21 Sentyabr 2018, Cümə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilib.

Əvvəlcə qonaqlar ulu öndər ­Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsi önünə gül dəstələri düzüblər.
“Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində təşkil edilən konfransda ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Azərbaycanda dövlət gənclər siyasətinin əsasının ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulduğunu çıxışında qeyd edən Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov bildirib ki, dahi şəxsiyyət ölkəmizə rəhbərliyinin bütün dövrlərində gənc nəslin əsl himayədarı olub, sosial-iqtisadi, elmi-mədəni, təhsil və digər sahələrdə gənclərin fəal iştirakının təmin olunmasını diqqət mərkəzində saxlayıb. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ulu öndərin dövlət gənclər siyasəti uğurla davam etdirilir. Ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün ardıcıl tədbirlər görülür, elm və təhsil ocaqları, gənclər mərkəzləri, idman kompleksləri tikilib istifadəyə verilir. Bunun nəticəsidir ki, Azərbaycan gəncliyi ictimai həyatın bütün istiqamətlərində fəal iştirak edir, beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi layiqincə təmsil edir.

Nazir vurğulayıb ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 7 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”na uyğun olaraq keçirilən “Azərbaycanın Gənclər Paytaxtı” layihəsi ilk günlərdən böyük maraqla qarşılanıb, gənclərlə işin daha da canlandırılmasına səbəb olub. Bu baxımdan müsabiqə Naxçıvan gəncləri tərəfindən də daim diqqətdə saxlanılıb, Naxçıvan şəhərinin son illərdə keçirilən seçimlərdə namizədliyi irəli sürülüb. 2018-ci ilə İslam Mədəniyyəti Paytaxtı kimi qədəm qoyan Naxçıvan şəhəri, həmçinin gənclərin yüksək fəallığı, xüsusən internet resurslarında aktivliyi nəticəsində ölkəmizin Gənc­lər Paytaxtı seçilib. Bu, Naxçıvan Muxtar Respublikası tarixində əlamətdar hadisələrdən biridir. Adıçəkilən layihə muxtar respublikanın, Naxçıvan şəhərinin mövcud imkanlarının ölkə miqyasında təbliği baxımından böyük əhəmiyyətə malikdir.
“Bu gün “Azərbaycançılıq və gənclik” adlı təbliğat kampaniyası çərçivəsində “Ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfransın keçirilməsi gənclərin ideoloji siyasi şüurunun artırılması, onların vahid fikir ətrafında birləşməsi baxımından böyük əhəmiyyətə malikdir”, – deyən Azad Cabbarov diqqətə çatdırıb ki, muxtar respublikada son illər ərzində həyata keçirilən infrastruktur layihələri nəticəsində gənc­lərin yaradıcılıq və təhsil imkanlarının, asudə vaxtlarının səmərəli təşkili istiqamətində ən yüksək standartlara cavab verən maddi-texniki baza formalaşdırılıb. Müasir Azərbaycan gəncliyi bundan sonra da yaradılan şəraitdən səmərəli istifadə etməklə, xalqımızın ümummilli lideri Heydər Əliyevin ideyalarını daim rəhbər tutmaqla dövlət və dövlətçiliyə sədaqət ruhunda daha səylə çalışacaq, göstərilən etimadı doğruldacaqdır.
Konfransda çıxış edən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov 2018-ci ilin Azərbaycanın Gənclər Paytaxtı seçilmiş qədim Naxçıvan şəhərini salamlayaraq bildirib ki, ulu öndər Heydər Əliyevin qurub-yaratdığı müstəqil dövlətimizin uğurları ilə hər birimiz daim qürur hissi keçirir, azərbaycanlı olduğumuza görə fəxr edirik. Ümummilli liderimizin ideyalarının, siyasi kursunun layiqli davamçısı Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən misilsiz quruculuq işləri bunu deməyə əsas verir. Aprelin 11-də keçirilən prezident seçkilərinin nəticələri də xalqımızın Heydər ­Əliyev ideyalarına sadiqliyini bir daha təsdiqlədi.
Azad Rəhimov vurğulayıb ki, artıq respublikamızın 30-dan çox şəhər və rayonunda “Azərbaycançılıq və gənclik” təbliğat kampaniyası çərçivəsində tədbirlərin keçirilməsində məqsədimiz milli-mənəvi və ümumbəşəri dəyərlər sistemində ümummilli lider Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinin geniş müzakirəsini keçirmək və gənc nəslə çatdırmaq olub. Gənclər tərəfindən Azərbaycançılıq məfkurəsinin düzgün dərk edilməsi ölkəmizin strateji inkişaf hədəflərinə və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edən vacib amillərdəndir. Dövlətimizin inkişaf strategiyasının əsasında milli ideoloji prinsiplər durur. Bu prinsiplər minilliklərdən dövrümüzədək gələn qoruyub saxladığımız milli-mənəvi irsimiz, tarixi ənənələrimiz, mənəvi­-əxlaqi dəyərlərlə yanaşı, müasir dövrün çağırışlarına uyğun yeni hədəflərin vəhdətində formalaşır. Azərbaycançılıq ideyası milli təhlükəsizliyimizin təmin olunmasına, ölkə­mizə qarşı yönələn təhdidlərlə birgə mübarizənin aparılmasına, bir sözlə, müstəqilliyimizin sarsılmaz və dönməz edilməsinə xidmət edir.
Nazir qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin cəmiyyətimizə təqdim etdiyi Azərbaycançılıq məfkurəsi milli, dini mənsubiyyətindən asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşını əhatə edir. Məfkurəmiz humanizm, sülhsevərlik kimi ümumbəşəri dəyərləri, multikulturalizmi, demokratik dəyərlərə sədaqət hissini formalaşdıran prinsipləri özündə ehtiva edir. Bu gün biz qürur hissi keçiririk ki, dünyada müstəqil Azərbaycan dövləti, qədim və zəngin tarixi olan Azərbaycan xalqı var. Bu xalqın mükəmməl dili, yüksək mədəni dəyərləri, özünəməxsus adət- ənənələri vardır. Bu dəyərləri qoruyub saxlamaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq cəmiyyətimiz qarşısında duran əsas vəzifələrdəndir. Azərbaycan Respublikasının gənclər və idman naziri çıxışının sonunda bir daha Naxçıvan gənclərini ölkənin ictimai-siyasi həyatında yüksək fəallıqlarına görə təbrik edərək əmin olduğunu bildirib ki, 2018-ci ilin Gənclər Paytaxtında çoxsaylı maraqlı və əhəmiyyətli tədbirlərin təşkilinin şahidi olacağıq.
Azərbaycan Tələbə-Gənclər Təşkilatları İttifaqının sədri, millət vəkili Şahin İsmayılov, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov, Gənclər və İdman Nazirliyi yanında İctimai Şuranın sədri Nurəddin Mehdiyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Seymur Hüseynov konfransda çıxış edərək vurğulayıblar ki, Naxçıvan gəncləri ulu öndər Heydər Əliyevin ideyalarına sədaqətlə xidmət edəcək, xalqımızın tərəqqisi, dövlətçiliyimizin inkişafı naminə ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi işlərə öz töhfələrini verəcəklər.
Sonra “Naxçıvan” Universitetinin tələbəsi Allahverdi Qəribovun “Azərbaycançılıq – multikultural dəyərlər”, Naxçıvan Müəllimlər İnstitutunun tələbəsi Əfsanə Əlizadənin “Azərbaycançılıq – dövlət dili və dövlət rəmzləri” mövzularında çıxışları dinlənilib.
Konfransın bədii hissəsində Naxçıvan şəhərinin Gənclər Paytaxtı seçilməsi ilə əlaqədar Bakı şəhərindən dəvət olunmuş müğənnilərin iştirakı ilə konsert proqramı təqdim olunub. Konsert proqramında Azərbaycan Respublikasının Xalq artisti Bilal Əliyevin, müğənnilərdən Günay ­İbrahimli, Elvin Abdullayev, Sevinc Musayeva, Azad Şabanov və Fərid Quliyevin ifaları tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3048174
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
3935
5665
25406
99505
3048174

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter