17 Oktyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Oktyabr 2018
Be Ça Ç Ca C Ş B
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31 1 2 3 4

 

 

LİNKLƏR

 

 

Aprelin 28-də akademik Zərifə xanım Əliyevanın adını daşıyan Naxçıvan Şəhər Poliklinikasında görkəmli oftalmoloq-alimin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Naxçıvan Şəhər Poliklinikasının foyesində akademik Zərifə xanım Əliyevanın büstü önünə gül qoymuş, görkəmli alimin həyat və fəaliyyətini əks etdirən sərgiyə baxmışlar.
Poliklinikanın iclas zalında keçirilən tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Samrat Gəncəyeva açmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, bu gün görkəmli ­oftalmoloq-alim, akademik Zərifə Əziz qızı Əliyevanın anadan olmasının 95 illiyi tamam olur. Bununla bağlı olaraq muxtar respublikada görkəmli akademikin həyat və fəaliyyətinə həsr olunmuş silsilə tədbirlər keçirilir, əziz xatirəsi yad edilir. Rəhman Məmmədov Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin nümayəndələrinə akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirlərdə iştirak etdiklərinə görə minnətdarlığını bildirmişdir.

Rəhman Məmmədov qeyd etmişdir ki, akademik Zərifə xanım Əliyevanın mənalı ömrü, keçdiyi şərəfli həyat yolu nəsillərə mənəviyyat məktəbi, xalqa təmənnasız xidmət nümunəsidir. Görkəmli akademik Azərbaycanda vaxtilə geniş yayılmış traxoma xəstəliyinin qarşısının alınmasında böyük xidmətlər göstərmiş, ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaratmış və praktik olaraq elm aləmində yeni bir istiqamət olan “peşə oftalmologiyası”nın əsasını qoymuş, fundamental tədqiqatlar aparmışdır. Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməmiş, yüksək biliyə malik oftalmoloq-həkimlərin formalaşmasına, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə də xüsusi diqqət yetirmişdir.
Zərifə xanım Əliyeva Azərbaycanda elə bir oftalmologiya məktəbi yaratmışdır ki, bu məktəb bu gün də öz mövqeyini və əhəmiyyətini itirməyən sahələrdən biri olaraq qalır.
12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 160-dan çox elmi işin, 1 ixtira və 18 səmərələşdirici təklifin müəllifi olan Zərifə xanım Əliyeva zəngin elmi fəaliyyəti ilə həkim-oftalmoloqdan akademikə qədər yüksəlmişdir.
Rəhman Məmmədov bildirmişdir ki, görkəmli akademik Zərifə xanım Əliyevanın xalqımız qarşısında xidmətləri unudulmamışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublikada oftalmoloq- alimin yubileyləri geniş qeyd olunmuş, sənədli film hazırlanmış, xatirəsi əbədiləşdirilmişdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Akademik Zərifə Əziz qızı Əliyevanın xatirəsinin əbədiləşdirilməsi haqqında” 23 avqust 2005-ci il tarixli Sərəncamı ilə Şahtaxtı kənd tam orta mək­təbinə akademik Zərifə xanım ­Əliyevanın adı verilmişdir. Zərifə xanım Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbində və Naxçıvan Şəhər Poliklinikasında görkəmli akademikin xatirəsinə büst qoyulmuş, fəaliyyətini əks etdirən muzey və guşələr yaradılmışdır.
Görkəmli akademik Zərifə ­xanım Əliyevanın tibb elminə verdiyi töhfələr, yüksək mənəvi xüsusiyyətləri unudulmayacaq, əziz xatirəsi daim yaşayacaqdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Onun zəngin elmi irsi, tədqiqatları, qazandığı nailiyyətlər, fundamental əsərləri Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Xalqımızın yetişdirib dünya tibb elminə bəxş etdiyi görkəmli alimin və istedadlı həkimin şəxsiyyəti bu gün də – ölkə­mizin müstəqillik şəraitində yaşadığı dövrdə də hər bir alimin və Hippokrat andını içmiş hər bir həkimin cəmiyyətdə oynamalı olduğu rola parlaq ­nümunədir”.
Tədbirdə çıxış edən Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru Valentina Antonenko qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı olmuş akademik Zərifə ­xanım Əliyevanın adının Ukraynada əbədiləşdirilməsi onlar üçün böyük fəxrdir. Böyük alimin tibb elminə verdiyi töhfələr bütün dünyada olduğu kimi, Ukraynada da yüksək qiymətləndirilir. O, böyük alimin adını daşıyan məktəb haqqında da danışaraq burada yaradılmış şərait­dən və təhsil imkanlarından da bəhs edib. Səkkiz il əvvəl də Naxçıvanda olduğunu deyən qonaq akademik Zərifə xanımın xatirəsinin əbədiləşdirilməsi üçün görülmüş işlərdən böyük təəssürat aldığını bildirib.
Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aytən Məmmədova “Akademik Zərifə xanım Əliyeva: xeyirxah insan, fədakar ana, əsl Azərbaycan qadını”, ­Akademik Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikasının baş həkimi Səadət Əlizadə “Alimlik zirvəsi, Zərifə xanım Əliyevanın xeyirxahlıq, ağıl və qüdrət məktəbi”, Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı məsləhətçisi, tibb üzrə fəlsəfə doktoru Günay İbrahimzadə “Okuloplastik cərrahiyyənin xüsusiyyətləri”, Zərifə xanım ­Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin aparıcı məsləhətçisi Ruslan Məmmədov “Göz daxili yad cisim olan xəstələrdə müalicə taktikası” mövzularında çıxış etmişlər. Çıxışlarda qeyd edilmişdir ki, Azərbaycan oftalmologiyasını dünya səviyyəsində tanıdan akademik Zərifə xanım Əliyeva təbabətdə öz dəst-xətti ilə tanınan bir alim idi. Heç bir zaman gərgin işdən yorulmamış Zərifə xanım bir həkim kimi ən yüksək zirvəyə ucalmışdır.
Sonda məktəblilər tərəfindən Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər bədii qiraət olunmuş, fotoşəkillər nümayiş etdirilmişdir.

*      *     *

Xəbər verdiyimiz kimi, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə Ukrayna Respublikasının İrpen şəhərində fəaliyyət göstərən ­Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin bir qrup müəllimi Naxçıvan Muxtar Respublikasına gəlib. Aprelin 28-də qonaqlar Kəngərli rayonuna səfər ediblər.
İlk olaraq Qarabağlar Türbə Kompleksi ilə tanış olan qonaqlara məlumat verilib ki, XII-XIV əsrlərə aid edilən kompleksdən dövrümüzədək qoşa minarəli baştağ və türbə gəlib çatıb. Qarabağlar Türbə Kompleksinin xalqımızın maddi-mədəniyyət abidələri arasında tarixi mövqeyini, dünya əhəmiyyətli abidə olmasını nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri 2016-cı il 4 iyul tarixdə “Qarabağlar Türbə Kompleksinin bərpa və tədqiq olunması haqqında” Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Qarabağlar Türbə Kompleksində bərpa işləri aparılır.
Sonra qonaqlar Şahtaxtı kənd tam orta məktəbində akademik ­Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, adını daşıyan muzeyə baxıblar. Görkəmli alimin xatirə muzeyi ilə tanış olan qonaqlar İrpen şəhərindəki Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin kollektivi tərəfindən hazırlanmış fotoalbomu muzeyə hədiyyə ediblər.
Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən tədbirdə Şahtaxtı kənd tam orta məktəbinin direktoru Sarvan Məmmədov çıxış edərək görkəmli alimin həyat və fəaliyyəti haqqında danışıb. Bildirilib ki, Zərifə xanım Əliyeva yüksək mədəniyyəti, zərif qəlbi, elmə sədaqəti, insanlara münasibəti ilə xalqımızın qəlbində həmişə yaşayır, parlaq xatirəsi daim böyük ehtiramla anılır. Geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar alimin həyat və yaradıcılığı hər bir Azərbaycan vətəndaşı, hər bir elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik, müdriklik məktəbidir.
İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbinin direktoru Valentina Antonenko bildirib ki, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü münasibətilə onun doğulduğu kənddə adını daşıyan məktəbdə olmaq hər birimiz üçün qürurvericidir. Direktor qeyd edib ki, rəhbərlik etdiyi məktəbdə 2000-ə yaxın şagird təhsil alır. Məktəbin 58 sinfi var. Orada bir çox xarici dil tədris olunur. Əsas baza olaraq ingilis dili öyrədilsə də, 5-ci sinifdən valideynlərin seçimi ilə şagirdlər ikinci xarici dili də öyrənməyə başlayırlar. Vurğulanıb ki, biz Naxçıvanda olarkən bir neçə orta ümumtəhsil məktəblərində olduq. Məktəbləriniz müasir və gözəldir. Ən çox xoşumuza gələn isə şagirdlərin gözəl məktəbli forması ilə təmin olunmasıdır.
Valentina Antonenko bildirib ki, hazırda İrpen şəhərində fəaliyyət göstərən Akademik Zərifə xanım Əliyeva adına 12 nömrəli xarici dillər üzrə ixtisaslaşmış ümumtəhsil məktəbini Şahtaxtı kənd tam orta məktəbi ilə qırılmaz dostluq əlaqələri bağlayır. Bu gün görkəmli alimin doğum günündə sizin kimi biz də çox sevinc hissi keçiririk. Valentina Antonenko bu səfərin baş tutmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova nümayəndə heyəti adından minnətdar­lığını bildirib.
Şahtaxtı kənd tam orta məktəbinin müəllimi Nilufər Rzayeva çıxışında bildirib ki, Zərifə xanım Əliyevanın zəngin elmi irsi, ­oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsini təşkil edir. Görkəmli alim oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb, fədakar həkim kimi bir sıra göz xəstəliklərinin müalicəsində dəyərli elmi nəticələr ortaya qoyub.
Sonra məktəbin şagirdləri tərəfindən Zərifə xanım Əliyevaya həsr olunmuş şeirlər bədii qiraət olunub.

“Şərq qapısı”

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3149670
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
1134
4297
9835
64217
3149670

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter