24 May 2018, Cümə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

May 2018
Be Ça Ç Ca C Ş B
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 1 2 3

 

 

LİNKLƏR

 

 

  Xəbər verdiyimiz kimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına səfərə gəlib. Səfər çərçivəsində qonaqlar Naxçıvanın gəzməli-görməli yerləri ilə  tanış olub, muxtar respublikanın təhsil, mədəniyyət, səhiyyə müəssisələri ilə maraqlanıblar. Nümayəndə heyətinin üzvləri Naxçıvanla bağlı təəssüratlarını “Şərq qapısı” ­qəzetinin oxucuları ilə bölüşüblər.

Valentina Antonenko – İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru:
– Mən, ilk növbədə, bu səfərin təşkilində bizə göstərdiyi köməyə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova öz minnətdarlığımı bildirirəm. Biz burada muxtar respublikanın bir çox təhsil və mədəniyyət müəssisələrində olduq, Duzdağ Fizioterapiya Mərkəzinə getdik. Bizim üçün maraqlı olan Naxçıvanın çox qədim tarixə və mədəniyyətə malik olmasıdır. Daha maraqlısı isə buradakı insanların öz tarixinə, dəyərlərinə böyük sevgi ilə sahib çıxması, onu təbliğ etməsi, tanıtdırmasıdır. Məsələn, biz Şərq memarlığı incilərini özündə əks etdirən və hazırda bərpa olunan Qarabağlar Türbə Kompleksi ilə tanış olduq. Bu kompleksin timsalında tarixi abidələrə göstərilən bu qayğı dövlətinizin tarixi keçmişinizə verdiyi önəmin ifadəsidir. Naxçıvan həm tarixi keçmişi və mədəniyyəti, həm də müasir sürətli inkişafı ilə bizi özünə valeh etdi.

Lyudmila Arbuzina – məktəbin dərs hissə müdiri: – Sizin ölkəniz və xalqınız haqqında yetərli qədər məlumatlıyıq. Azərbaycan, eləcə də hazırda səfərdə olduğumuz Naxçıvan Muxtar Respublikası böyük bir inkişaf yolu keçib. Biz burada olarkən Naxçıvanın bir çox tarixi abidələrini ziyarət etdik, muzeylərdə, eyni zamanda bir çox ümumtəhsil məktəblərində olduq. Təhsil ocaqlarının hamısı yaraşıqlı, müasir, yeni dövrün texnoloji vasitələri ilə təmin olunub. Bu, onu göstərir ki, Naxçıvanda təhsilə böyük diqqət göstərilir, dövlət tərəfindən nə lazımdırsa, edilir. Eyni zamanda bu dəstəyi digər sahələrdə də görmək mümkündür. Duzdağ Fizioterapiya Mərkəzi müasir şəraiti ilə gözoxşayan mühüm sağlamlıq mərkəzidir. Öyrəndik ki, hər il dünyanın müxtəlif ölkələrindən bura müalicə olunmaq üçün gəlirlər. Məhz belə bir mərkəz Naxçıvanın tanıdılmasında, onun hərtərəfli inkişafında əhəmiyyətli rol oynayır. Bir sözlə, gördüyümüz hər bir təhsil, mədəniyyət ocağı, eləcə də gözəlliyi ilə diqqətimizi cəlb edən Naxçıvan şəhəri bizə çox zəngin təəssüratlar verdi və biz Ukraynaya qayıtdıqdan sonra bu təəssüratları məktəbimizin kollektivi ilə bölüşəcəyik.
Alla Çumak – məktəbin müəllimi: – Bu, mənim Naxçıvana ikinci gəlişimdir, ilk dəfə 2010-cu ildə gəlmişdim. Aradan 8 il keçib, bu dövr ərzində Naxçıvan çox dəyişilib, yeni binalar tikilib, yaşıllıqların həcmi artıb. Ən çox xoşuma gələn isə Naxçıvanın hansı səmtinə üz tutsan, orada təmizliyin qorunub saxlanılmasıdır. İnsanların istiqanlılığı isə bu gözəlliyi daha da artırır.
Biz burada müxtəlif muzeylərə baş çəkdik. Heydər Əliyev Muzeyi öz möhtəşəmliyi ilə qürurvericidir, həm də öyrəndik ki, bu muzey görkəmli dövlət xadiminin hələ sağlığında yaradılmış bir mədəniyyət ocağıdır. Bizə məlumat verdilər ki, Naxçıvana gələn qonaqların böyük əksəriyyəti şəhərlə tanışlığa məhz buradan başlayır. Bundan əlavə, Ordubad şəhərində olduq və bu qədim şəhər bizim çox xoşumuza gəldi. Tarixi küçələri, möhtəşəm çinar ağacları ilə əhatə olunmuş şəhərdə müasir inkişafı təzahür etdirən yeni tikililər də göz oxşayır. Naxçıvanla bağlı danışacağımız çox maraqlı təəssüratlarımız var.
Oksana Zubenko – məktəbin müəllimi: – Naxçıvan havasının gözəlliyi, küçə və yollarının təmizliyi ilə diqqətimi çəkdi. İnsanların ­gülərüzlülüyü və qonaqpərvərliyini isə sözlə ifadə edə bilmirəm, çox mehribandırlar. Bununla yanaşı, demək istəyirəm ki, çox zəngin mətbəxiniz var. Yeməklərinizin dadından doymaq olmur. Naxçıvanı şəhər kimi maraqlı edən digər bir amil isə qədimliklə müasirliyin bir-birini tamamlamasıdır. Məsələn, Möminə xatının şərəfinə tikilmiş möhtəşəm bir tarixi abidədən bir neçə metr uzaqlaşmaq kifayət edir ki, müasir park və ­yaşıllıqların, yeni binaların əhatəsində olasan. Və yaxud bir zamanlar Naxçıvan xanlarının yaşadığı iqamətgahdan ətrafı seyr etmək kifayət edir ki, müasir tikililərin yaratdığı ansamblı görə biləsən. Ümumiyyətlə, Naxçıvanda harada olduqsa, çox zəngin təəssüratlar əldə etdik. Bu qədim Azərbaycan torpağına yenə gəlməyi düşünürəm.
Qeyd edək ki, Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbindən gəlmiş nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri bu gün başa çatır.

 Səbuhi HƏSƏNOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2466945
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
4501
7192
26567
162773
2466945

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter