaq səhifələri ümummilli liderimiz Heydər Əliyevin respublikamıza rəhbərliyi dövrlərində yazılıb. Bu baxımdan Azərbaycanda 1969-1982-ci illərdəki inkişaf və tərəqqi, 1993-2003-cü illərdə müstəqilliyin möhkəmlənməsi naminə göstərilən siyasi iradə və dövlətçilik təcrübəsi, zəngin irsə malik siyasi məktəb və gələcəyə hesablanmış sosial-iqtisadi islahatlar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.
1993-cü ildə ümummilli liderimizin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışı ilə ölkədə ictimai-siyasi sabitlik bərpa olundu, xarici investorlar respublikamıza cəlb edilərək iqtisadiyyat dirçəldildi. Demokratik inkişaf yolunu seçmiş bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bazar iqtisadiyyatı prinsipləri – xüsusi mülkiyyətçilik, azad sahibkar­lıq fəaliyyəti, özəlləşdirmə, qeyri-neft sektorunun sürətli inkişafını təmin etmək məqsədi daşıyırdı. 1994-cü ilin ikinci yarısından başlayaraq görkəmli dövlət xadimi Heydər Əliyevin qətiyyəti və uzaqgörənliyi nəticəsində region üçün böyük iqtisadi və geosiyasi əhəmiyyət kəsb edən “Əsrin müqaviləsi” imzalandı və bundan sonra Azərbaycanda inkişafın yeni mərhələsi başlandı.
Həyata keçirilən tədbirlər nəticəsində hazırda respublikamız regionun lider ölkə­sinə çevrilib. Qazanılmış nailiyyətlər beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.
Tədbirdə Yeni Azərbaycan Partiyası Kəngərli Rayon Təşkilatının şura üzvü, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Ehtimad Məmmədov, təşkilatın Gənclər Birliyinin üzvü, Qıvraq qəsəbə ərazi ilk partiya təşkilatının sədri Yunis Ələkbərov çıxış ediblər.
Sonra Yeni Azərbaycan Partiyası sıralarına yeni qəbul olunmuş gənclərə üzvlük vəsiqələri verilib. Tədbirin sonunda məktəblilər ulu öndərə həsr olunmuş şeirləri bədii qiraət edib, ümummilli liderin həyat və fəaliyyəti ilə bağlı videomaterial nümayiş olunub.

*  *  *

Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatında keçirilən tədbirdə təşkilatın sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Arif Qasımov geniş məruzə ilə çıxış edib. Qeyd olunub ki, müstəqil Azərbaycanın qurucusu və Yeni Azərbaycan Partiyasının yaradıcısı ümummilli liderimiz Heydər Əliyev ölməz əməlləri ilə bu gün hər bir azərbaycanlının qəlbində əbədi olaraq yaşayır və yaşayacaq.
Ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü xalqımız tərəfindən, eləcə də Türk dünyasında böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bütün bunlar onu göstərir ki, görkəmli dövlət xadiminin müdrik siyasəti daim yaşayacaq və Azərbaycan dövlətinin tərəqqisinin ən böyük təminatçısı olacaqdır.
Vurğulanıb ki, əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sosial­-iqtisadi inkişaf strategiyasının ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi ölkənin hərtərəfli siyasi-iqtisadi inkişafını təmin edib. Bu inkişaf muxtar respublikamızı da hərtərəfli tərəqqiyə qovuşdurub.
Tədbirdə Yeni Azərbaycan Partiyası Sədərək Rayon Təşkilatı Qadınlar Şurasının sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Vüsalə Əliyeva, Sədərək kənd ərazi ilk partiya təşkilatının sədri Ceyhun Əlizadə, Qaraağac kənd ərazi ilk partiya təşkilatının sədri Ayaz Əliyev, Yeni Azərbaycan Partiyasının üzvləri Sevinc Səfərzadə və Əjdər Məmməd­həsənov çıxış edərək ulu öndərimizin Azərbaycan xalqı qarşısındakı əvəzsiz xidmətlərindən danışıblar.
Sonda 21 nəfər gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim edilib. Məktəblilər ümummilli liderə həsr olunan şeirlər səsləndiriblər.

*  *  *

Naxçıvan Dövlət Universitetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən konfransın plenar iclasını giriş sözü ilə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov açıb. O, “Heydər Əliyev və Azərbaycanda təhsil quruculuğu” adlı məruzəsində qeyd edib ki, ulu öndər Azərbaycan təhsilinin hərtərəfli yüksəlişi qayğısına qalıb, bu sahədə böyük inkişafa rəvac verən sistemli tədbirlər həyata keçirib. Böyük dövlət xadimi hər bir gəncin fəal vətəndaşlıq mövqeyinin formalaşmasında, cəmiyyətdə gedən tərəqqi prosesində yaxından iştirak etməsində təhsilin mühüm rola malik olduğunu dəfələrlə qeyd edib.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Heydər Əliyev: siyasi liderlikdən ümummilli liderliyə” adlı məruzəsində vurğulayıb ki, öz millətinin qəlbində və onun çoxəsrlik tarixində müqəddəslik zirvəsinə yüksəlmək səadəti zəmanəmizin ən dahi şəxsiyyətlərindən biri, xalqımızın böyük oğlu Heydər Əliyevə nəsib olub. Bəşər tarixi sübut edib ki, yalnız tək-tək dövlət başçıları öz xalqı qarşısındakı xidmətlərinə görə siyasi liderlikdən ümummilli lider səviyyəsinə yüksəlir. Ümummilli liderin dövlətçilik və siyası fəaliyyətinin 7 dövrə bölündüyünü diqqətə çatdıran akademik bildirib ki, lider olmaq üçün 21 parametrin hamısı məhz dahi şəxsiyyətin xarakterində, dövlətçilik və siyasi fəaliyyətində cəmləşib. Böyük dövlət xadimi Heydər Əliyevin uğrunda mübarizə apardığı, əməli fəaliyyəti ilə əsas konturlarını müəyyən etdiyi milli dövlətçilik təliminin əsasında Azərbaycançılıq məfkurəsi dayanır. Bu mənada, Azərbaycançılıq Heydər Əliyev siyasi kursunun şah damarı, ana xəttidir.
Konfransda AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev “Heydər Əliyev irsi və müstəqillik dövründə ədəbi dilimizin inkişaf məsələləri”, bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Gəmiqaya abidəsinin tədqiqinə dövlət qayğısı” mövzularında məruzələr ediblər.
Konfrans “Heydər Əliyev və Azərbaycan dili”, “Heydər Əliyev və ictimai-siyasi həyat”, “Heydər Əliyev və Azərbaycan gəncliyi” bölmə iclasları ilə öz işini davam etdirib.

*  *  *

Naxçıvan Müəllimlər İnstitutunda “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda keçirilən lektoriyanı institutun rektoru, AMEA-nın müxbir üzvü Oruc Həsənli açıb.
Bildirilib ki, xalqımızın ümummilli lideri, çox­əsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşarlıq qazanmış ulu öndər Heydər Əliyev öz fəaliyyəti ilə Azərbaycan tarixinin ən şərəfli səhifələrini yazıb.
Qeyd olunub ki, müstəqil Azərbaycanımızın memarı və qurucusu olan, xalqımızın və dövlətimizin tarixində özünə əbədiyyət abidəsi ucaldan, öz ölkəsi, xalqı üçün tarixi əhəmiyyətli işlər görən ümummilli liderimiz Heydər Əliyevin fəaliyyətinin hər səhifəsi Azərbaycan tarixinin bir yüksəliş mərhələsini təşkil edir. Dahi rəhbərin ömrünün hər günü xalqa, millətə, dövlətə xidmət etmənin müqayisə­edilməz örnəyi olub. Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider, xalq məhəbbətini qazanan şəxsiyyət kimi həkk olunmuş Heydər Əliyev tarixi yazan və yaradan, onu yönəltməyi və fövqündə durmağı bacaran nadir şəxsiyyətlərdən biri, xalqımızın milli iftixarı, güvənc yerimiz, qürur duyduğumuz böyük azərbaycanlı idi.
Diqqətə çatdırılıb ki, ulu öndərin hakimiyyətdə olduğu dövrlər xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyinin əldə edilməsi, onun azad inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir. Biz bu tarixi unutmayacağıq.
Qeyd edilib ki, ümummilli lider Heydər Əliyev müdrikliyi və cəsarəti ilə Azərbaycan xalqının sevgisini qazanıb, ölkəmizin taleyində ciddi dönüşlərə imza atmış dahi şəxsiyyət kimi yaddaşlarımızda əbədiləşib. Xalqımız ən ağır məqamlarda ulu öndərin dövlətimizin maraqlarını qoruyacağına, düzgün qərarlar verəcəyinə inanıb. Dahi rəhbərin zəngin həyat və fəaliyyəti, xalqımız və dövlətimiz qarşısında misilsiz xidmətləri bizim üçün örnəkdir. Ulu öndərin təməlini qoyduğu dövlətçilik məktəbi bu gün də yaşayır və yaşayacaq.
Diqqətə çatdırılıb ki, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsində və iqtisadiyyatının güclənməsində əsas amil olan ümummilli liderin siyasi kursu hazırda Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Rektor görkəmli dövlət xadimi Heydər Əliyevin gənc­lərə yüksək etimadından, ulu öndərin ölkəmizdə elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğıdan söz açıb.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3058480
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1413
4261
1413
109811
3058480

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter