24 Aprel 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Aprel 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 31 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Muxtar respublikamızın ictimaiyyət nümayəndələri cənab İlham Əliyevin yenidən
dövlət başçısı seçilməsini məhz belə qiymətləndirirlər

Ölkəmizdə aprelin 11-də keçirilən prezident seçkiləri uğurla başa çatdı. Azərbaycan seçicilərinin çox böyük əksəriyyəti görkəmli dövlət xadimi Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətti uğurla davam etdirən cənab İlham Əliyevin rəhbərliyi ilə önümüzdəki 7 il ərzində daha sürətli inkişafa, sabitliyə, əmin-amanlığa, rifaha səs verdilər. Heydər Əliyev yoluna daim sarsılmaz sədaqət nümayiş etdirən naxçıvanlı seçicilər isə bu dəfə də seçkilərdə fəal iştirak edib, ilkin nəticələrə görə, seçicilərin 94,2 faizi cənab İlham Əliyevə səs veriblər. Bu, Azərbaycan üzrə ən yüksək göstəricidir. İlkin nəticələr bir daha belə deməyə əsas verir ki, muxtar respublika sakinləri ötən illər ərzində dövlət başçısının həyata keçirdiyi siyasətin bundan sonra da davam etdirilməsini istəyirlər. Məhz bütün bunlara görə, naxçıvanlılar 11 aprel tarixini demokratik dəyərlərin, xalqın iradəsinin və dövlətçilik maraqlarımızın qələbəsi günü olduğunu vurğulayırlar.

Əbülfəz Quliyev – AMEA-nın müxbir üzvü: – Biz ölkəmizin bütün bölgələrində, həmçinin Azərbaycanın tarixi dövlətçiliyinin, milli və mənəvi dəyərlərin qorunub yaşadıldığı Naxçıvan Muxtar Respublikasında haqqın, ədalətin, demokratiyanın təntənəsinin şahidi olduq. Heydər Əliyev yolunu davam etdirən dünya səviyyəli siyasətçinin möhtəşəm qələbəsi Azərbaycanımızın gələcək inkişafını ürəkdən istəyən hər bir Vətən övladının hədsiz sevincinə səbəb oldu.
Bu seçkilər təkcə ölkəmiz üçün deyil, Cənubi Qafqaz, ümumilikdə, Türk dünyası üçün mühüm əhəmiyyət daşıyırdı. Çünki seçkilərin nəticəsində həm də Azərbaycanın növbəti 7 il ərzində daxili və xarici siyasətinin istiqamətləri müəyyənləşəcəkdi. Azərbaycandakı, o cümlədən muxtar respublikamızdakı seçicilər də bunu yaxşı bilirdi ki, düzgün seçim bütün sahələrin, həmçinin ­sosial-iqtisadi yüksəlişin möhkəm bünövrədə davam etdirilməsinə yol açacaq. Məhz buna görə də 11 aprel prezident seçkilərində növbəti dəfə seçicilər ən layiqli namizədə səs verdilər.

Seçkilərin nəticələri bir daha ölkəmizdə xalq-Prezident həmrəyliyinin, birliyinin olduğunu sübut etdi. Bu da səbəbsiz deyil. Çünki Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son 15 ildə Azərbaycan əsrlərə bərabər inkişaf yolu keçdi. Bu illər ərzində ölkəmiz bütün dünyada tanındı. Azərbaycan regionun ən güclü, ən sürətlə inkişaf edən dövlətinə çevrildi, qüdrətli ordu formalaşdı. Son illərdə ölkəmizdə təhsil və səhiyyənin, sosial-mədəni həyatın yüksəlməsi də Prezident cənab İlham Əliyevin adı ilə bağlıdır. Aparılan sosialyönümlü islahatlar xüsusi qeyd edilməlidir. Əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi istiqamətində dövlət başçısının atdığı addımlar mütəmadi xarakter daşıdığından ölkə vətəndaşlarının rəğbətini qazanmaqla yanaşı, beynəlxalq təşkilatların da həsədaparıcı marağına səbəb oldu. Sevindiricidir ki, ölkəmizdə möhkəm siyasi sabitlik hökm sürür, yoxsulluq minimum həddə düşüb, məşğulluğun səviyyəsi aydan-aya artır.
Dövlət başçısının diqqət və qayğısı, naxçıvanlıların vətənpərvərliyi sayəsində muxtar respublikamız da uğurlu inkişaf yolu keçib. Ötən illər ərzində qədim diyarda aparılan kompleks quruculuq işləri bütün şəhər, qəsəbə və kəndlərimizin yenidən qurulması, abadlaşması, gülüstana çevrilməsi ilə nəticələnib, yeni-yeni təhsil ocaqları inşa olunaraq istifadəyə verilib. Elmin, təhsilin inkişafı üçün zəruri olan bütün addımlar atılıb, bir sıra istehsalat müəssisələri, yeni iş yerləri yaradılıb, ixrac potensialı artırılıb, xarici ticarət, həmçinin mədəniyyət əlaqələri genişlənib, əhalinin sosial rifah halı yaxşılaşıb. Muxtar respublika əhalisi Prezidentinin qayğısını hər zaman öz üzərində hiss edib. Dövlət başçısı Naxçıvana hər səfərində strateji mövqedə yerləşən muxtar respublikamızın hərtərəfli inkişafının, bütün sahələr üzrə onun təhlükəsizliyinin təmin olunmasının əhəmiyyətini vurğulayıb, qədim diyarımıza həmişə böyük diqqət və qayğı göstərib. Muxtar respublika sakinləri də ölkə rəhbərinə böyük rəğbət bəsləyir, onu həmişə dəstəkləyir. Təsadüfi deyil ki, 11 aprel seçkilərində muxtar respublikadakı seçicilərin 94,2 faizi cənab İlham Əliyevə səs verib.
Fikirlərimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin aprelin 11-də keçirilən seçkilərdə ona göstərilən böyük etimada görə xalqımıza müraciətində dediyi sözlərlə bitirmək istəyirəm: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımız üçün əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Bu seçkilərdə Azərbaycan xalqı sabitliyə, təhlükəsizliyə, inkişafa, tərəqqiyə səs vermiş, son 15 il ərzində görülən işlərə yüksək qiymət vermişdir. Bütün bu uğurları biz sizinlə birlikdə qazandıq”.
Həvayət Qurbanova – Sosialist Əməyi Qəhrəmanı, ­Prezident təqaüdçüsü: – Aprelin 11-də Azərbaycan xalqı yenidən öz seçimini edərək ən layiqli namizədə – İlham Heydər oğlu Əliyevə səs verdi. Fikir versək görərik ki, cənab İlham Əliyev hakimiyyətdə olduğu ötən dövrdə xalqımız üçün böyük işlər görüb. Mədəniyyət, iqtisadiyyat, kənd təsərrüfatı, ordu quruculuğu sahələrində Azərbaycan böyük nəticələr əldə edib. Şəhər və kəndlərimizin siması dəyişərək gözəlləşir, yaşayış səviyyəsi yüksəlir. Bütün sahələrdə fərqlənən insanların əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. İndi ölkəmizdə gənclərə də, ahıl vətəndaşlara da, bir sözlə, cəmiyyətin bütün təbəqələrinə lazımi diqqət və qayğı göstərilir. Azərbaycanın adı dünyanın ən yüksək tribunalarından gəlir. Ötən illərdə dövlət başçısı öz fəaliyyəti ilə göstərdi ki, o, həqiqətən, hər bir Azərbaycan vətəndaşının Prezidentidir. Bizim bir ağrılı problemimiz var ki, o da torpaqlarımızın hələ də işğal altında olmasıdır. Ancaq inanırıq ki, ölkə başçısının qətiyyəti bu məsələnin də həll olunmasında öz sözünü deyəcək. Əməyinə yüksək qiymət verilən bir Azərbaycan qadını kimi xalqımızı təbrik edir, ölkə başçısına isə gələcək fəaliyyətində uğurlar arzulayıram.
Firudin Süleymanov – Naxçıvan Muxtar Respublikası Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq-Mühafizə Orqanları Veteranları Şurasının sədri: – Əvvəlcə bir ağsaqqal kimi xalqımızı, muxtar respublikamızın bütün sakinlərini cənab İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edirəm. Onu qeyd etmək istəyirəm ki, əvvəllər olduğu kimi, bu dəfə də muxtar respublikamızda seçkilərə çox yüksək səviyyədə hazırlıq işləri görülmüşdü. Seçki günü şəhərdəki seçki məntəqələrinin bir çoxunu kənardan müşahidə edərkən də gördüm ki, təşkilatçılıq tədbirlərinə həssaslıqla yanaşılıb. Məntəqələrdə seçicilərin səs verməsi üçün hərtərəfli şərait yaradılıb. Bu, onu göstərir ki, artıq Azərbaycanın şəffaf və demokratik seçki keçirmək təcrübəsi var.
Digər tərəfdən bunu xüsusilə vurğulamaq istərdim ki, insanların seçkilərdə iştirak etməyə böyük marağı var idi və hər kəs yüksək əhval-ruhiyyə ilə seçki məntəqələrinə üz tuturdu. Deyirlər, xalqın gözü tərəzidir. Artıq xalqımız cənab İlham Əliyevin rəhbərliyi ilə ötən 15 ildə görülmüş bütün işləri lazımınca qiymətləndirir, bu siyasətin davam etməsini arzulayır. Ölkəmiz bu illərdə əsrlərə sığmayan uzun bir inkişaf yolu keçib. Azərbaycanın qazandığı uğurlar, əldə etdiyi nəticələr onun nüfuzunu xeyli artırıb. Eyni zamanda ölkə vətəndaşlarının sosial rifah səviyyəsi də xeyli yüksəlib, yüz minlərlə iş yeri yaradılıb. Buna görə də ölkə vətəndaşlarının böyük əksəriyyəti bu siyasi yolun alternativinin olmadığını düşünür. Belə düşünməkdə də haqlıdırlar. Çünki bütün nəticələr göz qabağındadır. Buna görə də inanırıq ki, Azərbaycanın yaxın gələcəkdə taleyi yenə əmin əllərdə olacaq.
Tərmenxan Babayev – Ağırlıq­qaldırma üzrə dünya və Avropa çempionu: – Budəfəki prezident seçkilərində biz gənclər də fəallıqla iştirak etdik, ölkəmizi parlaq gələcəyə aparacaq liderə – cənab İlham Əliyevə səs verdik. Bu, səbəbsiz deyildi. Çünki məhz Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkəmizdə bütün sahələrlə yanaşı, idmanın inkişafı da təmin edilib, dövlət gənclər siyasəti uğurla reallaşdırılıb. Olimpiya­-İdman komplekslərinin tikilib istifadəyə verilməsi, onlar üçün Prezident mükafatının təsis edilməsi, gənclərin idmana cəlbi yönündə aparılan siyasət Azərbaycan dövlətinin gənclərə və idmançılara göstərdiyi yüksək diqqət və qayğının əyani göstəricisidir. Ulu öndərimiz Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət ölkəni dünyada idman qədər tanıda bilməz. Məhz bu ideyanı, siyasəti rəhbər tutan cənab İlham Əliyev ötən müddətdə Azərbaycanı idman ölkəsinə çevirdi, müasir idman infra­strukturu yaradıldı, idmançılara diqqət və qayğı artırıldı, Azərbaycanda Olimpiya hərəkatı geniş vüsət aldı. İdmançılarımızın olimpiadalarda, beynəlxalq səviyyəli mötəbər yarışlarda qazandıqları uğurlar, görülən genişmiqyaslı işlər nəticəsində Azərbaycan Avropanın, dünyanın idman mərkəzlərindən birinə çevrildi. Azərbaycan idmançılarının mötəbər beynəlxalq yarışlarda, olimpiadalarda çıxışları da ilbəil daha uğurlu oldu. Respublikamızda idmanın qısa müddətdə yüksək inkişaf səviyyəsinə çatması, idmançılarımızın beynəlxalq arenada böyük uğurlar qazanması birbaşa bu sahəyə göstərilən dövlət qayğısı ilə bağlıdır.
Prezident cənab İlham Əliyev həm dövlət başçısı, həm də Milli Olimpiya Komitəsinin rəhbəri kimi Azərbaycanda idmanın kütləviliyinin təmin olunmasına böyük diqqət yetirir. Təsadüfi deyil ki, ölkəmizdə idmanın maddi-texniki bazasının əhəmiyyətli dərəcədə möhkəmləndirilməsi, idmançıların ­sosial-məişət məsələlərinin həllinin daim diqqət mərkəzində saxlanılması gənclər arasında idmana böyük maraq oyadıb. İdmançıların xüsusi diqqət və qayğı ilə əhatə olunması idmanın inkişafını stimullaşdırmaqla yanaşı, bu sahədə qarşıya qoyulan bütün hədəflərə çatmağa imkan verir. Nəticələr isə göz qabağındadır. İlk Avropa Oyunlarının keçirilməsinin Azərbaycana həvalə olunması, Azərbaycanın 42-ci Dünya Şahmat Olimpiadasına, qadınlar arasında voleybol üzrə Avropa çempionatına, IV İslam Həmrəyliyi Oyunlarına, eləcə də “Formula-1” Avropa Qran-Prisinə ev sahibliyi etməsi böyük idman uğurlarımızın nəticəsidir.
Dövlət başçısı, eyni zamanda idmançıların böyük dostu və hamisidir. Bütün idmançılar, idman ictimaiyyəti onun rəhbərliyi ilə idmanın inkişafı istiqamətində həyata keçirilən tədbirləri, görülən işləri yüksək qiymətləndirir. Həmçinin bu sahədə əldə edilən nailiyyətlər beynəlxalq idman ictimaiy­yəti tərəfindən də təqdir olunur. Bu, təsadüfi deyil, çünki Azərbaycanın bütün regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında çoxsaylı idman yarışları, Avropa və dünya çempionatları, olimpiya və qeyri-olimpiya-idman növləri üzrə çempionatlar keçirilir. İdman muxtar respublikamızda da sülh, dostluq və əməkdaşlıq dəyərlərini özündə ehtiva edən əhəmiyyətli bir sahədir. Bu sahə muxtar respublikamızda xüsusilə diqqət mərkəzindədir.
Ümumiyyətlə, muxtar respublikamızda dövlət gənclər siyasəti bütün istiqamətlər üzrə uğurla aparılır, gənclərin ictimai fəallığı təmin olunur, onlar dövlət idarəçiliyində yüksək vəzifələrə irəli çəkilirlər. Bunun nəticəsidir ki, 2018-ci ildə Naxçıvan ölkəmizin Gənclər Paytaxtı seçilib. Bütün bu uğurlar Azərbaycanda gənclərin, eləcə də idmanın inkişafına göstərilən qayğının sayəsində əldə olunub. Bütün bu reallıqlar və nailiyyətlərin fonunda əminliklə deyə bilərik ki, idman ictimaiyyəti qarşıdakı 7 il üçün seçimini edib və Azərbaycanın, muxtar respublikanın idman ictimaiyyəti cənab İlham Əliyevin yenidən Prezident seçilməsinə görə qürur duyur.

 Rauf ƏLİYEV
 Səbuhi HƏSƏNOV
 Ceyhun MƏMMƏDOV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2266017
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
424
5530
5954
133079
2266017

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter