17 İyul 2018, Çərşənbə axşamı

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

İyul 2018
Be Ça Ç Ca C Ş B
25 26 27 28 29 30 1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31 1 2 3 4 5

 

 

LİNKLƏR

 

 

Bu gün hüquqi, demokratik dövlət quruculuğunun inkişaf etdiyi ölkəmizdə böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsi prioritet istiqamətlərdən birinə çevrilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiq olunan 2011-2015-ci illəri və 2016-2021-ci illəri əhatə edən dövlət proqramlarında gənclərin vətənpərvərlik tərbiyəsi ilə bağlı tədbirlərin öz əksini tapması bu sahədə həyata keçirilən siyasətin uğurla davam etdirilməsindən xəbər verir.
Vətənpərvərlik tərbiyəsi Vətənə sevgi, məhəbbət, məsuliyyət hissinin, hər an Vətəninin, xalqının müdafiəsinə qalxmağa hazırlığın formalaşdırılmasıdır. Ölkəmizin ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal olunduğu bir vaxtda gənclərə ilkin hərbi bilik, bacarıq və vərdişlərin aşılanmasının onların hərbi-vətənpərvərlik tərbiyəsində böyük təsiri vardır. Buna görə də bu gün muxtar respublikamızın orta məktəblərində gənclərə hərbi hazırlıq dərsləri yüksək səviyyədə tədris olunur. Hər il məktəblilərin ənənəvi olaraq “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi-idman oyunları keçirilir. Sözsüz ki, bu dərslərdə sonradan hərbi xidmətə gedəcək gənc­lər ilkin məlumatları əldə etmiş olurlar. Eyni zamanda orta məktəb şagirdlərinin hərbi hissələrə aparılması, hərbçilərlə görüşlərinin təşkili gənclərdə vətənpərvərlik hissini daha da yüksəldir, onları Vətəni müdafiə ruhunda tərbiyə edir, hərbi xidmətə psixoloji hazırlıqlarına müsbət təsir göstərir.

Muxtar respublikada gənclərin yüksək təhsil alması, idmanla məşğul olması üçün lazımi infrastruktur yaradılır və bu sahə daim diqqət mərkəzində saxlanılır. Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid ­Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatı da gənc nəsildə milli mənlik şüurunun və vətənpərvərlik hisslərinin inkişaf etdirilməsi istiqamətində fəaliyyətini davam etdirir. Bu fəaliyyətin mərkəzində gənclərlə işin düzgün təşkili dayanır. Təşkilatın nümayəndələrinin iştirakı ilə yerlərdə mütəmadi yığıncaqlar keçirilir, görülən işlər müzakirə olunur və qarşıda duran vəzifələr müəyyənləşdirilir. Bununla yanaşı, şəhid ailələri və müharibə iştirakçılarının muxtar respublika ərazisində dəqiq uçotunun aparılması, şəhidlərimizin xatirə günlərinin keçirilməsini təşkil etməklə gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında yaxından iştirakının təmin olunması, tarixi günlərdə və bayramlarda şəhid ailələrinə mənəvi dəstəyin göstərilməsi, onlarla görüşlərin təşkili həyata keçirilən tədbirlər sırasındadır.
Təşkilat tərəfindən ölkə əhəmiyyətli xüsusi günlərdə orta ümumtəhsil müəssisələrində şagirdlərlə görüşlər təşkil edilir, onlara xalqımızın tarixinə yazılmış bu günlər, baş vermiş hadisələr haqqında ətraflı məlumat verilir, bu istiqamətdə maarifləndirici aksiyalar təşkil edilir. Bununla yanaşı, təşkilat üzvləri tez-tez muxtar respublikamızın sərhəd bölgələrində yerləşən hərbi hissələrdə olur, əsgərlərimizlə görüşlər keçirir və hərbçilərimizin mənəvi-psixoloji vəziyyətinin daha da yaxşılaşdırılmasında yaxından iştirak edirlər.
Bu gün qürur hissi ilə deyə bilirik ki, ölkəmizdə Vətənini sevən, hər zaman onun tərəqqisinə çalışan, işğal olunmuş ərazilərimizin azad edilməsi, ərazi bütövlüyümüzün qorunması uğrunda canlarından keçməyə hazır olan gənclər ordusu yetişib. Onlar Vətən qarşısında öz vətəndaşlıq borclarını layiqincə başa düşür və ərazi bütövlüyümüzün qorunmasında, milli dövlətçilik qurucu­luğunda fəal iştirak edirlər. Bu isə onu təsdiqləyir ki, bütün sahələrdə uğurlar qazanan Azərbaycanın vətənpərvər gəncliyi düşmən tapdağı altında olan torpaqlarımızı hər zaman işğaldan azad etməyə hazırdır. İnanırıq ki, ən qısa müddət ərzində münaqişə öz ədalətli həllini tapacaq və işğal altında olan torpaqlarımızda müqəddəs Azərbaycan bayrağı dalğalanacaqdır. Bu, bütün Azərbaycan gəncliyinin arzusudur.

Məcid SEYİDOV
Azərbaycan Vətən Müharibəsi
Veteranları və Şəhid Ailələrinin Naxçıvan Muxtar Respublika Təşkilatının sədri

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

2738407
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
366
5092
5458
79646
2738407

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter