26 Sentyabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Sentyabr 2018
Be Ça Ç Ca C Ş B
27 28 29 30 31 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30

 

 

LİNKLƏR

 

 

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədri olduğu “Caspian European Club” Azərbaycanın iqtisadi regionlarının 2017-ci il üçün illik investisiya reytinqində ən yüksək ümumi bal toplamış Naxçıvan Muxtar Respublikası lider olub. “Caspian European Club” dünyanın 70 ölkəsində investisiya reytinqini hazırlayır və hər bir ölkədə lider region seçir. Ötən il üçün investisiya reytinqində Naxçıvan Muxtar Respublikasının ölkəmizin iqtisadi regionları içərisində lider olması müxtəlif mətbuat orqanlarında geniş şərh olunur. 1999-cu ildən nəşr olunan “Caspian Energy” beynəlxalq analitik jurnalının builki yanvar-mart nömrəsi də Naxçıvana həsr olunub. 

İngilis və rus dillərində material­ların verildiyi “Caspian Energy” jurnalı nəfis şəkildə çap edilib. 155 səhifəlik jurnalda 2017-ci il üçün illik investisiya reytinqinin qalibi olmuş Naxçıvan iqtisadiyyatının ­cazibədarlığı, onun dinamik sosial-iqtisadi inkişafının əsas amilləri, sənaye, kənd təsərrüfatı, əhalinin sosial müdafiəsi, nəqliyyat və gömrük işinin təşkili, sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyi, muxtar respublika sahibkarlar konfederasiyasının fəaliyyəti barədə məlumatlar verilən jurnalda Naxçıvanın görməli yerləri haqqında maraqlı yazı və fotoşəkillərə rast gəlmək olar.

Jurnaldakı “Naxçıvan Muxtar Respublikası: dinamik sosial-iqtisadi inkişaf bütün sahələri əhatə edir” sərlövhəli məqalə 1995-2017-ci illər arasında Naxçıvanın keçdiyi intibah yolunun qısa xülasəsi verilib. Bununla yanaşı, muxtar respublikanın, əsasən, aqraryönümlü iqtisadiyyatdan çoxşaxəli sənaye potensialının əldə olunmasınadək keçilən yol haqqında müfəssəl məlumatlar yer alıb. Belə ki, 1990-cı illərlə müqayisədə 2017-ci ildə Naxçıvan Muxtar Respublikasında sənaye müəssisələrinin sayı 7,9 dəfə artaraq 442-yə, burada məşğul olan işçi sayının 7,8 dəfə artaraq 16 minə, bu sahədə çalışanların əməkhaqlarının 1995-ci illə müqayisədə 37 dəfə artaraq orta hesabla 375 manata çatdığı vurğulanıb. 2017-ci ildə muxtar respublikadan ixrac olunan sənaye məhsulunun həcminin 320 milyon ABŞ dollarına çatması, ümumilikdə isə 50 ölkə ilə aparılan xarici ticarət dövriyyəsinin 24,2, ixracatın isə 218,5 dəfə artması faktları ilə rastlaşan oxucu Naxçıvanın Azərbaycanın regionları arasında investisiya reytinqindəki lider mövqeyinin səbəb­-nəticə əlaqələri haqqında da bitkin informasiya əldə edə bilir. Naxçıvanda özəl sektora aid müxtəlif müəssisələr tərəfindən istehsal olunan 108-i ərzaq və 236-sı qeyri-­ərzaq olmaqla, 344 növdə məhsulun daxili tələbatı tam ödəməklə regionun iqtisadi təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanır.
Naxçıvanın investisiya cazibədar­lığını müəyyən edən amillərdən biri onun enerji və ərzaq təhlükəsizliyini tam təmin etməsidir. Belə ki, muxtar respublikanın enerji təminatının tam şəkildə təmin olunduğu və burada elektrik enerjisi istehsal edən 8 stansiyanın ümumi gücünün 239,4 meqavata çatdırıldığı, kənd təsərrüfatı yönümlü 714 müəssisənin fəaliyyət göstərdiyi qeyd olunur.
Muxtar respublikada sosial həyatın yaxşılaşması, əhali gəlirlərində və gələn turist sayındakı artım, ümumilikdə, 12 min yeni infrastruktur obyektinin istifadəyə verilməsi, digərlərinin tamamilə yenilənməsi regionun yüksək investisiya reytinqini formalaşdıran mühüm amillərdəndir. Beləliklə, məqalədə Naxçıvan Muxtar Respublikasında ötən il ərzində iqtisadiyyata sərmayə qoyuluşu həcminin 1995-ci illə müqayisədə 329,9 dəfə artaraq 1 milyard 5 milyon 761 min manata çatdığı, ümumilikdə isə son illərdə region iqtisadiyyatına 8 milyard manatdan çox investisiya yatırıldığı göstərilir.
Ölkə başçısı cənab İlham Əliyevin “Biz çalışmalıyıq ki, Azərbaycanda istehlak olunan bütün ərzaq məhsuları Azərbaycanda istehsal olunsun” fikirləri ilə başlayan digər məqalə “Kənd təsərrüfatı dayanıqlı inkişaf mərhələsindədir” adlanır. Ərazisinin 30 faizi, yəni 164 min 262 hektarı kənd təsərrüfatı üçün yararlı olan Naxçıvan Muxtar Respublikasında bu torpaqların 62 min hektarı əkin üçün istifadə olunur. Kənd təsərrüfatında dayanıqlı inkişafı təmin edən mühüm amillərin reallaşdırılması nəticəsində 2017-ci ildə Naxçıvanda 101 milyon 478 min ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub.
Bununla bağlı jurnalda dərc olunmuş məqalədə, həmçinin ötən il region əhalisinin gəlirlərinin artaraq 1 milyard 846 milyon manata yaxın olduğu, əhalinin hər nəfərinə düşən gəlirlərin isə 4093 manat olduğu yazılıb. Aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan əhali təbəqəsinin həyat səviyyəsinin yüksəldilməsi də muxtar respublikada həyata keçirilən sosial siyasətin əsas məzmununu təşkil edir.
Jurnalda muxtar respublikanın coğrafi mövqeyi, ərazisi, əhalisi, müstəqillik illərində ölkə­mizdə və Naxçıvanda həyata keçirilən müxtəlif dövlət proqramları, 2017-ci ildə regionda istehsal olunmuş ümumi daxili məhsulun həcmi, burada özəl sektorun, həmçinin sənayenin, kənd təsərrüfatı və tikintinin yeri, əsas kapitala yönəldilmiş investisiyanın həcmi, son 10 ildə tikilmiş 68, yenidən qurulmuş 79 ümumtəhsil məktəbi haqqında məlumat almaq olar. Burada, həmçinin muxtar respublikada kənd təsərrüfatı, informasiya-kommunikasiya texnologiyaları, nəqliyyat, sahibkarlıq fəaliyyəti, turizm və demoqrafik göstəricilər haqqında da geniş informasiya tapmaq mümkündür.
Mətbu nəşrdə, həmçinin 2017-ci ildə ölkəmizin regionları arasında investisiya reytinqində lider olmuş Naxçıvan Muxtar Respublikasında gömrük orqanlarının və Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının dinamik sosial­-iqtisadi inkişafdakı töhfəsindən də bəhs olunur. Bu yazılarda muxtar respublikada yaradılmış gömrük infrastrukturunun iqtisadi inkişafdakı rolu və 2006-cı ildən fəaliyyət göstərən Sahibkarlar Konfederasiyasının biznes subyektlərinin rəqabətqabiliyyətliliyinin yüksəldilməsi istiqamətində gördüyü işlərlə tanış olmaq mümkündür.
Jurnalda cari il yanvarın 23-də Heydər Əliyev Muzeyində Naxçıvan Muxtar Respublikasının 2017-ci ilin nəticələrinə görə investisiya reytinqində birinci yerə çıxması ilə bağlı keçirilmiş tədbir barədə məlumatı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tədbirdəki dərin məzmunlu çıxışını da oxumaq ­mümkündür.
Müxtəlif vaxtlarda Naxçıvana səfər etmiş Türkiyə, Argentina, Avstriya, Belarus, Fransa, İran İslam, Yunanıstan, Hindistan, Koreya, Latviya, Rumıniya respublikaları, Belçika Krallığı, Almaniya Federativ Respublikası, İsveçrə Konfederasiyası səfirlərinin, habelə ölkəmizdəki Avropa Birliyi Nümayəndəliyinin rəhbərinin təəssüratları, Azərbaycanın bu qədim diyarının təbiəti, tarixi, mədəniyyəti və müasir inkişafı ilə bağlı maraqlı fikirlərlə jurnalın növbəti səhifələrində tanış olmaq mümkündür.
Naxçıvanın görməli yerləri, turizm infrastrukturu, istehsal və ­sosial-mədəni obyektləri haqda çoxsaylı fotoşəkil və maraqlı yazılar diqqəti cəlb edir.
Jurnalın son səhifələrində birində verilmiş “Naxçıvan-2017-ci ilin lider regionu” sərlövhəli məqalədə isə Azərbaycan Respublikasının iqtisadi regionları arasında 6 qrupda, 18 parametrdə lider olmuş Naxçıvan iqtisadi regionunun digər iqtisadi regionlarla müqayisəsi verilmişdir. Təhlil baxımından çox maraqlı olan bu material Naxçıvan Muxtar Respublikasının investisya cazibədarlığı, onu yaradan əsas amillər haqda əyani təsəvvür yaradır.
“Caspian Energy” jurnalının bütünlükdə Naxçıvana həsr olunmuş növbəti nömrəsi, ümumilikdə, muxtar respublikanın son 25 ilə yaxın bir dövrdə keçdiyi inkişaf yolunu, qazandığı sosial-iqtisadi uğurları, əhalinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində aparılan məqsədyönlü siyasətin bəhrələri haqqında dünya ictimaiyyətini də əhatəli məlumatlandırmaq baxımından qiymətli mətbu nəşrdir.

 Əli CABBAROV

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3068388
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2420
4574
11321
119719
3068388

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter