19 Dekabr 2018, Çərşənbə

 

  • 3-1.jpg
  • 3-2.jpg
  • 3-3.jpg
  • 3-4.jpg
  • 3-5.jpg
  • 3-6.jpg
  • 4-1.jpg
  • 4-2.jpg
  • 4-3.jpg
  • 4-4.jpg
  • 4-5.jpg
  • 4-6.jpg
  • 4-7.jpg
  • 4-8.jpg
  • 4-9.jpg
  • 4-10.jpg
  • 5-1.jpg
  • 5-2.jpg
  • 5-3.jpg
  • 5-4.jpg
  • 5-5.jpg
  • 5-6.jpg
  • 5-7.jpg
  • 5-8.jpg
  • 5-9.jpg
  • 5-10.jpg
  • 5-11.jpg
  • 5-12.jpg
  • 6-1.jpg
  • 6-2.jpg
  • 6-3.jpg
  • 6-4.jpg
  • 6-5.jpg
  • 6-6.jpg
  • 6-7.jpg
  • 6-8.jpg
  • 6-9.jpg
  • 6-10.jpg
  • 6-11.jpg
  • 6-12.jpg

 

ARXİV

Dekabr 2018
Be Ça Ç Ca C Ş B
26 27 28 29 30 1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31 1 2 3 4 5 6

 

 

LİNKLƏR

 

 

Aprelin 7-də Naxçıvan şəhərində və muxtar respublikamızın rayonlarında iməciliklər keçirilib. İməciliklərdə yeni meyvə tingləri əkilib, yaşıllıqlara aqrotexniki qulluq göstərilib.
Naxçıvan şəhərində keçirilən iməcilikdə Naxçıvan-Sədərək, Naxçıvan-Batabat magistral avtomobil yollarının kənarlarında, Duzdağ Fizioterapiya Mərkəzinə gedən yolda, Nəzərabad və Uzunoba kəndlərinin ərazilərindəki terraslarda və digər sahələrdə yeni meyvə tingləri əkilib.
Naxçıvanlı gənclər “Gənclər bağı”nda keçirilən iməcilikdə yaxından iştirak ediblər. Ərazidə əkilən tinglərə aqrotekniki qulluq göstərilib, tinglərin dibi boşaldılıb və suvarma işləri aparılıb. Qeyd edək ki, “Gənc­lər bağı”nın sahəsi 1 hektardır. İməcilik zamanı tanıtım lövhəsi bərkidilib, ətrafda ayparaşəkilli gülkarlıq salınıb.
Şərur rayon ictimaiyyəti də iməcilikdə fəal iştirak edib, Şərur şəhərinin yol kənarlarında yeni tinglər əkib, onlara aqrotexniki qulluq göstərib. Həmçinin park və xiyabanlarda, eləcə də məktəb həyətlərində iməcilik keçirilib, yeni gül kolları əkilib. Ümumiyyətlə, iməciliklərdə 600 meyvə tingi, 30 həmişəyaşıl ağac, 2500 gül kolu əkilib.

Naxçıvan-Ordubad magistral avtomobil yolunun Babək rayonu ərazisinə gedən yolun kənarlarında 550 meşə və meyvə ağacı əkilib, onlara aqrotexniki qulluq göstərilib.
Ordubad rayon ictimaiyyətinin nümayəndələri də şənbə iməciliyində fəal iştirak ediblər. “Gənclər bağı”nda həmişəyaşıl ağaclar əkilib, sahə daşlardan təmizlənib. 35 hektar damcı ilə suvarılan meyvə bağında isə 200 ting əkilib.
Culfa rayonunda idarə, müəssisə və təşkilatların kollektivləri yaşıllıqlara qulluq göstərib, suvarma işləri aparıblar. Ağacların gövdələri ağardılıb və budama işləri görülüb.
Kəngərli rayonunda iməcilik, əsasən, Naxçıvan-Sədərək magistral yolunun rayon ərazisindən keçən hissəsinin kənarlarında aparılıb. İməcilik zamanı ərazilərdə əkilən həmişəyaşıl ağaclara, gül kollarına və tinglərə aqrotexniki qulluq göstərilib, ərazilər alaq otlarından təmiz­lənib. Rayon mərkəzi xəstəxanasında və uşaq bağçasının ­həyətlərində keçirilən iməcilikdə səliqə-sahman yaradılıb. İməciliklərdə rayonun ümumtəhsil məktəblərinin kollektivləri də yaxından iştirak ediblər.
Şahbuz rayonunda ətraf ərazilərdə təmizlik işləri görülüb, yaşıllıqlara aqrotexniki qulluq göstərilib. Bağlarda suvarmalar aparılıb, ağacların gövdələri ağardılıb.
Sədərəkdə iməciliklər Heydər­abad qəsəbəsinin park və xiyabanlarında, Sədərək kənd 2 nömrəli tam orta məktəbin ərazisində və “Gənclər bağı”nda keçirilib. Gənclər üçün ayrılmış 2 hektarlıq meyvə bağında və Naxçıvan-Sədərək magistral yolunun kənarlarındakı meyvə bağlarında 600 meyvə tingi və 1 hektarlıq sahədə 1200 üzüm kolu əkilib.

Xəbərlər şöbəsi

QƏZETİN BUGÜNKÜ NÖMRƏSİ

3427211
Bu gün
Dünən
Bu həftə
Bu ay
Cəmi
2380
5012
12112
86378
3427211

Submit to FacebookSubmit to Google PlusSubmit to Twitter