13 Dekabr 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Naxçıvan Dövlət Texniki Kollecində “Ümummilli lider Heydər Əliyevin milli dövlətçilik ənənələri və varislik” mövzusunda keçirilən lektoriyanı kollecin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov açıb. Bildirilib ki, XX əsr Azərbaycan tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndər Heydər Əliyevin mənalı həyat yolu və siyasi fəaliyyəti gələcək nəsillər üçün böyük bir məktəbdir.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun böyük elmi işçisi Musa Quliyevin məruzəsi dinlənilib.
Məruzədə qeyd olunub ki, xalqların və millətlərin taleyində, formalaşmasında, dünyadakı yerinin müəyyənləşdirilməsində tarixi şəxsiyyətlərin, dahi siyasətçilərin və müdrik dövlət başçılarının müstəsna rolu danılmazdır. Bəşəriyyətin yetirdiyi görkəmli dövlət xadimi Heydər Əliyev kimi nadir dühalar isə özləri bütöv bir salnamə, tarix yaratmağa qadir olurlar. Ulu öndərin Azərbaycanın müdrik rəhbəri kimi çoxşaxəli fəaliyyəti, Vətən və xalq qarşısındakı misilsiz xidmətləri dahi şəxsiyyətlərin tarixin gedişində həll­edici rol oynadıqlarını əyani şəkildə təsdiqləyən ən dəyərli nümunədir.

Vurğulanıb ki, ümummilli lider hələ sovet hakimiyyəti illərində Azərbaycana rəhbərlik etdiyi dövrdə mühüm tarixi qərarları ilə ölkənin gələcək müstəqil həyata hazırlanması istiqamətində mühüm işlər görüb.
Qeyd olunub ki, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkədə daxili vəziyyət və hakimiyyət böhranı yarandı. Xaos, hərc-mərclik baş alıb gedirdi. Orduda da vəziyyət ağırlaşır, fərarilik artırdı. Erməni təcavüzü gündən-günə güclənirdi. Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedir, vətəndaş müharibəsi təhlükəsi yaranmışdı. Belə bir dövrdə yenidən fəal siyasətə qayıdan ulu öndər Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri kimi Naxçıvanı işğal olunmaq təhlükəsindən, siyasi-iqtisadi böhrandan xilas etdi. Vətənin belə ağır günündə xalq nicat yolunu görkəmli dövlət xadimini Naxçıvandan ölkəyə ­rəhbərliyə dəvət etməkdə gördü. Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruldu.
Məruzədə qeyd olunub ki, ümummilli liderin milli dövlətçilik ənənələri bu gün ölkə başçısı tərəfindən uğurla davam etdirilir. Çoxcəhətli fəaliyyəti ilə özünü peşəkar, bacarıqlı və vətənpərvər siyasətçi kimi təsdiqləyən, intellektual imkanlarını, biliyini, təcrübəsini xalqının mənafeyi naminə səfərbər edən cənab İlham Əliyev növbəti prezident seçkilərində də seçicilərin böyük səs çoxluğu ilə dövlət başçısı seçildi. Bu həm də xalqımızın ümummilli liderin milli dövlətçilik ənənələrinə sadiqliyinin bariz ifadəsidir.
Sonda görkəmli dövlət xadiminin həyatı və siyasi fəaliyyəti haqqında sənədli film nümayiş etdirilib.

 Ramiyyə ƏKBƏROVA

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3397630
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
625
5770
17460
56797
3397630

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter