26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Aprelin 11-də ölkəmizdə keçirilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri Naxçıvan Muxtar Respublikasında da yüksək seçici fəallığı və nümunəvi təşkilatçılıq baxımından yadda qaldı. Muxtar respublikadakı seçicilər müstəqil ölkəmizin gələcəyi naminə mütəşəkkilliklə seçki məntəqələrinə gələrək, öz namizədlərinə səs verməklə demokratik hüquqlarından istifadə etdilər. Seçki günü məntəqələrdə müşahidə aparan beynəlxalq müşahidəçilər də öz təəssüratlarını bizimlə bölüşdü, seçkilərin tam demokratik və şəffaflıq şəraitində keçdiyini bildirdilər.
Vladimir Muradov – MDB müşahidəçisi: – Azərbaycan Respublikası Prezidentinin seçkilərini izləmək üçün dünən Naxçıvana gəlmişik. Aparılmış hazırlıq işləri ilə tanış olduq. Seçkilərə hazırlıq işlərinin səviyyəsi barədə qənaətimiz yüksəkdir.
Seçki günü 4 saylı Naxçıvan Şəhər və 5 saylı Şahbuz-Babək Seçki dairələrinə aid olan səkkiz seçki məntəqəsində müşahidələr apardıq. Ümumiyyətlə, seçkinin ilk saatlarından başlayaraq yüksək fəallıq gördük. Məntəqələrdə seçicilərin zəruri informasiya ala bilmələri və sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb. Vətəndaşlar çox asanlıqla öz adlarını seçici siyahılarında tapırdılar.
Şahbuz rayonunun ən ucqar kəndlərində də seçki prosesini izlədik. Yolboyu baş çəkdiyimiz seçki məntəqələrində əhalinin seçkiyə olan yüksək marağını müşahidə etdik. Fikrimcə, bu seçkilər Azərbaycan Respublikası vətəndaşlarının öz seçimini edə bilməsi baxımından çox yaxşı təşkil olunmuşdu. Seçki günü ərzində məntəqələrdə hər hansı bir qanun pozuntusu və ya təşkilatçılıq çatışmazlığına rast gəlmədik. Ümumiyyətlə, prezident seçkilərinin gedişi ilə bağlı müsbət qeydlərimiz çoxdur.

Aygül Jumabayeva – MDB müşahidəçisi: – Biz 14 məntəqədə olduq. Seçkilərin gedişi zamanı hər hansı çatışmazlıq və ya qanun pozuntusu müşahidə etmədik. Qazaxıstan parlamentində təmsil olunan Qazaxıstan Demokratik Partiyasının, “Ağ yol” fraksiyasının aparat rəhbəri kimi muxtar respublikada Azərbaycan Respublikası Prezidentinin seçkilərini müşahidə etməkdən məmnunam. Buradakı yüksək fəallıq və yaxşı təşkilatçılıq diqqətimizi cəlb etdi. Beynəlxalq müşahidəçi və eyni zamanda bir siyasi partiya təmsilçisi kimi sizin ölkənizdə keçirilən bu seçkilərdən öyrəndiyim və ölkəmizdə tətbiq edə biləcəyimiz təcrübə əldə etdim. Məsələn, ölkənizdə Mərkəzi Seçki Komissiyasında bütün siyasi partiya nümayəndələri təmsil olunurlar. Hesab edirəm ki, demokratiyanın inkişafı naminə bu, çox yaxşı haldır. Əlbəttə ki, Qazaxıstana qayıtdıqda bu qeydlərim mənim üçün faydalı olacaq.
Məntəqələrdə seçici siyahılarının yüksək səviyyədə hazır­lanması da diqqətimi cəlb etdi. Bu da seçki zamanı vaxt itki­sinin qarşısının alınmasına kömək edir. Məsələn, müşahidə apardığımız bir məntəqədə 6 dəqiqədə 40 nəfərdən artıq seçici səs verdi. Düşünürəm ki, yaradılmış yüksək səviyyəli belə şərait həm seçki prosesinin axıcılığına, eyni zamanda da şəffaflığına müsbət təsir edir.
Marcan Muratova – MDB müşahidəçisi: – Naxçıvana aprelin 10-da gəlmişik. Demək olar ki, dairələrin əksəriyyəti ilə tanış olmuşuq. Hazırlıq çox yüksək səviyyədədir. Bu gün də 4-15 saylı məntəqədə qutuların kilidlənməsini, səsvermənin başlanmasını müşahidə etdik. Burada da hazırlıq səviyyəsinin və seçici fəallığının yüksək olduğunu gördük.
Aqitos Rulantos – ATƏT təmsilçisi: – Muxtar respublikadakı seçki prosesinin gedişi ilə bağlı müsbət fikirdəyəm. Müşahidə apardığımız seçki məntəqələrində seçicilərin yüksək fəallığının şahidi olduq. Digər həmkarlarım ilə birgə missiyamızı diqqətlə yerinə yetirdik. Seçkilərin gedişindən razıyıq.
Tina Rus – ATƏT təmsilçisi: – Naxçıvandakı seçki məntəqələrində yaradılan şərait yüksək səviyyədədir. İki gün ərzində bir neçə dairə üzrə məntəqələrin hazırlığı ilə tanış olduq. Seçki günü səhər saatlarından başlayaraq seçkilərin demokratik və şəffaf şəkildə keçirildiyinə şahidlik etdik.
3 saylı Babək-Kəngərli-Naxçıvan Seçki Dairəsinin 17 saylı məntəqəsində olan ATƏT-in müşahidəçiləri Anna Lisenina və Rokki Vilyam da ilk dəfə olaraq Azərbaycana gəldiklərini bildiriblər: “Biz Azərbaycanda ilk dəfədir ki, oluruq. Naxçıvana da seçkiləri müşahidə etmək üçün gəlmişik. İki gündür buradayıq və məntəqələrdə hazırlığı yoxladıq. Fikirlərimizi seçkinin sonunda bildirəcəyik”.

Əli CABBAROV

Səməd CANBAXŞIYEV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3068432
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2464
4574
11365
119763
3068432

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter